Rusiya XİN-in yanlışlığı, yoxsa...
24.02.2022 [10:11]
Anar İsgəndərov: “Türkmənçay” müqaviləsində hansısa “Şərqi Ermənistan”ın adı çəkilmir
Nardar BAYRAMLI
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci ildə imzalanmış “Türkmənçay” müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Həmin məlumatda “Türkmənçay” müqaviləsinə istinadən “Şərqi Ermənistan” ifadəsi yer alıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə məsələyə öz mövqeyini bildirib. Bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il “Türkmənçay” müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.
Vurğulanıb ki, sözügedən müqavilədə, ümumiyyətlə, “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya Xarici İşlər Nazirliyinin Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. “Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”, - deyə Azərbaycan XİN-dən bildirilib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov qəzetimizə açıqlamasında deyib ki, 1828-ci il fevralın 10-da qacarlar İranı ilə çar Rusiyası arasında Təbriz şəhəri yaxınlığında imzalanmış “Türkmənçay” müqaviləsində hansısa “Şərqi Ermənistan”ın adı çəkilmir. Onun sözlərinə görə, 16 bənddən ibarət olan həmin müqaviləyə əsasən şimali Azərbaycanın bütün xanlıqları, o cümlədən İrəvan və Naxçıvan xanlıqları çar Rusiyasına birləşdirilib: “Həmin ilin mart ayında isə çar Rusiyanın qərarı ilə erməni vilayəti yaradılıb. Yəni o vaxta qədər bu torpaqlarda ermənilərlə bağlı heç nə olmayıb. Bilirsiniz ki, “Türkmənçay” müqaviləsinin 15-ci bəndinə əsasən İrandan, eləcə də 1829-cu ildə Osmanlı dövləti ilə çar Rusiyası arasında imzalanmış “Ədirnə” müqaviləsinə görə Qarabağa, Qərbi Azərbaycana və Naxçıvana ermənilər kütləvi şəkildə köçürülüb. Bir sözlə, tarixi ədəbiyyatda “Türkmənçay” müqaviləsinə qədər bu torpaqlarda hansısa erməni adlarından, ərazisindən söhbət gedə bilməz. Fakt üçün deyim ki, İrəvan quberniyası 1850-ci ildə yaradılmışdı. Bütün bunlar Rusiya Xarici İşlər Nazirliyinin ciddi yanlışlığa yol verdiyini göstərir”.
A.İsgəndərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlarımızı qətiyyətlə qoruyur və bu yöndə uğurlu siyasət həyata keçirir: “Fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış müttəfiqlik haqqında müqavilə də bu baxımdan önəmlidir. Görünür, Rusiyada müəyyən dairələr bu sənədin imzalanmasından narahatdır. Bu baxımdan, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında etdiyi həmin paylaşım tarixi həqiqətlərdən tamamilə uzaqdır. Ölkəmizin Xarici İşlər Nazirliyi haqlı olaraq bu məsələyə öz etirazını bildirib”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

