Məğlub Ermənistan ordusu acınacaqlı durumdadır
25.08.2021 [10:51]
Ermənistanın müdafiə naziri Arşak Karapetyanın bir neçə gün öncə dediyi sözlər bütün nəzərləri yenidən Ermənistana yönəltdi. Belə ki, o, nazirliyin sifarişi ilə ərzaq məhsullarının hazırlanması və saxlanılması üzrə xidmət göstərən təşkilatların nümayəndələri ilə görüşdə Ermənistanda orduya verilən ərzaq məhsullarının hazırlanmasında və saxlanılmasında ciddi qanun pozuntularına yol verildiyini bəyan edib. Bildirib ki, əsgər və zabitlər üçün nəzərdə tutulan ərzaq məhsullarının keyfiyyəti çox aşağıdır.
Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüşdə, həmçinin bu ölkənin silahlı qüvvələrinin və hərbi polisinin məsul şəxsləri yoxlamalar zamanı qeydə alınan pozuntular barədə məlumat verib, bəzi hallarda hərbi hissələrdə verilən yeməklərin və göstərilən xidmətlərin keyfiyyətinin xüsusilə aşağı olduğunu qeyd ediblər. Bildirilib ki, təşkilatlarla bağlanmış müqavilələr tələblərə cavab vermir. Müdafiə naziri orduya verilən ərzaq məhsullarının hazırlanmasında və saxlanılmasında pozuntulara yol verən şirkətləri tənqid edib. O, qeydə alınan bütün çatışmazlıqların qısa müddətdə tamamilə aradan qaldırılması barədə tapşırıq verib. A.Karapetyan hərbi polis nümayəndələrinə yeməkxanalarda və ərzaq anbarlarında gündəlik nəzarətin qurulmasını, habelə pozuntulara yol vermiş şirkətlərə qarşı bütün qanuni vasitələrdən istifadə olunmasını əmr edib.
Əslində, Ermənistanın müdafiə nazirinin bu tapşırığı verməsi bir baxımdan gözləniləndir. Çünki uzun illərdir KİV-də Ermənistan ordusunda baş verən korrupsiya hallarından bəhs edilir. Təsadüfi deyil ki, erməni generalları fərari, oğru, necə deyərlər “tuşenka” satan kimi tanınırlar.
44 günlük İkinci Qarabağ müharibəsi isə erməni əsgərlərinin də məhz belə “şanlı” generallara layiq olduğunu nümayiş etdirdi. Müharibənin ilk günündən rəşadətli ordumuzun qarşısından geri çəkilən düşmən ölkənin əsgərləri adlarını tarixə fərari kimi yazdılar. Bəlli oldu ki, erməni əsgəri fəraridir, qorxaqdır. Hər halda, müharibə zamanı Ermənistan ordusundan 10 min nəfərin fərarilik etdiyini düşmən ölkənin rəsmiləri etiraf ediblər. Beləliklə, fakt budur ki, müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti ya məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Bütün bu uğursuzluqların fonunda hazırda Ermənistan ordusunda xaos hökm sürür. Erməni hərbçilərinin silahlarını satması, nizamnamənin kobud şəkildə pozulması, fərarilik və Azərbaycanla sərhəddə xidmətdən yayınma kimi hallar qarşısıalınmaz həddə çatıb. Əksər erməni ekspertlərinin də vurğuladıqları kimi, müharibədəki məğlubiyyətdən sonra ordu sıralarında özbaşınalıq, anarxiya daha da genişlənib və rəhbər şəxslər bu cür xoşagəlməz mənzərənin qarşısını almaqda aciz görünürlər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

