Soçidən Brüsselə...
02.12.2021 [10:25]
Soçi görüşünün nəticələri Brüssel danışıqlarına necə təsir göstərəcək?
N.Qələndərli
Noyabrın 26-da Soçidə baş tutmuş üçtərəfli görüşün nəticələri ekspertlər tərəfindən müzakirə olunmaqdadır. İfadə edilən əsas qənaət budur ki, Azərbaycan Prezidentinin mövqeyi görüş çərçivəsində imzalanan Bəyanatda öz əksini tapdı. Ümumiyyətlə, üçtərəfli görüşün nəticələri qalib Azərbaycanın məqsədlərinə nail olduğunu göstərir. Analitiklərin vurğuladıqları kimi, Üçtərəfli görüşdə Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan Baş nazirinin mətbuata bəyanatlarında əksini tapan məqamlar Soçi görüşünün nəticələrini müsbət qiymətləndirməyə əsas verir.
Aİ Şurasının Prezidentindən dialoq çağırışı...
Hazırda isə müzakirə predmetinə çevrilən məsələlərdən biri Soçi görüşünün nəticələrinin dekabrın 15-də Brüsseldə Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə necə təsir göstərəcəyidir. Yeri gəlmişkən, Aİ Şurasının Prezidenti Şarl Mişel “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu”nun illik assambleyasına video-müraciətində Azərbaycan və Ermənistanı dialoqa çağırıb: “Azərbaycan və Ermənistan arasında münasibətlər vəziyyətin nə dərəcədə kövrək olduğunu göstərir. Mən inanıram ki, yalnız siyasi dialoq dayanıqlı həll yoluna apara bilər”.
Azərbaycan məsələlərin həlli üçün kifayət qədər imkanlara və siyasi iradəyə malikdir
Milli Məclisin deputatı Arzu Nağıyev “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Brüssel danışıqlarını Soçi görüşünün davamı kimi qiymətləndirmək olar: “Azərbaycan bu görüşə şərtləri diktə edən tərəf kimi hazır paketlə gedir. Bizim əsas məramımızın, məqsədimizin nədən ibarət olduğu Soçi görüşündə də tam və dəqiq açıqlandı. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların bərpası xüsusi diqqət mərkəzindədir. Ola bilsin ki, Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində və sammit çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin görüşü zamanı məqam kimi insan hüquqları, ərazilərin minalardan təmizlənməsi əsas şərt ola bilər. Çünki Avropa daim insan hüquqları ilə bağlı məsələləri önə çəkir. Azərbaycan tərəfi buna da hazırdır. Bizim əsas məqsədimiz Böyük Qayıdışı təmin etməkdir, bunun üçün də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və infrastruktur quruculuğu əsas məsələdir”.
Arzu Nağıyev qeyd edib ki, Azərbaycan tərəfi bütün bu məsələlərin həlli üçün kifayət qədər imkanlara, siyasi iradəyə malikdir və Brüssel danışıqlarına da hazırdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

