Sözdə sülh, bölgədə təxribat...
11.03.2022 [23:51]
Ermənilərin məqsədi Azərbaycanı anti-terror əməliyyatına cəlb etməkdirmi?
Nardar BAYRAMLI
Son günlər Ermənistan ordusu dövlət sərhədində, eləcə də, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı dəstələrinin törətdikləri təxribatlar intensivləşib, ordumuzun mövqeləri son həftə ərzində dəfələrlə atəşə məruz qalıb. Bu təxribatlar müxtəlif ərazilərdə baş verir. Məsələn, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə tutulub: “Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub. Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”.
Ermənilərin bu təxribatları törətməkdə məqsədi nədir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, ermənilərə heç zaman etibar etmək olmaz. Onun sözlərinə görə, erməni tərəfinin məqsədi bölgədə qeyri-sabitliyin olmasıdır: “Biz görürük ki, Qarabağdakı erməni separatçıları “ənənəvi” yola əl atırlar. Bu yol hərbi təxribatlardır. Onlar başa düşürlər ki, Rusiya sülhməramlıları Qarabağda müvəqqəti olaraq yerləşdirilib. Ermənilərin məqsədi ondan ibarətdir ki, təxribatlar törədərək vəziyyəti gərginləşdirsinlər, bizimlə sülhməramlılar arasında problem yaratsınlar. Düşünürəm ki, 44 günlük Vətən müharibəsi ermənilərə ciddi dərs olmalıdır. Əlbəttə ki, onlar bu müharibədə dərslərini aldılar, ordumuz Ermənistan ordusunu darmadağın etdi, torpaqlarımız işğaldan azad olundu. Bu səbəbdən də Ermənistan hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanata imza atdı. Amma proseslər onu göstərir ki, Ermənistan və Qarabağdakı separatçılar 10 noyabr razılaşmasını pozmağa çalışır. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti sözdə bir, əməldə isə başqa mövqe nümayiş etdirir. Mövqelərimizin atəşə tutulması bunu deməyə əsas verir. Məlumdur ki, hazırda regionumuza yaxın ərazilərdə çox mürəkkəb proseslər baş verir. Ermənilər də bundan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Amma anlamalıdırlar ki, üçtərəfli bəyanatın pozulması özlərinə zərər vuracaq. Həmin bəyanatı imzalamaq, müharibəni dayandırmaq üçün məhz ermənilər yalvarırdılar. Azərbaycan sülhün tərəfdarı olduğu üçün bu sənədə imza atdı. Bizə torpaqlarımızın işğaldan azad olunması lazım idi. Bunu da etdik. Həmin razılaşmalara əsasən üç böyük rayonumuz qan tökülmədən azad olundu. Əgər Ermənistan razılaşmaları pozarsa, sülh təşəbbüslərinə qarşı hansısa addımlar atarsa, bu ona baha başa gələcək”.
Millət vəkili qeyd edib ki, üçtərəfli bəyanatın 4-cü bəndinin hələ də icra olunmaması təəssüf doğurur: “Həmin bənddə göstərilir ki, qanunsuz erməni hərbi birləşmələri Qarabağdan çıxarılmalıdır. Amma onlar hələ də Qarabağda mövcuddur. Bu səbəbdən də həmin qanunsuz hərbi birləşmələr ordumuzun mövqelərini atəşə tuturlar. Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlıları öz vəzifələrini tam şəkildə yerinə yetirə bilmirlər. Bildiyiniz kimi, sülhməramlılar həmin ərazilərdə müvəqqətidir. Sülhməramlılar bölgədən getdikdən sonra Qarabağda separatçılığa mey?l edən ermənilər oradan qaçacaqlar. Qarabağda 20-25 min civarında erməni qalıb ki, onların da bir hissəsi separatçılardır. Dinc insanlar isə yəqin ki, Azərbaycanın qanunları ilə yaşamağa razı olacaqlar. Çünki onların başqa yolu yoxdur. Ermənistan və Qarabağ separatçıları anlamalıdır ki, onlar bundan sonra Azərbaycanın ərazi bütövlüyünə qarşı heç bir addım ata bilməzlər. Əgər belə bir cəhd olarsa, Azərbaycanın müvafiq orqanları öz ərazimizdə anti-terror əməliyyatı apara bilər”.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00

