/ / Vaxtilə Azərbaycan torpaqlarının işğal edilməsinə şərait yaradan radikal müxalifət yenə də düşmənlərin mənafeyini müdafiə edir
Vaxtilə Azərbaycan torpaqlarının işğal edilməsinə şərait yaradan radikal müxalifət yenə də düşmənlərin mənafeyini müdafiə edir
18.08.2021 [15:42]
Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli, eləcə də ölkəmizə qarşı çirkin kampaniyalar aparmaqla “görəvləndirilmiş” Sevinc Osmanqızı kimi radikallar sosial şəbəkələrdə mütəmadi olaraq şanlı qələbəmizə kölgə salmağa cəhd göstərirlər. Bununla da onlar xaricdəki ermənipərəst dairələrin “dəyirmanına su tökməkdə” davam edirlər. Vurğulanmalıdır ki, vaxtilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə şərait yaradan Əli Kərimlinin və digər dağıdıcıların bu gün tarixi qələbəmizi hədəfə almaları onların xəyanətkar xislətini bir daha üzə çıxarır. Radikalların xəyanətindən söz düşmüşkən, Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsindəki çıxışında da bildirib ki, Şuşa və Laçının işğala məruz qalması AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. Vurğulandığı kimi, Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-”Müsavat” cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə isə artıq AXC-”Müsavat” cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, təxminən bir ilə yaxın idi hakimiyyətdə idi. Yəni Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-”Müsavat” cütlüyüdür, AXC-”Müsavat” hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi.
Məsələ ilə balı fikirlərini bölüşən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, radikal müxalifət təmsilçilərinin Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq cəhdləri heç də təsadüfi deyil. Dağıdıcı ünsürlərin Qarabağ zəfərini, Ermənistanın kapitulyasiyasını qəbul etməmələrinin onların yaşadıqları “yarımçıqlıq sindromundan” irəli gəldiyini deyən İ.Məmmədov vurğulayıb ki, radikal müxalifətin bu addımı bir daha onların ermənilərlə və separatizmi dəstəkləyən bəzi maraqlı xarici dairələrlə işbirliyini təsdiqləyir: “Radikallar Vətən müharibəsində qazanılan zəfəri kiçiltməyə çalışmaqla vaxtilə etdikləri xəyanətlərin üstünü örtməyə cəhd göstərirlər. Yeri gəlmişkən, cənab Prezidentimiz Kəlbəcər rayonunda çıxışında da bildirdi ki, Kəlbəcərin işğala məruz qalması satqın AXC-”Müsavat” hakimiyyətinin əməlləridir. Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı və artıq digər torpaqların işğalı da labüd idi. Göründüyü kimi, bu fakt bir daha dağıdıcı ünsürlərin dövlət, xalq maraqlarına düşmən kəsildiyini ortaya qoyur”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da radikal müxalifətin və düşərgənin xaricdəki uzantılarının Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmağa cəhd göstərdiyini deyib. Onun sözlərinə görə, bu, bir daha onların əsl simasını Azərbaycan cəmiyyətinə göstərmiş oldu: “Xaricdəki ermənipərəst mərkəzlərə xidmət edənlər çirkin kampaniyalarla böyük qələbəmizi kiçiltməyə cəhd edirlər. Qələbəmiz barədə bir kəlmə xoş söz deməyi özünə sığışdırmayanların bu gün Ermənistanın rəzil məğlubiyyətini gizlətməyə çalışması onların siyasi kimiliyinin üstünə işıq salır. Halbuki, bu torpaqların erməni işğalı altına düşməsi məhz AXC-”Müsavat” cütlüyünün yartımaz siyasətinin nəticələri idi. Bu gün Kəlbəcərin, Şuşanın, Laçının və digər işğal altında olan ərazilərimizin azad edilməsi xalq-iqtidar birliyinin səyi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. Bunu dərk etməyən və ya etmək istəməyən radikal ünsürlər ermənipərəstlərin kölgəsinə sığınmaqla xəyanatkar addımlarına davam edirlər. Bunun isə sonu yoxdur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

