“Ziyalıların bəyanatı”...
14.05.2022 [12:02]
Yaxud ermənilər müxalifətin çirkin oyunlarından bezib, Azərbaycanla sülh istəyirlər
Taleh AĞAVERDİYEV
Ermənistanda aprel ayından etiraz aksiyaları keçirilir. Hazırkı hakimiyyətin guya ölkəni dövlətçiliyin itirilməsi ilə hədələyən siyasətini bəhanə edən radikal erməni müxalifəti baş nazir Nikol Paşinyanı devirmək üçün geniş xalq kütlələrini küçələrə çıxarmaq cəhdlərindən əl çəkmir.
Məqsədlərinə çatmaq üçün onlar müxtəlif hiylələrə əl atırlar, o cümlədən mitinqlərdə iştirak etmək üçün insanlara pul paylayırlar: Ermənistanda bu faktla bağlı Armavir vilayətinin iki sakininə qarşı bir müddət əvvəl cinayət işi başlanıb. Bununla belə, radikalların bütün cəhdləri boşa çıxır - etirazçıların sayı getdikcə azalır. Belə ki, məsələn, mayın 11-də müxalif “Müqavimət” hərəkatı İrəvanın Fransa meydanında mitinq keçirib, daha sonra İrəvan meriyasına tərəf yürüş təşkil edib və sonradan aksiyanı yenidən meydanda davam etdirib. “Məlumatlı Vətəndaşlar İttifaqı” aerofotoqrafiyadan istifadə edərək mitinq iştirakçılarının sayını hesablayıb və məlum olub ki, meydanda və ona bitişik ərazilərdə 1750-yə yaxın insan olub.
Bu isə onu deməyə əsas verir ki, radikalların revanşist əhval-ruhiyyəsi Ermənistan cəmiyyətində rezonans doğurmur. Getdikcə daha çox sıravi ermənilər başa düşməyə başladılar ki, keçmiş hakimiyyət nümayəndələrinin təmsil olunduğu müxalifət liderlərini ölkə və xalq qətiyyən maraqlandırmır və etirazların yeganə məqsədi baş nazir Nikol Paşinyanın istefasıdır (yeri gəlmişkən, bunu Ermənistanın eks-prezidenti Serj Sarkisyan da bu yaxınlarda etiraf etdi), isti kreslolara qayıtmaq və büdcəni talamaqda davam etməkdir. Maraqlıdır ki, Paşinyanın istefasını tələb edən müxalifət hələ də baş nazir postuna namizədi ilə bağlı qərar verməyib.
Ermənistanda əksəriyyətin revanşistlərin planlarına şərik olmadığını sübut edən daha bir fakt da, ölkənin bir qrup ictimai xadimin mayın 9-da qəbul etdiyi bəyanatdır. Erməni ziyayıları bəyanatda Azərbaycanla sülhün bərqərar olmasının tərəfdarı olduqlarını bildirirlər. 70-dən çox ziyalının imzaladığı sənəddə müharibə tərəfdarı olan partiyaların hərəkətləri pislənir. “Biz torpaq iddialarına sülh tələbini qarşı qoyuruq, sülhə alternativin olmadığını israr edirik” bildirən bəyanat müəllifləri qeyd edirlər ki, bu “Ermənistan xalqının azad iradəsidir”.
Bəyanatda qeyd olunur: “Qarabağ məsələsi ilə bağlı spekulyasiyalarda bəraət axtaran çevrilişlərin qapalı dairəsi sona çatıb. Bu o deməkdir ki, müharibə partiyalarının son vətəndaş müharibəsini qızışdıraraq xalqın hakimiyyətini ələ keçirməyə çalışmaqdan başqa çarəsi yoxdur. Aydın məsələdir ki, özünü “millətin xilaskarı” adlandıranların heç biri nə Azərbaycanla, nə də Türkiyə ilə müharibə aparmaq fikrində deyil. Deməli, bu gün “erməni qisası”nın yeganə mümkün hədəfi “daxili türk”dür: vətəni üçün ölməyi yox, öz ölkəsində azad, ləyaqətlə və xoşbəxt yaşamağı seçmiş bizim kimi sadə Ermənistan vətəndaşı. Bizimlə eyni cür düşünən, lakin “türk” və “millət xaini” damğasından ehtiyat edən minlərlə vətəndaşın səssizliyini pozur və Ermənistan Respublikasının qanuni hakimiyyətindən vədlərinə əməl etməyi və Qarabağ münaqişəsini sülh müqaviləsi ilə həll etməyi tələb edirik... Biz heç bir “amma”sız sülh tələb edirik”.
Bəyanatı imzalayanlar yaxşı başa düşürlər ki, indiki hakimiyyət devrilsə, ölkədə vəziyyət daha da pisləşəcək. Köçəryan və Sarkisyan kimiləri erməni xalqının düşmənləridir və ermənilər onların hakimiyyətləri dövründəki zülmü hələ də xatırlayırlar. Buna əyani sübutdur ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra “Qarabağ klanı”nın nümayəndələrinin bütün piarlarına və xərclədikləri milyonlara baxmayaraq, ermənilər kapitulyant Paşinyana səs verdilər.
Erməni xalqı bütün bu çirkin oyunlardan bezib, Azərbaycan ilə sülh istəyir. “Böyük Ermənistan” xülyaları ilə yaşamaqda davam edən radikal müxalifətdən fərqli olaraq, nəhayət oyanmış ictimaiyyət nümayəndələri başa düşürlər ki, sülh danışıqlarının daha da uzadılması yalnız Ermənistan üçün fəlakətli fəsadlara səbəb olacaq yeni gərginlik mərhələsinə gətirib çıxaracaq. Və bu gün qonşu ölkədə yeni “inqilab” təşkil etməyə çalışanlar üçün hakimiyyət dəyişikliyinin heç nəyi həll etməyəcəyini anlamaq vaxtıdır. Onların yalnız bir seçimi var - mövcud reallıqları qəbul etmək və sülh müqaviləsi imzalamaq. Əks halda, ağır nəticələrə görə bütün məsuliyyət bütünlüklə Ermənistan tərəfinin üzərinə düşəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

