Paşinyan müşavirini Zəngəzura niyə göndərib?
18.02.2022 [10:21]
Nardar BAYRAMLI
Erməni mətbuatının yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan özünün müşaviri Robert Qukasyanı iki aylıq müddətə Zəngəzura ezamiyyətə göndərir. Paşinyanın bu barədə verdiyi qərarda bildirilir ki, ezamiyyət fevralın 16-dan aprelin 16-dək davam edəcək. Mətbuat onu da qeyd edir ki, Robert Qukasyanın ezamiyyəti ilə bağlı xərclər dövlət büdcəsində nəzərdə tutulan baş nazir aparatının daxili ezamiyyətləri hesabına ödəniləcək. Amma onun hansı məqsədlə həmin əraziyə göndərilməsinin səbəbləri rəsmi olaraq açıqlanmır.
Yeri gəlmişkən, Paşinyan hökumətin iclasında yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid etdiyini deyib: “Seçim 70 gün davam edəcək, bundan sonra seçilmiş şirkətlər əsas müsabiqədə iştirak edə biləcəklər. İlin sonuna qədər prosesi başa çatdırmaq üçün hər şey edilməlidir. Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”.
N.Paşinyanın bu çıxışının fonunda R.Qukasyanın Zəngəzura iki aylıq ezam olunması dəmir yolunun inşası ilə bağlı ola bilərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və bütün dünya bu reallıqları qəbul edir. Onun sözlərinə görə, hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar: “İrəvanın açıqlamaları, bəyanatları, yanaşması və mövqeyi də bu baxımdan istisna deyil. Ermənistan da bu reallığı qəbul edir. Bu səbəbdən, baş nazir Nikol Paşinyan da deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdır və buna hazırdır. Amma bu fikir imitasiya məqsədilə səsləndirilməməlidir, erməni tərəfi bunu əməldə göstərməlidir. Bilirsiniz ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, yaxşı perspektivlər vəd edir. Şübhəsiz ki, postmünaqişə mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb edir. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji layihənin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələlərlə hər kəsin, o cümlədən Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu qeyd etmişdi. Dövlət başçısı, həmçinin Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulamışdı. Ermənistan isə kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa çalışır, müxtəlif bəhanələr irəli sürür, süni gündəm formalaşdırmağa çalışırdı. Buna baxmayaraq, Vətən müharibəsində qazanılan inamlı qələbənin diplomatik müstəvidə möhkəmləndirən rəsmi Bakı strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostrateji gündəmi müəyyənləşdirdi. Bu fakt İrəvanı razılığa gəlməyə məcbur etdi. Bu gün Paşinyanın müxtəlif toplantılar, görüşlər zamanı səsləndirdiyi fikirlər də bu reallığı ifadə edir”.
Millət vəkili qeyd edib ki, Ermənistan tərəfi artıq kommunikasiyaların bərpasının önəmini anlayır: “Rəsmi İrəvan etiraf edir ki, Azərbaycanla dəmir və avtomobil yolları əlaqəsini bərpa etməyə hazırdır. Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpasına hazırlıq üzrə işçi qrupu da yaradılıb. Ermənistan baş nazirinin müavini bu yaxınlarda rusiyalı həmkarı və Rusiya Dəmir Yollarının baş direktoru ilə görüşüb. İndi bərpa üçün texniki tapşırığın necə tərtib ediləcəyi və gələcək yolun tikintisi üçün vəsaitin tapılması müzakirə olunur. Layihənin icrası üçün təxminən 200-250 milyon dollar civarında vəsaitə ehtiyac duyulduğu bildirilir. Böyük ehtimalla Ermənistan baş nazirinin müşaviri R.Qukasyan məhz dəmir yolunun bərpası işləri ilə əlaqədar Zəngəzura ezam edilib. Ermənistan hakimiyyəti artıq başa düşür ki, kommunikasiyaların açılmasına qarşı çıxmaq, ilk növbədə, özünə böyük ziyandır. Bu səbəbdən də dəmir yolunun bərpası işinə başlanılıb”.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

