NATO genişlənir: həm şərqə, həm də şimala doğru
29.04.2022 [10:34]
Rusiya xəbərdarlıq edir, ABŞ isə təminat verir
PƏRVİZ
NATO yaxın zamanda öz sərhədlərini daha da genişləndirə bilər. Belə ki, Finlandiya və İsveç mayın 16-dan 20-dək eyni vaxtda Şimali Atlantika Alyansına üzvlük üçün müraciət edəcək. Xarici KİV-də yayılan məlumatda bildirilir ki, iki ölkənin NATO-ya müraciətləri 20-ci həftədə, yəni mayın 16-dan başlayan həftədə dərc edilməlidir. Həmin həftə - mayın 17-18-də Finlandiya prezidenti İsveçə səfər edəcək. Səfər çərçivəsində Finlandiya və İsveç dövlət rəhbərləri görüşəcək və ölkələrin NATO-ya daxil olmağa hazır olduqlarını bəyan edəcəklər.
Xatırladaq ki, Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq niyyətlərini bildiriblər. Hətta bir neçə gün öncə İsveç hökuməti NATO-ya daxil olmaq üçün qərar qəbuletmə prosesini sürətləndirməyə qərar verib. Bunu İsveç hökumətinin üzvləri Stokholmda keçirilən xüsusi tədbirdə elan ediblər. Bildirilib ki, İsveçin təhlükəsizlik siyasətinin təhlili ilə bağlı hesabat, gözlənildiyi kimi, mayın 31-də deyil, 13-də təqdim olunacaq. İsveçin xarici işlər naziri Ann Linde bildirib ki, qonşu Finlandiyanın da bu sahədə növbəti addımı NATO-ya daxil olmaq məsələsində İsveç üçün önəmlidir. “Əgər Finlandiya üzvlük üçün müraciət etmək qərarına gəlsə, şübhəsiz ki, bu, bizim də təhlil hesabatımız üçün böyük əhəmiyyət kəsb edəcək. Parlament müzakirələrindən sonra biz buna çox inanırıq” ,- deyə xarici işlər naziri bildirib.
Maraqlıdır ki, bu ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatının bir səbəbi məhz Kiyevin Şimali Atlantika Alyansına daxil olmaq arzusu ilə bağlı idi. Öz sərhədlərində NATO ölkəsi görmək istəmədiyini bildirən Rusiya şimal qonşusunun Alyansa daxil olmasını necə qarşılayacaq? Ekspertlər Moskvanın bu məsələdə xəbərdarlıq etdiyini bildirirlər. ABŞ rəsmiləri isə iki ölkəyə hərbi müdafiə və ya təhlükəsizlik təminatı verir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsən İsveçin və Finlandiyanın NATO-ya üzv olmaq istəyinin bir sıra amillərdən irəli gəldiyini deyib. Onun sözlərinə görə, burada təhlükəsizlik məsələsi ön sırada yer alır. Bundan başqa, adıçəkilən ölkələr Rusiyaya qarşı yaranan koalisiyadan da kənarda qalmaq istəmirlər: “Qarşıdakı dövrdə müəyyən proseslərin şahidi ola bilərik. Artıq NATO və müttəfiqləri Rusiyaya qarşı hərbi birlik yaratdıqlarını açıq şəkildə bəyan edirlər. Müdafiə nazirlərinin Almaniyada keçirilən görüşü buna misaldır. Bu isə NATO-Rusiya qarşıdurmasının şiddətlənməsi ehtimalını yaradır. Həm Finlandiya, həm də İsveç belə bir təhlükə yaranacağı təqdirdə, NATO-nun çətiri altında olmağı planlaşdırır”.
O ki qaldı Rusiyanın “qırmızı xətt” adlandırdığı Alyansın sərhədlərinin genişləndirilməsi məsələsinə, burada vəziyyət fərqlidir. R.Həsənin fikrincə, Ukrayna Rusiya üçün həssas nöqtədir. Finlandiya və İsveç isə fərqli status daşıyır. “Finlandiya da Rusiya ilə sərhədə malikdir. Rusiya düşünür ki, Ukraynanın ardından digər postsovet ölkələrinin NATO-ya daxil olması onun regiondakı nüfuzuna xələl gətirəcək. Məsələnin “qırmızı xətt” adlandırılması da buna əsaslanır. Nəzərə alınmalıdır ki, keçmiş ittifaq ölkələrindən Baltikyanı dövlətlər də Alyansa üzvdürlər. Hətta Baltikyanı dövlətlər “təhlükəsizlik” adı altında ərazilərində NATO qüvvələrinin artırılması haqda qərar belə veriblər. Amma onlar Rusiya sərhədlərindən kənardadırlar. Görünən budur ki, Alyans Rusiyaya yaxın ərazilərdə bir sıra tədbirlər görmək niyyətinə düşüb. Deyərdim ki, Finlandiyanın NATO-ya dəvət edilməsində də bu faktorun rolu az deyil”, - deyə R.Həsən əlavə edib.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

