Türkiyə ilə Ermənistan arasında aviareyslərin açılması...
03.02.2022 [10:28]
Münasibətlərin normallaşmasına necə təsir edə bilər?
Nardar BAYRAMLI
Fevralın 2-dən etibarən Türkiyə ilə Ermənistan arasında aviareyslərin həyata keçirilməsinə başlanıb. Bu barədə razılıq bir müddət əvvəl Türkiyə və Ermənistan nümayəndələrinin keçirdiyi görüşlər nəticəsində əldə olunmuşdu. Birbaşa uçuşların bərpası üçün Türkiyənin “Pegasus” və Ermənistanın “FlyOne” şirkətləri iki ölkənin mülki aviasiya qurumlarına müraciət edib. Dünən Türkiyənin “Pegasus” Hava Yolları və Ermənistanın “FlyOne” şirkəti qarşılıqlı olaraq İstanbul-İrəvan reyslərinə başlayıb.
Aviareyslərin bərpa edilməsi iki ölkə arasında münasibətlərin normallaşmasına necə təsir edə bilər? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, iki ölkə arasında aviareyslərin açılması münasibətlərin normallaşması üçün vasitələrdən biri ola bilər. Onun sözlərinə görə, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri münasibətlərin normallaşması üçün müzakirələr aparırlar: “Xüsusi nümayəndələrin təyin edilməsi tərəflərin qarşılıqlı əlaqələrinin bərpasında maraqlı olmasından xəbər verir. Ermənistanın baş naziri Nikol Paşinyanın da hazırda ən çox arzuladığı məsələ Türkiyə ilə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılmasıdır. Bunun iqtisadi və siyasi səbəbləri var. İqtisadi səbəblər Ermənistanı təcrid vəziyyətdən çıxarmaqdır. Bu ölkə həmişə xarici ianələr hesabına ayaqda qalıb, lakin Paşinyanın hakimiyyətə gəlişindən, xüsusilə İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra hazırkı hakimiyyətlə diaspor arasında dərin çatlar yaranıb. Bu da xarici ianələrin azalması ilə nəticələnir. Erməni diasporunun özü də müharibədən sonra ikiyə bölünmüş vəziyyətdədir. Bununla yanaşı, Rusiyadan daşımalarda hava şəraitinə görə zaman-zaman problemlər yaranır, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində gömrük-keçid məntəqəsinin qurulması İranla daşımalara da təsir edir. Ermənistanın müharibədən əvvəlki dövrlə müqayisədə indi təcrid vəziyyətində yaşaya bilməsi daha da çətinləşib və Paşinyan anlayır ki, Türkiyə ilə sərhədlərin açılması iqtisadiyyata yeni nəfəs verə bilər. Siyasi səbəblər isə Paşinyan hakimiyyətinin oriyentasiyasıdır. Ermənistanın mövcud hakimiyyəti Qərbyönümlü xəttə üstünlük verir və Qərbə çıxış üçün yeganə yol Türkiyədir”.
Millət vəkili qeyd edib ki, bütün bunların fonunda münasibətlərin qurulması daha çox Ermənistana lazımdır: “Bu baxımdan, iki ölkə arasında təyyarə uçuşlarının həyata keçirilməsi insanlar arasında təmasların artmasına, əlaqələrin qurulmasına səbəb olacaq. Bu kimi amillər iki dövlətin münasibətlərinin qurulması istiqamətində atılan addımlara dəstəkdir.
Bəzi ekspertlər qeyd edirlər ki, gələcəkdə iki ölkənin başqa şəhərlərinə də aviareyslər açıla bilər. Belə olarsa, Türkiyə və Ermənistan vətəndaşları arasında gediş-gəliş intensivləşəcək. Ermənistan Türkiyənin bu xoşməramlı jestlərini dəyərləndirməlidir. Rəsmi İrəvan Türkiyə və Azərbaycanın regionun tərəqqisi naminə irəli sürdüyü təşəbbüslərə qoşulmalı, sülh çağırışlarına cavab verməlidir. Məlumdur ki, işğalçı siyasəti nəticəsində regionda təcrid vəziyyətinə düşən, qonşuları ilə münasibətlərini pozan bu ölkə dərin böhran içərisindədir. Türkiyə Cümhuriyyəti Ermənistanla sərhədi 1993-cü ildə bu ölkənin Azərbaycana qarşı işğalçı siyasətinə görə bağlayıb. 44 günlük Vətən müharibəsindən sonra rəsmi İrəvan başa düşməlidir ki, qonşulara qarşı ərazi iddiaları ilə çıxış etmək bu ölkəyə ancaq fəlakət vəd edə bilər. Ona görə də Ermənistanın iflasdan yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

