Gürcüstanda siyasi proseslər yeni məcrada...
21.10.2021 [10:49]
Azərbaycan ictimaiyyəti də qonşu dövlətdə baş verənləri narahatlıqla izləyir
Ölkəmizlə eyni regionda yerləşən və bir sıra mühüm layihələrdə tərəfdaşımız olan Gürcüstanda baş verən hadisələr diqqəti cəlb edir. Belə ki, Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin bu ölkəyə qayıdışı və həbsi bir sıra siyasi proseslərə yol açıb. Eks-prezidentin lideri olduğu "Vahid Milli Hərəkat" partiyası ardıcıl aksiyalar keçirir. Bununla belə, dövlət strukturları hər hansı bir insidentin baş verməməsi üçün də bütün gücünü səfərbər edib. Saakaşvili tərəfdarları əsas məsələ kimi, keçmiş dövlət başçısının azad olunmasını və onunla bağlı cinayət işinin bağlanmasını istəyirlər.
Müasir beynəlxalq münasibətlər sistemində mühüm yerə malik olan Cənubi Qafqazda bu kimi distabilliyin yaranması birmənalı qəbul edilmir. Bəzi xarici ekspertlər baş verənləri qütblərarası savaşın təzahürü olaraq qiymətləndirirlər. Bununla yanaşı, Saakaşvilinin revanş əldə edərək hakimiyyətə qayıdacağını düşünənlər də var. Hər bir halda, bu ölkədə yaşanan siyasi çaxnaşmalar regiona müsbət dividend qazandırmayacaq.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlama verən Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamilə Əliyeva bildirib ki, Gürcüstan Azərbaycanın Cənubi Qafqazda ən yaxın tərəfdaşıdır. İki ölkə arasında yüksək əlaqələrin mövcud olduğunu dilə gətirən millət vəkilinin fikrincə, bu ələqələr regional inkişafa mühüm töhfələr verib: " Bu baxımdan, Gürcüstanda sabitliyin olması bizim üçün də maraqlıdır. Təbii ki, baş verənlərlə bağlı narahatlıqlar olsa da, fikrimcə, bu məsələ Gürcüstanın daxili işidir. Azərbaycan heç bir zaman başqa bir dövləti öz daxili işlərinə qarışdırmadığı kimi, digər ölkələrin də daxili işlərinə qarışmır. Hər bir halda, Gürcüstanda baş verən siyasi prosesləri izləyirik. Hansısa bir qarşıdurmanın baş verməməsini, bütün məsələlərin qanun çərçivəsində həll olunmasını arzulayırıq. Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır və bu dövlət bizimlə qonşudur. Bu mənada, yaxın zamanda siyasi sabitliyin yenidən təmin olunacağını güman edirəm".
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramiz Hüseynov da Azərbaycanla Gürcüstan arasında çoxşaxəli əlaqələrin olmasını önə çəkib: "44 günlük Vətən müharibəsi dövründə də Gürcüstan qonşu ölkə olaraq məsuliyyətli davranış sərgilədi. İki dövlət arasında istər siyasi, istərsə də iqtisadi müstəvidə mühüm tərəfdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan, orada baş verən siyasi proseslər bizim üçün də maraq kəsb edir. Orada yaşayan soydaşlarımızla bağlı da narahatlıqlarımız mövcuddur. İnanırıq ki, proseslər qanun çərçivəsində inkişaf edəcək. Hər bir halda bu məsələ Gürcüstanın daxili işidir".
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:32
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35

