Müxalifət Paşinyanı devirəcəkmi?
20.04.2022 [10:48]
Qərb onu qoruyur, revanşistlər isə...
Nardar BAYRAMLI
Hazırda Ermənistan müxalifətinin paytaxt İrəvanda etiraz aksiyaları davam edir. Azsaylı kütlənin iştirakı ilə keçirilən mitinqdə müxaliflər baş nazir Nikol Paşinyanın Qarabağla bağlı etiraflarına qarşı çıxırlar. Müxalif “Şərəfim var” parlament fraksiyasının rəhbəri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan müddətsiz etiraz aksiyası elan edib. Vanetsyanın sözlərinə görə, Ermənistan hakimiyyətinin son günlər verdiyi bəyanatlar onların Qarabağın itirilməsi ilə barışdığını göstərir. “Hesab edirəm ki, “Facebook”-da məqalələr, çıxışlar, statuslar yazmaqla heç nəyə nail ola bilməyəcəyimiz kritik an yetişib. Bu hakimiyyətin son günlər verdiyi bəyanatlar göstərir ki, onlar Qarabağı tamamilə Azərbaycana verməyə hazırdırlar, bizim Ermənistanın təhlükəsizliyi ilə bağlı problemimiz var”, - deyən Vanetsyan insanları Paşinyanın küçə etirazları vasitəsilə hakimiyyətdən uzaqlaşdırmağa çağırıb.
A.Vanetsyanın bu çağırışı reallaşa bilərmi? Məsələ ilə bağlı politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, erməni müxalifətinin geniş sosial bazası yoxdur. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində ağır itkilər verən erməni xalqı yenidən müharibə istəmir: “Biz görürük ki, Ermənistanda əhali müharibənin əleyhinədir. Həm də başa düşürlər ki, qonşularının ərazilərinə göz dikməyin sonu heç də yaxşı olmur. Bu səbəbdən də erməniləri Qarabağ çox da maraqlandırmır. Xatirinizdədirsə, bir neçə dəfə əsgər valideynləri aksiya keçirərək övladlarının Qarabağda hərbi xidmətə göndərilməsinə etiraz edirdilər. Bu fakt sadə ermənilərin Qarabağ ermənilərini ölkələri üçün problem hesab edirlər. Onları normal güzəran, dolanışıq maraqlandırır. Bunun yolu da Türkiyə ilə Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Ona görə də, xalq revanşist müxalifəti qəbul etmir. Bugünlər İrəvanda keçirilən mitinqlərə əhalinin maraq göstərməməsi də buradan qaynaqlanır. Bu baxımdan, Vanetsyanın küçə mitinqləri vasitəsilə Paşinyanı hakimiyyətdən devirmək çağırışı da nəticə verməyəcək. Digər tərəfdən, təcrübə göstərir ki, bu yolla hakimiyyətə gəlməyin heç bir perspektivi yoxdur. Bunu Gürcüstan nümunəsində də demək olar. İllər öncə, Saakaşvili “inqilab” yolu ilə hakimiyyətə gəlmişdi. Amma onun sonunun necə olduğu da hər kəsə bəllidir. Anarxiyanı, xaosu demokratiya hesab edənlər çox yanılırlar. Bu cür situasiyalar yaşamış ölkələr həmişə ciddi zərbə alıblar. Ən çox zərəri isə sadə xalq görür”.
Politoloq qeyd edib ki, Ermənistanda revanşistlər hər fürsətdə Paşinyana qarşı etiraz aksiyaları keçirirlər: “Amma əhalini öz ətraflarına toplamağa çətinlik çəkirlər. Çünki erməni xalqı onların kim olduğunu yaxşı bilir. Revanşistlər hakimiyyətə gəlmək üçün hər cür təxribata da gedə bilər. Belə olan halda, regionda vəziyyət yenidən gərginləşə bilər ki, bu da heç kimin marağında deyil. Bu səbəbdən, Qərb Paşinyanı mümkün daxili problemlərdən qorumağa çalışacaq. Paşinyanın özünün mitinqlər vasitəsilə hakimiyyətə gəlməsinə baxmayaraq, Qərbin ona dəstəyi hakimiyyəti qorumağa kömək edir. Paşinyanın proseslərə münasibəti isə onun Rusiya səfərindən sonra daha da dəqiqləşəcək”.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

