Aşqabadda Bakı-Moskva təmasları...
01.07.2022 [09:46]
Tərəflərin siyasi gündəliyində hansı məsələlər var?
Nurlan QƏLƏNDƏRLİ
Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində müxtəlif təmaslar, görüşlər baş tutdu. Diqqət mərkəzindəki məsələlərdən biri də Azərbaycan-Rusiya münasibətlərinin, tərəflər arasında əməkdaşlığın müzakirəsi idi. Prezident İlham Əliyevin Prezident Vladimir Putin ilə görüşü zamanı əlaqələrin hazırkı vəziyyəti, müxtəlif sahələri əhatə edən işbirliyinin dərinləşdirilməsi, hədəflər və perspektivlərlə əlaqədar fikir mübadiləsi aparıldı.
Əlaqələrimizin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya dövlətinin başçısı razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğuladı. O qeyd etdi ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur. Siyasi əlaqələrimizə toxunan Vladimir Putin Rusiya xarici işlər nazirinin Bakıya səfərini xatırlatdı, Rusiya hökuməti sədrinin və Dövlət Duması sədrinin də Bakıya səfərlərinin planlaşdırıldığını qeyd etdi. O bildirdi ki, ən əsası isə 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır. Beləliklə, bütün sahələrdə inkişaf var. Vladimir Putin qeyd etdi ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.
Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını dedi. Prezident İlham Əliyev əlaqələrimizin inkişafı baxımından bu yaxınlarda Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin önəmini qeyd etdi və ikitərəfli münasibətlərimizin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Göründüyü kimi, iki ölkəni dostluq və əməkdaşlıq ənənələri bağlayır. Münasibətlər qarşılıqlı-faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Bütövlükdə, Rusiya-Azərbaycan əlaqələri çoxşaxəlidir, hər iki ölkənin strateji maraqlarına cavab verir. Və Bakı ilə Moskva çoxşaxəli münasibətləri inkişaf etdirmək niyyətindədir. 2022-ci ilin fevral ayında tərəflər arasında 43 maddədən ibarət Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması strateji əhəmiyyətə malik olmaqla keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Bəyannamə təkcə ikitərəfli əməkdaşlıq və təhlükəsizlik məsələlərini özündə ehtiva etmir. Bu, eyni zamanda, regional təhlükəsizlik məsələlərini və ya bölgədə ümumi təhdidlərə qarşı birgə - koordinasiya edilmiş fəaliyyəti də əks etdirir.
Ümumiyyətlə, tərəflər arasındakı qarşılıqlı faydalı əməkdaşlıq regional təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. Müstəqil xarici siyasət həyata keçirən, Cənubi Qafqazın lideri - regional güc mərkəzi olan Azərbaycan ilə bölgədə mühüm təsir mexanizmlərinə malik Rusiya arasında münasibətlərin inkişafı hazırkı beynəlxalq münasibətlər şəraitində milli mənafelərin təmini baxımından olduqca önəmlidir. Öz növbəsində Rusiya Azərbaycanı bərabərhüquqlu və etibarlı tərəfdaş kimi dəyərləndirir, əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir. Xüsusi olaraq nəzərə alınır ki, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycan Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturasını dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır. Bu, regionda bütün qüvvələr üçün faydalı və perspektivlidir.
Nəticə etibarilə, Bakı-Moskva geosiyasi xəttində müttəfiqlik münasibətlərinin gücləndirilməsi, fəal siyasi təmasların davam etdirilməsi, iqtisadi-ticari sahədə aktivliyin qorunması və regionun təhlükəsizliyi siyasi gündəliyin əsas məsələləridir.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29

