“Şimal axını-2”: olum, ya ölüm
25.02.2022 [23:07]
Rusiya-Ukrayna münaqişəsi fonunda qaz kəmərinin taleyi necə olacaq?
Taleh AĞAVERDİEV
Rusiyanın “LXR” və “DXR”i tanımaq qərarından və Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından sonra bir sıra ölkələr şimal qonşumuza sanksiyalar tətbiq edib. Bu sanksiyalar Rusiyadan Almaniyaya gedən “Şimal axını-2” (Nord Stream-2) qaz kəməri layihəsini də əhatə edir. Almaniya istismara tam hazır olan qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırıb, ABŞ prezidenti Co Bayden isə Nord Stream-2 AG operator-şirkətin və onun icraçı direktoruna qarşı sanksiyaların tətbiq edilməsi barədə göstəriş verib.
Xatırladaq ki, “Şimal axını-2” layihəsi Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya qaz kəmərinin iki xəttini? çəkilməsini nəzərdə tutur. Onun gücü ildə 55 milyard kubmetr olmalı idi. Qaz kəmərinin istismara verilməsi Avropada qaz ehtiyatlarının qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilərdi.
Almaniya kansleri Olaf Şoltsun elan etdiyi qaz kəmərinin sertifikatlaşmasının dondurulması barədə qərar layihənin taleyi, Avropanın təchizatı, “Qazprom” və tərəfdaşlarının itkiləri ilə bağlı suallar yaradır. Sertifikatlaşdırmadan qaz kəməri istismara verilə bilməz. Buna görə də, tam istismara hazır olan qaz kəməri indi ən azı uzun müddət fəaliyyətsiz qalmağa məhkumdur.
Kəmərin tikintisi 2021-ci ilin sentyabrında başa çatıb. Bu layihə hələ qaz kəmərinin çəkilişi zamanı bir sıra problemlərlə üzləşib. “Şimal axını-2”nin ən ciddi rəqibi ABŞ olub və olmaqdadır. Belə ki, ABŞ tərəfindən bu layihəyə qarşı məqsədyönlü sanksiyaların tətbiqi nəticəsində qaz kəmərinin tikintisi əlavə iki ilə yaxın ləngiyib (boruların çəkilməsinin əvvəlcə 2019-cu ildən gec olmayaraq başa çatdırılması planlaşdırılırdı). ABŞ-ın mövqeyi Avropada iqtisadi və siyasi maraqlarının mürəkkəb qarışığından ibarətdir. Nəzərdə tutulurdu ki, Şimali Amerika şirkətləri Avropa İttifaqında mayeləşdirilmiş təbii qazın tədarükü bazarının əhəmiyyətli bir hissəsini tutmalı idilər. Bununla belə, məsələ təkcə Avropanın gəlirli qaz bazarına çıxışda deyil, həm də ABŞ-ın regiondakı uzunmüddətli siyasi məqsədlərindən irəli gələn çox əhəmiyyətli geosiyasi komponentlərindədir. Burada ABŞ-ın maraqları Rusiya qazının tranzit ölkələrinin - Polşa və Ukraynanın maraqları ilə üst-üstə düşür. Rusiyanın “Şimal axını-2” yeni qaz kəməri bu dövlətlərdən yan keçən dolama marşrut xarakteri daşıyır. Və şübhəsiz ki, Birləşmiş Ştatlar bu layihəyə birdəfəlik son qoymaq üçün hər cür səy göstərəcək.
“Şimal axını-2”dən imtina və ya hətta onun sertifikatlaşdırılmasının ləngiməsi “Qazprom”un böyük maliyyə itkilərinə səbəb olacaq. Eyni zamanda, Almaniya hökuməti heç nə itirməyəcək, çünki o, “Şimal axını-2”nin tikintisinə vergi ödəyicilərinin pullarını yatırmayıb. Almaniya tərəfdən layihə iki özəl enerji şirkəti - Wintershall Dea və Uniper tərəfindən maliyyələşdirilib. O cümlədən, Avstriyanın OMV, Fransanın Engie və Britaniya-Hollandiya Shell şirkətləri də vəsait ayırıblar. Onların hamısı maliyyə investorları, yəni qaz kəmərinin və onun operatoru olan “Nord Stream-2” şirkətinin tam sahibi olan “Qazprom” konserninin kreditorları kimi çıxış ediblər. Bununla belə, açıq mənbələrdən əldə edilən məlumatlara əsasən, belə bir qənaətə gəlmək olar ki, “Qazprom” qaz kəmərinin istismara verilməsindən asılı olmayaraq, borc götürdüyü pulu qaytarmağı öhdəsinə götürüb.
Ən pis halda, yəni qaz kəmərinin istismara verilməsindən imtina olunsa, “Qazprom” və onun tərəfdaşları Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət edə bilərlər. Bununla belə, Rusiya ilə Qərb arasında mövcud gərginliyi nəzərə alsaq, çətin ki, Rusiyanın xeyrinə qərar çıxarılsın və yaxud buna, uzun illər sərf olunacaq. Digər tərəfdən, “Qazprom” daha yaxın vaxta qədər boru kəmərini konservasiya edə və ya avadanlığı sökə bilər. Borunun sökülməsi konsernə əlavə olaraq 100-200 milyon avroya başa gələ bilər. Daha çox ehtimal olunan variant layihənin nəzarət paketinin avropalı tərəfdaşlara satılmasıdır ki, bu da Rusiya şirkətinə təxminən 5-6 milyard avro qazandıracaq. Məsələ burasındadır ki, bu məbləğ qaz kəmərinin dəniz hissəsinin çəkilişi üçün çəkilən xərcləri belə geri qaytara bilməyəcək, hələ yerüstü hissəsini demirik. Ehtimal olunur ki, məhz “Şimal axını - 2”nin quruda olan davamı - dəyəri 3 milyard avro olan Eugal, “Qazprom”a Rusiyanın qərarı səbəbindən dəyəcək itkilərin ümumi siyahısında ilk yerlərdən birini tutacaq. Çünki konsern Almaniya ərazisində olan bu nəqliyyat maqistralının 55 milyard kubmetr həcmində tutumunu qaz tədarükünün real həcmindən asılı olmayaraq, tam olaraq gələcək illər üçün bron edib. Digər tərəfdən, Rusiya müəyyən müddətdən sonra neft və qazın qiymətinin artması səbəbindən bu itkiləri qismən kompensasiya edə biləcək.
“Şimal axını-2”nin sertifikatlaşdırılmasının dayandırılması faktının özü Rusiya qazının Almaniya və digər Aİ ölkələrinə cari tədarükünə təsir etməyəcək. Qaz kəmərinin əvvəlcədən bir o qədər də iqtisadi məqsədəuyğunluğu yox idi. O, Avropaya əlavə həcmdə yanacaq tədarükü üçün tikilməyib, onun vəzifəsi, artıq qeyd olunduğu kimi, avropalı istehlakçılara qazın nəqli üçün Ukraynadan yan keçən alternativ marşruta çevrilmək idi. Almaniya ildə təxminən 100 milyard kubmetr təbii qaz istehlak edir ki, bunun da təqribən 55 milyard kubmetri Qazpromun tədarük etdiyi qazın payına düşür. Bunun üçün nəzəri cəhətdən uzun müddətdir fəaliyyət göstərən birinci “Şimal axını” kifayətdir. Bundan əlavə, Belarus və Polşadan keçməklə Almaniyaya çəkilmiş ildə 33 milyard kubmetr tutumlu Yamal-Avropa qaz kəməri, o cümlədən Çexiyadan Almaniyanın cənubuna və oradan da Fransaya uzanan 22 milyard kubmetr tutumlu Meqal qaz kəməri də var. Beləliklə, mövcud nəqliyyat imkanları Almaniyanın Rusiyadan təbii qaza olan hazırkı tələbatını tam ödəmək üçün kifayət edərdi.
Lakin bu layihənin üstündən xətt çəkmək hələ tezdir. “Şimal axını-2”yə qarşı sanksiyalar - Rusiyaya təzyiq cəhdidir. Bununla belə, açıq-aydın görünür ki, “Şimal axını-2” layihəsini dondurulmasından, hətta ondan imtina edilsə belə, hər iki tərəf elə də çox şey itirmir.
Bununla belə, hər iki tərəfin “Şimal axını-2” layihəsini dondurulmasından, hətta ondan imtina etməkdən itirəcəyi heç nə olmadığı göz qabağındadır. Bəli, Rusiya tərəfinin müəyyən itkiləri olacaq, lakin bu o qədər də kritik deyil. Bundan əlavə, Rusiya bu faktı gələcək üçün, qaz tədarükü üzrə mövcud müqavilələrin müddəti başa çatdıqda və yenilərinin bağlanmasının vaxtı gələndə nəzərə ala bilər.
Digər məqam ondan ibarətdir ki, “Şimal axını-2” Rusiya neft və qazının idxalına embarqo qoyulması və ya Rusiyanın özünün Avropaya qazı kəsmək qərarı kimi daha ciddi addımlar ərəfəsində yalnız ilkin mərhələ ola bilər. Bu cür addımlar qlobal iqtisadi böhrana səbəb ola bilər, ancaq bu artıq ayrı mövzu...
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

