/ / Radikal müxalifət Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasından ciddi narahatlıq keçirir
Radikal müxalifət Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasından ciddi narahatlıq keçirir
11.08.2021 [09:05]
44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı, yeni siyasi reallıqlar yarandı. Təbii ki, bu yeni reallıqların müəllifi olan Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət kursu həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasını şərtləndirdi. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni situasiyanın inkişafa və təhlükəsizliyə xidmət göstərdiyini bəyan edirlər.
Təəssüfləndirici haldır ki, Azərbaycanın əldə etdiyi bu uğurlar ölkə daxilindəki radikal müxalifət düşərgəsini və xaricdəki antimilli ünsürləri narahat etməkdədir. Xüsusilə də, Azərbaycanın praqmatik xarici siyasət kursunu hədəfə almağa çalışan radikallar sosial şəbəkələrdə müxtəlif yalanlar səsləndirir, manipulyasiyalara əl atırlar. Məsələn, AXCP sədri Əli Kərimli, ermənipərəst Sevinc Osmanqızı və digərləri Azərbaycanın artan beynəlxalq nüfuzunu və regionda yaranan yeni reallıqları qəbul edə bilmir və qazanılan nailiyyətlərə kölgə salmaq üçün çirkin təbliğat aparırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, radikal müxalifət düşərgəsi sosial şəbəkələrdə, internet resurslarında ölkəmizə qarşı kampaniyalar həyata keçirir, tarixi zəfərimizin əleyhinə ermənilərin tezislərinə əsaslanan təbliğat aparır. Millət vəkili qeyd edib ki, radikal müxalifətin Azərbaycan dövlətinə qarşı apardığı cılız kampaniyalar fiaskoya məhkumdur. Onun sözlərinə görə, dağıdıcı ünsürlərin və onların xaricdəki uzantılarının ermənipərəst mərkəzlərin sifarişi ilə bu cəhdləri göstərdiyi ortadadır: “Radikal müxalifətin və onların xarici uzantılarının Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunu hədəfə almağa çalışması, manipulyasiyalara əl atması bir daha onların milli maraqlara düşmən kəsildiyini göstərir. Bu kimi şəxslər sosial şəbəkələrdə erməni maraqlarını müdafiə etməklə məşğuldurlar. Bu, bir daha radikal müxalifətin ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldığını təsdiqləyir. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç bir zaman bağışlanmır”.
Milli Məclisin deputatı Sevinc Hüseynova da bildirib ki, dağıdıcı düşərgə təmsilçilərinin sosial şəbəkələrdə xalqımıza və dövlətimizə qarşı apardığı qara piar kampaniyası onların əsl simasını növbəti dəfə Azərbaycan cəmiyyətinə göstərmiş oldu. S.Hüseynovanın sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə belə xalqla və dövlətlə bir yerdə olmağı bacarmayan, öz korporativ maraqlarını milli maraqlardan üstün tutan belələri anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirirlər. “Bu fakt bir daha radikal müxalifətin xislətini ortaya qoymaqdadır. Azərbaycanın apardığı uğurlu və çoxşaxəli xarici siyasət kursu beynəlxaq aləm tərəfindən dəstəklənməkdədir. Təbii ki, bu, erməniləri dəstəkləyən qərəzli dairələrin və onların əlaltılarının narahatlıqlarına səbəb olur. Regionda güc mərkəzinə çevrilmiş, öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın gündən-günə artan nüfuzundan narahat olan radikal ünsürlərin yalanları gülünc görünür. 30 il öncə torpaqların işğalına şərait yaradanlar, torpaqlarımızı hakimiyyət hərisliyinə qurban verənlər bu gün də eyni xəyanətkar mövqedən çıxış edirlər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39

