SSRİ-nin dağılması qaçılmaz idi
20.01.2022 [00:38]
Siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət
Pərviz SADAYOĞLU
Müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən olan 1990-cı ilin 20 Yanvar faciəsindən 32 il ötür. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın azadlıq və istiqlal mübarizəsini “beşikdə boğmaq” məqsədilə sovet imperiyası fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə böyük hərbi qüvvə yeritdi, günahsız insanlar qanına qəltan olundu, misli görünməmiş vəhşiliklər törədildi. Bu qırğın siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət kimi tarixə düşdü.
Xalq həmin dövrdə qəti şəkildə milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbini irəli sürür, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxırdı. Bunları əlində əsas götürən Kreml qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Ən ağır hadisələr isə paytaxtda baş verdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya yeridilməsindən sonra xalqa qarşı xüsusi qəddarlıq nümayiş olundu. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında isə əhali xəbərdar edilməmişdi. Nəticədə, Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu.
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, 1980-ci illərin sonu - 1990-cı illərin əvvəli SSRİ-də mühüm siyasi proseslər gedirdi. Həmin dövrdə SSRİ-nin dağılması qaçılmaz idi. Partiya sədrinin fikrincə, SSRİ-ni dağıdan ən fəal ocaqlardan biri Azərbaycandakı xalq hərəkatı idi. S.Cəlaloğlu bildirib ki, o dövrdə Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizəyə qalxmışdı: “Həmin dövrdə Azərbaycanda proseslər aktiv idi. Hətta Azərbaycanla müqayisədə Baltikyanı ölkələrdə belə bu cür dinamika müşahidə olunmurdu. İmperiya rəhbərləri isə fikirləşdilər ki, bu yolla xalqın gözünü qorxuda, öz yolundan çəkindirə bilərlər. Onlar öz siyasi maraqlarından çıxış edərək düşünürdülər ki, məhz qırğın törətməklə nəyəsə nail olmaq mümküdr. Atılan addımlar isə bu prosesin qarşısını ala bilmədi”.
Azərbaycanın o vaxtkı hakimiyyətinin imperiya qoşunlarını ölkəyə dəvət etdiyini vurğulayan S.Cəlaloğlunun sözlərinə görə, SSRİ-nin dağılmasının qarşısını almaq mümkün deyildi. “İstər Moskvadakı, istərsə də Bakıdakı hakimiyyət nümayəndələri düşünürdülər ki, bu yolla SSRİ-nin dağılmasının qarşısını ala bil?cəklər, amma 20 Yanvar qırğını prosesi daha da sürətləndirdi. 20 Yanvar qırğını və buna bənzər faciələr bir daha göstərdi ki, ittifaq üzvü olan heç bir xalqın təhlükəsizliyinə təminat yoxdur. 20 Yanvar Azərbaycanın müstəqilliyinin, suverenliyinin zərurətini ortaya qoydu”, - deyə ADP sədri əlavə edib.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. Millət vəkili qeyd edib ki, 20 Yanvar gecəsi siyasi maraqları uğruna bir xalqa qarşı qətliam törətməyi belə özünə rəva bilən imperiya rəhbərliyinə həqiqəti bir daha sübut etdi: “Əliyalın soyuq güllələrin qarşısına sipər olan vətən övladları böyük bir imperiyaya hər şeyin güclə həll edilmədiyini əyani şəkildə sübut etdilər. Xalqımız həmin gün bir millət olaraq varlığını dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının iradəsi qırılmadı və millətimiz öz azadlığı uğrunda sona qədər mübarizə apardı. Başda Qorbaçov olmaqla imperiya rəhbərləri Azərbaycan xalqının azadlıq əzmini qırmaq istəyirdilər. Hətta Vəzirovun Azərbaycan rəhbərliyinə təyin olunması da təsadüfi deyildir. O, Qorbaçovun kadrı idi və onun göstərişi ilə hərəkət edirdi”.
T.Kərimli bildirib ki, 20 Yanvar bir faciə olmaqla yanaşı, Azərbaycan xalqının müstəqilliyə gedən yolunun başlanğıcıdır. “Bu qətliam o dövrdə Kremlin və ya DTK-nın otaqlarında hazırlanan bir ssenari idi. Hər halda bu cinayətin əsas günahkarı olan Mixail Qorbaçovun və ətrafının əsas məqsədi Azərbaycan xalqının əzmini qırmaq idi. Amma 20 Yanvar bir daha sübut etdi ki, xalqın azadlıq ruhunu sındırmaq, iradəsini zorla tabe etmək olmaz. Baxmayaraq ki, hətta 20 Yanvardan sonra ölkə bir ilə yaxın fövqəladə vəziyyət rejimində yaşadı, amma Azərbaycan xalqı Moskvanın təkidləri ilə barışmadı, imperiyanın siyasi oyunlarını pozdu. Biz öz gənclərimizə bu tarixi qəhrəmanlıq salnaməsi kimi anlatmalıyıq”, - deyə “Vəhdət” sədri əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

