AZƏRTAC və Anadolu agentlikləri arasında əməkdaşlıq yeni müstəviyə keçir
17.06.2021 [09:28]
İyunun 15-də qardaş Türkiyənin aparıcı Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz AZƏRTAC-da olub.
Əvvəlcə Serdar Karagöz və AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Kəlbəcərdə mina partlayışı nəticəsində həyatlarını itirən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimova və Azərbaycan Televiziyasının operatoru Sirac Abışova həsr olunan guşəni ziyarət edərək şəhid jurnalistlərin xatirəsini ehtiramla yad ediblər.
Agentlik rəhbərlərinin görüşündə AZƏRTAC və Anadolu arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə hazırda bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək yolunu seçib. Buna uyğun olaraq, iki ölkənin agentlikləri arasında əməkdaşlıq da yeni müstəviyə keçir. AZƏRTAC və Anadolu agentliklərinin çoxillik münasibətlərinin genişləndirilməsi müasir çağırışlara birlikdə daha tutarlı cavab vermək imkanları açır.
“Bu gün tarixi gündür. Azərbaycanda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunur. Eyni zamanda, Şuşada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın tarixi görüşü keçirilib, iki ölkə arasında müttəfiqlik haqqında Birgə Bəyannamə imzalanıb. Bu, ölkələrimizin dünyaya nümunə olan qardaşlıq, dostluq, strateji tərəfdaşlıq münasibətlərinin daha bir göstəricisidir. Anadolu Agentliyi daim AZƏRTAC-a dəstək olub. Qırx dörd günlük Vətən müharibəsi zamanı Anadolu Azərbaycanın haqq səsini dünyaya çatdırdı və informasiya müharibəsində yanımızda oldu. Qlobal informasiya mənbəyi kimi özünü təsdiqləyən Anadolu ilə qardaşlıq və dostluq münasibətlərindən qürur duyuruq”, - deyə Aslan Aslanov qeyd edib.
Azərbaycanın onlar üçün çox önəmli qardaş ölkə olduğunu vurğulayan baş direktor Serdar Karagöz deyib: “Ölkələrimizin aparıcı xəbər agentliklərinin eyni hədəflər naminə birgə çalışması hər iki tərəfə böyük uğur gətirə bilər. Anadolu Agentliyinin hədəfi informasiya istehsalçısı kimi dünyada birinci olmaqdır. Yerləşdiyimiz coğrafi mühit, malik olduğumuz imkanlar bunu deməyə əsas verir. Biz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarda güclərimizi birləşdirməliyik. Azərbaycanın haqq savaşında Anadolu Agentliyi, TRT telekanalı bütün xəbərləri dünyaya birinci olaraq çatdırırdı. Zəfər xəbəri də Türkiyədə ilk olaraq Anadolu vasitəsilə yayıldı. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Əminəm ki, əməkdaşlığımızı dərinləşdirməklə daha böyük uğurlara imza atacağıq”.
Görüşdə iki agentlik arasında təcrübə mübadiləsi məsələlərinə də diqqət yetirilib. Anadolunun “Xəbər Akademiyası”nda AZƏRTAC-ın əməkdaşlarının təlimlər keçməsi, agentliyin təcrübəli mütəxəssislərinin iştirakı ilə Bakıda ustad dərslərinin təşkili barədə razılıq əldə olunub. Həmçinin Türkdilli Xəbər Agentlikləri Birliyinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40

