ABŞ İran ilə barışmadı
07.04.2022 [10:36]
Vyana danışıqlarının növbəti raundu da nəticəsiz oldu
Sadiq İSMAYILZADƏ
İranın nüvə proqramı ilə bağlı Vyana danışıqlarının növbəti raundu da nəticəsiz yekunlaşdı. Prosesin əvvəlində tərəflər arasında müəyyən razılıqlar əldə olunsa da, sonda fikirlər uzlaşmadı. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Vyanada nüvə sazişi üzrə danışıqların dayandırılmasını belə izah edib: “Vyana danışıqları ABŞ-ın günahı ucbatından dayandırılıb. Məlum oldu ki, ABŞ prezidenti Co Bayden və Ağ Ev hələ də bu məsələ ilə bağlı qərar qəbul etməyiblər”. Xətibzadənin fikrincə, ABŞ nüvə sazişi ətrafında yaranmış vəziyyəti daxili siyasətin bir hissəsinə çevirib. “Əgər ABŞ sazişi imzalamağa hazırdırsa, o zaman siyasi qərar verməlidir”, - diplomat əlavə edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib ki, Tehran təkliflərini Avropa İttifaqının müzakirəçiləri vasitəsilə amerikalılara çatdırıb və indi top onların tərəfindədir.
ABŞ ilə İran arasında üzdə nüvə, əslində isə neft danışıqlarına söykənən Vyana prosesində razılığın əldə edilməməsi isə Tehran üzərindəki sanksiyaların davam edəcəyini göstərir. Rusiya ilə Qərb arasında enerji ilə bağlı böhranın İran vasitəsilə kompensasiya ediləcəyi gözlənsə də, bu, baş vermədi. Demək ki, tərəflər arasında hələ də açıq qalan məsələlər mövcuddur.
Məsələ haqqında fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Donald Trampdan öncəki dövrdə İranın nüvə proqramı ilə bağlı müəyyən razılaşmalar əldə olunsa da, sonradan proses dayandırıldı. Ağ Evin birtərəfli qaydada Qarşılıqlı Hərtərəfli Fəaliyyət Planından çıxması vəziyyəti yenidən dramatikləşdirdi: “İranın sərbəst şəkildə uranı zənginləşdirməsi həm də bir təhdid formasına çevrildi. Vyana danışıqları isə İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılması müstəvisində formalaşdırılıb. Bu danışıqlarda İran ilə yanaşı qiyabi və ya yarımçıq şəkildə ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa və Çin təmsil olunur”.
Hazırda ən mühüm məsələlərdən birinin İranın enerji daşıyıcıları ilə bağlı olduğunu söyləyən İ.Hüseynov bildirib ki, Rusiyanın beynəlxalq miqyasda təcrid olunması və tətbiq olunan sanksiyaların miqyası Vaşinqton ilə İran arasında yaxınlaşmanı təmin etmişdi. Hətta bununla bağlı siyasi bəyanatlar da səsləndirilirdi. “Amma Vyanada keçirilən son danışıqlar nəticə vermədi. Görünür ABŞ hələ ki, İran ilə münasibətlərin tənzimlənməsində maraqlı deyil. Eyni zamanda, İranın da öz tələbləri var. Məsələn, İran İslam İnqilabı keşikçiləri korpusu ilə bağlı məsələ, İran üçün strateji əhəmiyyət kəsb edən müəssisələrin ABŞ-ın sanksiyalarına məruz qalması rəsmi Tehran üçün qırmızı xətt kimi dəyərləndirilir. Yəni İran enerji daşıyıcıları fonunda özü üçün həyati əhəmiyyət kəsb edən məsələləri qaldırır.
Gələcəkdə Rusiya neftindən və qazından asılılığı ödəmək üçün İrana tərəf müəyyən siyasi pəncərə açıla bilər. Bu xüsusda İranın nüvə proqramı istiqamətində yekun rəy də formalaşmış olar”, - deyən İ.Hüseynovun fikrincə, Vyana formatında keçiriləcək yeni danışıqlar müsbət nəticələrə yol açacaq. Bu nəticələr əvvəlki dönəmdə olduğu kimi MAQATE-nin nəzarəti altında İranın nüvə obyektlərində monitorinqlərin keçirilməsi və iqtisadi sanksiyaların yumşaldılması ilə müşay?ət oluna bilər: “Qərb Rusiyanın neftini və qazını İran, eləcə də Venesuela hesabına ödəmək istəyindədir. Bu xüsusda isə iqtisadi sahədə stimullaşdırıcı tədbirlər həyata keçirilməli, sanksiyaların aradan qaldırılması təmin olunmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

