Fransa seçkilərinin sürpriz adamı
12.04.2022 [10:23]
Marin Le Pen haqqında bilmədiklərimiz
Pərviz SADAYOĞLU
Fransada keçirilən prezident seçkilərinin birinci turu arxada qaldı. 27 faiz, başqa sözlə 13 milyona yaxın fransız seçicisinin iştirak etmədiyi səsvermənin nəticələrinə görə, hazırki Prezident Emmanuel Makron və ultra sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ikinci turda iştirak edəcək. İlkin məlumatlara görə, Makron 28,5%, Le Pen isə 24,2% səs toplayıb. Bu isə o deməkdir ki, hər iki namizəd ikinci turda bir-birinə rəqib olacaqlar.
Artıq illərdir ki, Fransaya rəhbərlik edən Emmanuel Makronona sürpriz rəqib olan Marin Le Penin digər rəqiblərini qabaqlaması müəyyən suallar doğurur. Onun siyasi kimliyi, fəaliyyəti Qərb üçün heç də “əlverişli” sayıla ilməz. Milli Cəbhə Partiyasının yaradıcısı Jan-Mari Le Penin qızı olan Marin Le Pen daha çox qatı sağçı və nə qədər də qəribə səslənsə, rusiyapərəst mövqeyi ilə tanınır. O, Rusiya ilə Fransa arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsinin ən məşhur tərəfdarlarından biridir.
Qatı sağçının Rusiya sevgisi
Marin Le Pen haqqında araşdırma aparılan zaman onun siyasətçi olaraq ziddiyyətli qərar və fikirlərinin şahidi olmamaq mümkün deyil. 2013-cü ilin iyununda Moskvaya səfəri zamanı Marin Le Pen Dövlət Dumasının Rusiyada yetkinlik yaşına çatmayanlar arasında homoseksual təbliğatı, eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini qadağan edən, o cümlədən “xarici agentlər” haqqında qanunu dəstəkləyib. Le Pen, hətta Rusiya ilə strateji tərəfdaşlığın zəruriliyini də bəyan edib: “Rusiya modeli Amerika modelinə iqtisadi alternativdir. Biz birlikdə strateji maraqlarımızı daha yaxşı qoruya və dolların hədsiz imtiyazlarına əsaslanan qlobal maliyyə sisteminə qarşı mübarizə apara bilərdik”.
2014-cü ilin martında isə Marin Le Pen Krımın statusu ilə bağlı referendumun nəticələrinin legitimliyini tanıyıb. Həmin il rusiyalı rəsmi Sergey Narışkinlə görüşündə isə Le Pen Qərb ölkələrinin Rusiyaya qarşı sərt mövqeyini və xüsusilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyasətini pisləyib. Hətta Le Pen dəfələrlə fransızların Ukraynanı Aİ-nin bir hissəsi kimi görmək istəmədiklərini də açıq şəkildə bildirib. Onun fikrincə, Ukraynada baş verənlərə görə günah Avropa İttifaqındadır: “Avropa Birliyi bəzi ukraynalıları Ukraynanın Avropa Birliyinə üzv ola biləcəyinə inandırdılar, bu, tamamilə yanlışdır... Əminliklə demək lazımdır: Avropalılar Ukraynanı Avropa İttifaqında görmək istəmirlər. Yeri gəlmişkən, Albaniya, Makedoniya və Türkiyəni də istəmirlər”.
Rus bankı Le Penə 9 milyon avro kredit verib...
Le Penin Rusiya ilə münasibətlərinin bəzi qaranlıq nüansları da mövcuddur. Belə ki, 2014-cü ildə Le Penin partiyası Birinci Çex-Rusiya Bankından 9 milyon avro məbləğində kredit alıb. Qeyd edək ki, “Birinci Çex-Rusiya Bankı” keçmişdə “Stroytransgaz” şirkəti vasitəsilə Viktor Çernomırdin və Rem Vyahirev ailələri tərəfindən idarə olunurdu. İndi isə milyarder Gennadi Timçenkonun strukturlarına aiddir. Hazırda həm Rusiya, həm də Finlandiya vətəndaşlığı daşıyan Timçenko Ermənistanın Leninakan rayonunda dünyaya göz açıb. Bunun özü də maraqlı faktdır.
Sonrakı illərdə Le Pen Rusiyanın onun partiyasını maliyyələşdirməsi ilə bağlı iddiaları rədd etsə də, sonradan bunun davam etdiyi ortaya çıxıb. Hətta 2017-ci ildə Fransada keçirilən prezident seçkilərində Le Penin seçki kampaniyasının həmin banklar tərəfindən maliyyələşdirildiyi də bildirilir.
Faşistlərlə mühacirlər eyni statusda?
Le Penin siyasi baxışları da Avropa “standartları” ilə uyğunlaşmır. Məsələn, 2010-cu ildə Lionda keçirilən mitinqdə Marin Le Pen İkinci Dünya müharibəsi dövründə Fransanı işğal edən faşistlərlə hazırda Fransaya gələn mühacirləri eyniləşdirib. Le Penin rasist, islamofob fikirləri ona bəzən baha başa gəlib - O, yalnız Avropa Parlamentində deputat toxunulmazlığını əsas gətirərək hakim qarşısına çıxmaqdan canını qurtarıb.
Ziddiyyətli Le Penə “etimad” məsələsi beynəlxalq ekspertlər tərəfindən birmənalı qarşılanmır. Öz fikirlərində rasizmə, irqi ayrı-seçkiliyə yönəlik məqamlara yer verən birisinin Fransa kimi yüksək dəyərlərlə yaşayan cəmiyyətin seçkisində ikinci yer tutması siyasi mütəxəssislərin fikrincə, aşınmadan başqa bir şey deyil...
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

