Reallıq dəyişmir – ünvan yenə də Bakıdır
17.03.2022 [13:30]
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müraciəti Azərbaycan Prezidentinə inam və etimadın daha bir ifadəsidir
Rusiya-Ukrayna müharibəsi, regional gərginliyin pik həddə çatması müxtəlif qüvvələr arasında diplomatik təmasların gücləndirilməsini önəmli və zəruri edir. Diqqət mərkəzində saxlanılan əsas məsələ isə sülh və təhlükəsizliyin təmin olunmasıdır. Rusiya ilə Ukrayna arasında hərbi-siyasi qarşıdurmanın aradan qaldırılmasında Bakının vasitəçi ola biləcəyi, prosesə mühüm töhfə verəcəyi əminliklə ifadə edilir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Prezident İlham Əliyevə müraciətində də bu məqamlar əksini tapıb. Müraciətdə “Biz sizin Rusiya və Ukrayna nümayəndələrini sülh danışıqlarının keçirilməsi üçün qəbul etmək təklifinizi qiymətləndiririk. Bakı bu cür müzakirələr üçün neytral məkandır və artıq hərbi insidentlərin qarşısının alınması üçün Rusiya və NATO nümayəndələrinin görüşünü qəbul edib. Biz ümid edirik ki, tərəflər bu təklifi qəbul edəcək və Bakı Avropanın İkinci Dünya müharibəsindən bəri üzləşdiyi ən böyük təhlükəsizlik böhranının tənzimlənməsində mühüm rol oynayacaq”,-deyə qeyd edilib. Eyni zamanda, dialoqun və hərbi əməliyyatların dayandırılmasına çağırış edilib. “Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Rusiya ilə Ukrayna arasında nəticəyə yönəlmiş təcili dialoqa, hərbi əməliyyatların da dayandırılmasına çağırırıq”.
Şübhəsiz ki, bu yanaşma reallığa əsaslanır. Çünki birincisi, Azərbaycan bundan öncə dəfələrlə dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Güc mərkəzlərinin nümayəndələrinin görüşü Bakıda baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr aparılıb. İkincisi, ölkəmiz bu gün Ukrayna məsələsində bir-biri ilə əks mövqelərdə - zidd qütblərdə dayanan tərəflərlə hər hansı bir gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir. Üçüncüsü, Azərbaycan beynəlxalq hüquqa hörmət və riayət olunmasının tərəfdarıdır. Bütün bunlara görə Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam və etimad var.
Sıralarında müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri - Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 tanınmış üzvü birləşdirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müraciəti isə Bakının regional miqyaslı, qlobal əhəmiyyətli missiyasının, Azərbaycan Prezidentinin isə yüksək nüfuzunun göstəricisidir. Başqa sözlə, reallıq dəyişmir – ünvan yenə də Bakıdır!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

