Kiyevdən səslənən bəyanatlar...
15.04.2022 [10:27]
NATO - Rusiya qarşıdurması yaratmağa çalışır
Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda və Estoniya Prezidenti Alar Karisin Ukraynanın paytaxtı Kiyevə səfər etməsi bir sıra suallara yol açıb. Bunu, NATO-nun münaqişəyə mümkün müdaxiləsi kimi dəyərləndirən bəzi siyasətçilər, SSRİ dövründə Rusiyanın nüfuz dairəsində olmuş bu ölkələrin Ukraynaya hərtərəfli yardım üçün bir araya gəldiyini iddia edirlər. Maraqlıdır ki, NATO-ya sonradan qoşulan və keçmiş sosialist dövlətləri sayılan adıçəkilənlər bu gün Rusiyaya qarşı ən qatı mövqeyi nümayiş etdirən ölkələrdir. Məsələn, Litva və Estoniya NATO-nu Rusiyaya qarşı müharibəyə təhrik edən çağırışlar səsləndirirsə, Polşa Rusiya ilə dialoqa qarşı çıxır. Prezident Duda bildirib ki, biz başa düşmək və qəbul etmək mümkün olmayan bir mənzərə gördük, dağıdılmış yaşayış massivləri, bombalanmış sadə insanların evləri...
Maraqlıdır ki, qərbi Avropanın bəzi dövlətləri NATO-nu Rusiya ilə qarşıdurmadan çəkindirməyə çalışıdğı bir dövrdə Kiyevə səfər edən dövlət başçıları açıq şəkildə konfliktin miqyasını böyütməyə çalışırlar. Bəs, nəticə nə olacaq?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, bu gün qlobal səviyyədə Ukrayna - Rusiya qarşıdurmasının miqyasının böyüdülməsi, NATO-nun aktiv şəkildə bu münaqişəyə cəlb edilməsi istiqamətində fəaliyyət müşahidə olunmaqdadır. Yaranan fürsətdən istifadə edib NATO ilə Rusiyanı qarşı-qarşıya gətirməklə həm Avropanın müdafiə fəlsəfəsini yenidən dirçəltmək, həm də NATO daxilində dayaqları möhkəmləndirmək istəyirlər: “Son illərdə NATO-nun varlığı belə müzakirə mövzusuna çevrilmişdi. Baş verənlər bu müzakirələri dayandırdı. NATO-nun isə özünün qurum olaraq Rusiya ilə qarşıdurma görüntüsü yaratmaq istəyinin arxasında fərqli məqamlar dayanır. Bununla NATO məhz keçmiş sovet respublikaları hesabına Rusiyanın sərhədlərinə yaxınlaşmaq, Cənuba və Şərqə doğru genişlənmə planını həyata keçirmək, o cümlədən üzv ölkələrin sərhədlərinin təhlükəsizliyini qorumaq istəyir. Bu baxımdan, Baltikyanı və ya bəzi Avropa ölkələrinin iddia etdikləri kimi NATO-Rusiya qarşıdurması mövcud deyil”.
Rusiyanın Ukraynada qarşısına qoyduğu, amma çata bilmədiyi hədəflərin, NATO-nun isə üzv ölkələrin sərhədlərinin təhlükəsizliyini qorumaqla bağlı öhdəliyinin olduğunu diqqətə çatdıran Y.Hacıyeva bildirib ki, İngiltərə və Türkiyə kimi ölkələrin Ukraynaya verdiyi dəstək belə NATO və ya ümumavropa çərçivəsində deyil, fərdi addımlar çərçivəsindədir. “İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, Avropa hansısa ölkəyə bu qədər iqtisadi, siyasi, texniki sanksiyalar tətbiq edir. Bu səbəbdəndir ki, çar dövründən sonra Rusiyada ilk dəfə xarici borclara görə defolt elan olunub. Baş verənlər Rusiya dövlətində, cəmiyyətində, hətta ondan kənarda mütləq effekt yaradır. Hər kəs anlayr ki, bu defoltun iqtisadi əsasları ilə yanaşı, həm də siyasi əsasları mövcuddur”, - deyən politoloq onu da əlavə edib ki, Baltik ölkələrinin Rusiyaya qarşı radikal mövqeyinin arxasında mühüm məqamlar dayanır. Hələ Sovet dövründən anti-Rusiya əhval-ruhiyyəsində olan bu dövlətlər eyni siyasi çətir altında yaşasalar da, Kremllə barışmayıblar. Hələ ötən əsrin 90-cı illərində onlar iddia edirdilər ki, Rusiya post-sovet ölkələrini, şərqi Avropanı işğal edə bilər.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

