/ / Qabil Hüseynli: Vətən müharibəsində əldə olunmuş qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi idi
Qabil Hüseynli: Vətən müharibəsində əldə olunmuş qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi idi
27.08.2021 [13:09]
“2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi idi. Təbii ki, bu qələbənin qazanılmasında rol oynayan əsas komponentlərdən danışarkən ölkəmizin hərbi potensialının daha da artırılması, iqtisadi stabilliyin qorunub saxlanılması, ən əsası isə beynəlxalq müstəvidə aparılan düzgün xarici siyasət kursu xüsusi vurğulanmalıdır. Qarabağ zəfəri üçün illərdir ki, mühüm təməllər atılmaqda idi. Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində də bildirdi ki, qələbənin əldə olunmasında bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti. Müharibə üçün düzgün zaman seçilməli idi. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar belə bir nəticəyə gətirib çıxardı. Çünki biz Qarabağı unutmadıq”.
Bu fikirləri politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, istər yeni müasir silahların əldə olunması, istərsə də ölkəmizin milli müdafiə sənayesinin ildən-ilə təkmilləşdirilməsi qələbəni təmin etdi. Azərbaycan öz iqtisadi gücündən düzgün istifadə etməklə xarici ölkələrlə, beynəlxalq təşkilatlarla münasibətlərini daha da yüksək səviyyəyə çatdırdı: “Azərbaycanda siyasi sabitliyin, vətəndaş birliyinin təmin edilməsi, çox inamlı islahatların aparılması və siyasi müstəvidə mühüm uğurların əldə olunması ölkəmizin mövqelərini möhkəmləndirən əsas amillər kimi çıxış etdi. Digər tərəfdən, ötən illər ərzində dünya ölkələri ilə ikitərəfli əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarla milli maraqlar çərçivəsində düzgün iş prinsipinin qurulması Vətən müharibəsi dövründə ölkəmizə güclü dəstəyin nümayiş etdirilməsinə səbəb oldu. Bu isə özlüyündə bir həqiqətin növbəti dəfə ortaya çıxmasını şərtləndirdi - birmənalı şəkildə Vətən müharibəsində həm siyasi platformada, həm də hərbi müstəvidə qazandığımız uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxMaraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04

