Əsgərana 16, Xankəndinə 32 km qaldı...
29.03.2022 [10:04]
Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdəndir
Nardar BAYRAMLI
Azərbaycan Ordusunun bölmələri Qarabağda güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini həyata keçirir. Bu proses çərçivəsində ordumuz Fərrux kəndinə və eyniadlı dağa nəzarəti tam təmin edib. Ekspertlər həmin ərazinin hərbi nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıdığını qeyd edirlər. Bu səbəbdəndir ki, Fərrux uğrunda həmişə mübarizə aparılıb.
Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov qəzetimizə açıqlamasında bildirib ki, bu ərazilər bizim tarixi torpaqlarımızdır. Onun sözlərinə görə, Gülüstan və Türkmənçay müqavilələrindən sonra çar Rusiyası erməniləri ərazilərimizə, o cümlədən Qarabağa köçürdü: “Bu baxımdan, sözügedən bölgədə də ermənilər yerləşdirildi. Bundan sonra ermənilər mütəmadi olaraq xalqımıza qarşı qətliamlar törədib, daha çox torpaq işğal etməyə çalışıblar. Fərrux kəndi və eyniadlı dağ həmişə strateji əhəmiyyətə malik olub. Hələ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Qarabağın erməni-daşnak birləşmələrindən azad edilməsi üçün apardığı əməliyyatlar zamanı da bu məsələ xüsusi diqqət mərkəzində idi. 1919-cu ildə Qarabağdakı erməni icması Xalq Cümhuriyyətinin tərkibində dinc yaşamaları ilə bağlı öhdəlik götürmüşdülər və bu haqda sənəd imzalanmışdı. Amma ermənilər naxələf çıxaraq hökumətə qarşı qiyamlar törətməyə başladılar. 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçərək postlarda dayanan azsaylı qüvvələrimizi qətlə yetirmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Həmin il martın 26-da Ağdama gələn milli ordumuzun generalı Həbib bəy Səlimov Əsgəran yolunun kəşfiyyatını apararaq həmin istiqamətdəki yüksəkliklərin, o cümlədən Fərrux dağının düşməndən azad edilməsi üçün əməliyyat planı hazırlayır. General Həbib bəy Səlimovun rəhbərliyi ilə müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəranı azad etmək məqsədi daşıyan ilk yürüşü başlandı. Döyüşün gedişində Pirlər kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi daşnaklardan təmizləndi. Növbəti hərbi əməliyyatlar nəticəsində Əsgəran və Xocalı azad olunsa da, təəssüf ki, aprelin 27-28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi əməliyyatları davam etdirməyə imkan vermədi”.
Tarixçi-alim qeyd edib ki, hazırda Fərrux dağı və kəndi ordumuzun nəzarətindədir: “Bu fakt bizim üçün qürurdur. Həmin ərazilər uğrunda çoxlu şəhidlər vermişik. Böyük vətənpərvər, xalq şairimiz Xəlil Rza Ulutürkün oğlu Təbriz də Birinci Qarabağ müharibəsində Fərrux uğrunda döyüşlər zamanı şəhid olub. İndi bütün şəhidlərimizin ruhu şaddır”.
Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Fərrux dağı və kəndi 1992-ci ilin yanvarında şəhid Milli Qəhrəman Şirin Mirzəyevin rəhbəriyi ilə işğaldan azad olunmuşdu: “Fərrux kəndi uğrunda Birinci Qarabağ müharibəsində çox qanlı döyüşlər gedib. Bu kənd Azərbaycan və Ermənistan arasında dəfələrlə bir tərəfdən digərinin nəzarətinə keçib və son nəticədə biz oranı qoruyub saxlaya bilməmişdik. Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Bu baxımdan, həmin ərazinin ordumuzun nəzarətinə keçməsi çox böyük uğurdur. Fərrux dağı və onun zirvəsi olan Daşbaşı yüksəkliyi Ağdam, Əsgəran, Xankəndi, Xocalı ərazilərinə nəzarət etməyə imkan verən strateji bir yüksəklikdir. Xüsusilə, bu dağın nəzarətimizə keçməsi ilə Ağdam şəhəri və rayonun 9 kəndi düşmənin vizual nəzarətindən çıxarılıb, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub. Buradan Əsgərana məsafə 16 km, Xankəndi şəhərinə isə 32 km-dir. Bu faktlar ordumuzun hərbi nöqteyi-nəzərdən üstünlüyünü əhəmiyyətli dərəcədə artırır”.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

