GUAM formatında ən çox fəallıq nümayiş etdirən ölkə
10.02.2022 [23:09]
Təşkilatın növbəti sammiti keçiriləcək
Azərbaycan digər beynəlxalq platformalar kimi GUAM çərçivəsində də fəal siyasətini davam etdirəcək
Nardar BAYRAMLI
Bu il GUAM ölkələri liderlərinin sammiti keçiriləcək. Bu barədə ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku azərbaycanlı həmkarı ilə keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, GUAM iqtisadi əməkdaşlığı gücləndirmək üçün əlverişli təməl yaradır. Moldovalı nazir GUAM-ın yaxşı perspektivinin olduğunu da deyib: “Bildiyiniz kimi, bu il təşkilata sədrliyi Moldova edəcək. Biz ölkələr arasında siyasi dialoqu gücləndirmək istəyirik. Bu il GUAM-a üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti də planlaşdırılır, bunun detalları üzərində işləyirik. Biz, həmçinin sektoral əməkdaşlığı gücləndirmək istəyirik. Buraya nəqliyyat, enerji, ərzaqların çatdırılması və s. məsələlər daxildir. GUAM-ın praktiki tərəfləri çoxdur. Bu təşkilat həmrəylik, ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı dəstəyi təşviq etmək üçün yaradılıb. Ölkələrimiz GUAM və ATƏT kimi təşkilatların platformasında bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Və biz indi də bu məsələlərlə bağlı koordinasiyalı əməkdaşlıq aparırıq”.
GUAM-ın növbəti sammiti təşkilatın işinin güclənməsinə nə dərəcədə təsir edə bilər? Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramin Məmmədov bildirib ki, GUAM təşkilatı ötən illər ərzində mühüm beynəlxalq platforma kimi özünü təsdiq edib. Onun sözlərinə görə, təşkilata üzv olan dövlətlər arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur: “Bu baxımdan, GUAM-Azərbaycan əlaqələri və GUAM çərçivəsində Azərbaycanla digər üzv ölkələr arasında münasibətlərin inkişaf tendensiyası aydın göstərir ki, təşkilatın yaranması müxtəlif sahələrdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi baxımından vacib addım idi. Azərbaycan GUAM formatında ən çox fəallıq nümayiş etdirən ölkələrdən biridir. Belə ki, Azərbaycan zəngin enerji resurslarına malik olmaqla, enerji daşıyıcılarının əlverişli və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılması istiqamətində xüsusi fəallıq nümayiş etdirir, dünyanın ayrı-ayrı güclü ölkələri ilə enerji sahəsində konstruktiv əməkdaşlıq qurur. Eyni zamanda, bizi bu təşkilatda birləşdirən vacib amillərdən biri dövlətlərin ərazi bütövlüyü ilə bağlı üzləşdiyi problem olmuşdu. Biz GUAM olaraq bütün beynəlxalq platformalarda bir-birimizin ərazi bütövlüyünü dəstəkləmişik. Və bu gün də dəstəkləyirik”.
Millət vəkili qeyd edib ki, GUAM-ın növbəti sammitində təşkilata üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığın inkişafı perspektivləri diqqət mərkəzində ola bilər: “GUAM-a növbəti sədrliyi Moldova edəcək. Bilirsiniz ki, Azərbaycanla Moldova arasında yaxşı əlaqələr mövcuddur. Amma bu əlaqələr daha da inkişaf etdirilə bilər. Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun ölkəmizə səfərində də münasibətlərimizin inkişafı diqqət mərkəzində olub. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Niku Popeskunu qəbul edərkən ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. Nazir Niku Popesku da Azərbaycan və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb, eləcə də, iqtisadi, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, enerji sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Düşünürəm ki, həm ikitərəfli, həm də GUAM çərçivəsində əlaqələrimiz daha da inkişaf edəcək. Ölkəmiz bundan sonra da digər beynəlxalq platformalar kimi GUAM çərçivəsində də fəal siyasətini davam etdirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

