Əli Kərimlinin xalqı aldatmaq cəhdləri fiaskoya məhkumdur
24.06.2021 [09:04]
Azərbaycanın dinamik inkişafının təməlində milli maraqlara əsaslanan praqmatik dövlət siyasəti dayanır. Uğurlu iqtisadi siyasət, vətəndaşların sosial rifahının yüksəldilməsi və sabitlik amili, o cümlədən bütün aparılan islahatlar müstəqil Azərbaycanın milli gücünün daha da artmasını təmin edib. Azərbaycan vətəndaşları bütün bu nailiyyətləri çox yüksək qiymətləndirirlər.
İllərdir ki, öz ənənəvi çərçivəsindən çıxa bilməyən radikal müxalifət düşərgəsi isə əldə olunan hər bir uğurun üzərinə kölgə salmağa çalışır, bununla da diqqət mərkəzinə düşməyə, öz cılızlıqlarını ört-basdır etməyə cəhd göstərir. Məsələn, AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə az qala bütün sahələrdə əldə olunmuş uğurları öz adına “yazmağa” çalışır. Amma AXCP sədrinin yalanları hər zamankı kimi cəmiyyət tərəfindən ikrah hissi və gülüşlə qarşılanır.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, radikal müxalifət düşərgəsinin təmsilçilərinin, sosial şəbəkələrdəki paylaşımları onların nə qədər qərəzli, qeyri-ciddi, siyasət anlayışlarının isə necə bəsit olduğunu bir daha üzə çıxarır. Millət vəkilinin fikrincə, Azərbaycan dövlətinin xalqın rifahı, milli maraqlar naminə və ən əsası, inkişafı hədəfləyən addımlarını utanmadan öz adına və təmsil etdiyi radikal düşərgənin adına çıxmağa çalışanlar yalnız gündəmdə qalmaq üçün çabalamaqdadırlar: “Bu gün ölkəmizdə mühüm islahatlar həyata keçirilir və bu da inkişafımızı daha da sürətləndirir. Azərbaycan istər təhsil, istərsə də digər sahələrdə ən yüksək standartları tətbiq edir. Radikal müxalifətin bu addımları öz adına çıxması isə gülüncdür. Necə ola bilər ki, ötən illər ərzində bir dəfə də olsun hansısa ağıllı bir təkliflə çıxış etməyənlər, hətta dövlətə qarşı aparılan antimilli kampaniyalarda yer alanlar bu inkişafda hansısa rol oynasınlar? Onlar yalnız xarici anti-Azərbaycan dairələrindən aldıqları sifarişlər əsasında xalqımıza və dövlətimizə qarşı qara piar kampaniyası aparırlar”.
Milli Məclisin deputatı İlham Məmmədov da radikal müxalifətin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdlərinin fiaskoya məhkum olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan xalqı ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən işləri yüksək dəyərləndirir. Əli Kərimli və onun kimilərinin danışdığı yalanlar isə bumeranq effekti ilə onların özünə qarşı əks-arqumentə çevrilir: “Radikal müxalifət Azərbaycanın davamlı inkişafından çox narahatdır. Ölkəmizdə gündən-günə daha da möhkəmlənən vətəndaş birliyi, iqtisadi inkişaf, sabitliyin qorunması, bütövlükdə milli maraqlara xidmət göstərən dövlət siyasətinin yürüdülməsi dağıdıcı ünsürləri stress vəziyyətinə salır, onların isterik fikirlər səsləndirmələrinə səbəb olur. Çünki atılan addımlar, aparılan islahatlar onların illərdir danışdıqları yalanları ifşa edir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

