/ / Tahir Budaqov: İşğaldan azad edilmiş ərazilərin bərpasına, sosial-iqtisadi inkişafına qadın sahibkarlarımız da öz töhfələrini verəcəklər
Tahir Budaqov: İşğaldan azad edilmiş ərazilərin bərpasına, sosial-iqtisadi inkişafına qadın sahibkarlarımız da öz töhfələrini verəcəklər
25.01.2022 [17:11]
“2020-ci il Azərbaycan dövlətinin və xalqının çoxəsrlik tarixinə əlamətdar il kimi daxil oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu hadisə Azərbaycanın çoxəsrlik tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Şanlı Qələbəmiz təkcə tarixi ədalətin bərpası və Azərbaycanın haqlı mübarizəsinin kulminasiya nöqtəsi deyil. Qələbə nəticəsində regionda yeni reallıqlar yarandı və Azərbaycanın onsuz da böyük olan rolunun bundan sonra daha da artması üçün yeni imkanlar formalaşdı”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın iqtisadi rayonlarının bölgüsünə yenidən baxıldı və işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu rayonlar böyük iqtisadi potensiala malikdir. Təbii ki, həmin iqtisadi rayonların imkanlarından səmərəli istifadə və onların potensialının ölkə iqtisadiyyatına inteqrasiyası Azərbaycanın bundan sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. İndi həmin ərazilərdə bərpa prosesi ən müasir tələblərə cavab verən səviyyədə müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qısa müddət ərzində nəhəng infrastruktur layihələri artıq reallaşdırılıb və hal-hazırda da bu istiqamətdə işlər davam edir.
YAP Sədrinin müavini qeyd edib ki, bu gün dövlətimizin əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması, Böyük Qayıdışın təmin edilməsidir: “Həmin ərazilər minalardan təmizləndikcə məskunlaşma prosesi həyata keçiriləcək. Təbiidir ki, insanlarımız doğma torpaqlarına qayıtdıqca ən aktual, ən vacib məsələlərdən biri də onların iqtisadi fəallığının, məşğulluğunun təmin edilməsidir. Bu proses ölkəmizin daha sürətli inkişafı üçün möhkəm zəmin yaratmış olacaq. Bilirsiniz ki, həmin iqtisadi rayonların iqtisadiyyatına, o cümlədən sosial infrastruktur layihələrinə böyük investisiyalar yatırılır. Dövlət büdcəsinin önəmli bir hissəsi bu ərazilərdə quruculuq işlərinin yerinə yetirilməsinə sərf olunur. Eyni zamanda, bu prosesdə xarici ölkələrin də şirkətləri iştirak edirlər. Xüsusilə, qardaş Türkiyənin şirkətləri həmin ərazilərdə fəal çalışır. Bununla belə bu prosesə yerli sahibkarlarımzın da aktiv qoşulması çox önəmli bir məsələdir və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda keçirdiyimiz konfransın da əsas mahiyyəti odur ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda, həmin ərazilərin sosial-iqtisadi inkişafında qadın sahibkarların iştirakını təşviq edək. Düşünürəm ki, bu konfransda dövlət orqanlarının nümayəndələri tərəfindən verilən məlumatlar, aparılan müzakirələr nəticəsində qadın sahibkarlarımızda azad edilmiş əraziləridə mövcud vəziyyətlə bağlı aydın təsəvvür formalaşacaq və onlar həmin ərazilərin bərpası prosesində yaxından iştirak edərək quruculuq işlərinə öz töhfələrini verəcəklər”.
Xəbər lenti
Hamısına baxSosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26

