Rusiya ilə Ukrayna arasında daha bir qalmaqal
12.04.2022 [10:17]
Nicat
Hələ ötən aykı sayımızda Ukraynada Moskva Patriarxlığının qadağan edilməsi ilə bağlı məqalə dərc etmişdik. Xalq deputatları Ali Radada “Moskva Patriarxlığının Ukrayna ərazisində qadağan edilməsi haqqında” qanun layihəsini qeydə alıblar. Qanun layihəsində “Moskva Patriarxlığının - Rus Pravoslav Kilsəsinin və Rus Pravoslav Kilsəsinin tərkibinə daxil olan dini təşkilatların, o cümlədən Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinin” qadağan edilməsini təklif etmişdilər. Layihədə Moskva Patriarxlığının mülkiyyətində və ya istifadəsində olan Kiyev-Peçersk Lavra Müqəddəs Yataqxanası, Müqəddəs Yataqxana Poçayev Lavrası, Müqəddəs Yataqxana Svyatoqorsk Lavra və digər dövlət əhəmiyyətli memarlıq abidələrinin də dövlətin mülkiyyətinə keçməsi və istifadə haqqında müqavilələrin (qərarlar) ləğv edilməsi önə çəkilirdi.
Dünəndən etibarən isə Moskva patriarxatının Ukrayna pravoslav kilsəsinin 200-ə yaxın keşişi Patriarx Kirill üçün kilsə məhkəməsi tələb edirlər. Belə ki, keşişlər “Patriarx Kirilə qarşı məhkəmə iddiası ilə” Qədim Şərq Kilsələri Primatları Katedralinə müraciət edəcəklər. Bununla bağlı Ukrayna Ali Radasının deputatı Andrey Pinçuk özünün “facebook” profilində məlumat verib - müraciəti müxtəlif yeparxiyalarından olan 191 keşiş imzalayıb.
“Bu gün Moskva Patriarxı Kirill Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini açıq şəkildə dəstəklədiyi zaman biz, Ukrayna Pravoslav Kilsəsinin keşişləri Patriarx Kirillə qarşı məhkəmə iddiası ilə Qədim Şərq Kilsələrinin Primatlar Şurasına müraciət etmək qərarına gəldik”, - deyə A.Pinçuk bildirib.
Açıq müraciətdə xüsusilə deyilir: “Biz, Ukrayna Pravoslav Kilsəsinin keşişləri, Rusiya Federasiyasının Ukraynaya qarşı amansız müharibəsinin davam etdiyi bu faciəli günlərdə Dünya pravoslavlığına üz tutmağı öz pastorluq borcumuz hesab edirik. Patriarx Kirillin hərəkətləri Ukrayna Pravoslav Kilsəsinin ruhaniləri və dindarları arasında kütləvi hiddətə səbəb olub”, - keşişlər deyir.
Müraciətdə keşişlər yerli Pravoslav Kilsələrinin dindarlarını “Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzünü pisləməyə” çağırırlar.
Bununla yanaşı, ukraynalı keşişlər Kirillin açıq bəyanatlarına baxmaq və onun uzun illərdir təbliğ etdiyi, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin ideoloji əsaslarından birinə çevrilən “ümumortodoksal səviyyədə “Rus dünyası” doktrinasını nəzərdən keçirilməsini təkid edirlər. Və sonda Patriarx Kirill məsuliyyətə cəlb edilməsi, eləcə də patriarxal taxt-tac tutmaq hüququndan məhrum edilməsini irəli sürürlər.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

