Abutalıb Səmədov: Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır
22.06.2021 [08:51]
“Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında münasibətlərin ən yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək. Belə ki, Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə və Azərbaycan üçün önəmi kimi bir çox məsələlər öz əksini tapıb”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
Partiya sədrinin sözlərinə görə, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi iki ölkə arasındakı əlaqələrin gələcəyini müəyyən edən sənəd kimi mühüm əhəmiyyətə malikdir: “Bəyannamədə yer alan müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri olduqca böyük önəm kəsb edir. Sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə də xüsusi yer verilməsi İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir”.
A.Səmədov deyib ki, 13 oktyabr 1921-ci ildə imzalanan Qars Müqaviləsindən yüz il sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır: “Bu, bir daha göstərir ki, iki ölkə tarixən olduğu kimi, bundan sonra da bir yerdə olacaq. Şuşa Bəyannaməsinin imzalanması, eyni zamanda, Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirir. Bu böyük tarixi addım, şübhəsiz ki, düşmənlərimizi narahat edir və onların sənəddə nəzərdə tutulan məsələlərin reallaşmasına maneə cəhdləri ola bilər. Bu şəraitdə bizim vəzifəmiz daha sıx birləşməkdir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

