"Gənclər Əli Kərimli kimi təxribatçılara "yox" deyir!"
05.04.2011 [09:35]
Məlum olduğu kimi, son dövrlər bir sıra beynəlxalq maraq qruplarının tapşırıqlarını icra edən radikal müxalifət qüvvələri ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdən narahatçılıq hissi keçirir və kənardan aldıqları təlimatlarla ölkə daxilində təxribat törətməyə səy göstərirlər. Bu qüvvələr siyasi arenadakı mövcudluqlarını qorumaq, maddi və mənəvi dəstək almaq üçün xaricdəki bəzi anti-Azərbaycan dairələri ilə işbirliyini gücləndirirlər. Onlar xaricdən aldıqları təlimatları yerinə yetirmək üçün Azərbaycanda təxribatlar törətməyə, bu yolla da ölkəmizdəki sabitliyə, inkişaf prosesinə zərər vurmağa çalışırlar. Müsavat, AXCP kimi fəaliyyətləri dövründə ölkəmizə qarşı imza atdıqları xəyanətlərlə özlərini siyasi arenadan tamamilə silən, vətəndaşlarımızın qınaq obyektinə çevrilən, sosial dayaqlarını, hətta ətraflarındakı 3-5 nəfər qohumlarını da tamamilə itirən müxalifət partiyaları həmişəki ənənələrinə sadiq qalaraq bu gün yenə də anti-Azərbaycan dairələrinin əlində alətə çevrilərək ölkəmizdə xaos vəziyyəti yaratmağa səy göstərirlər. Ona görə də, radikal müxalifət qüvvələrinin bu hərəkətləri Azərbaycan xalqı tərəfindən haqlı narazılıqla qarşılanır və cəmiyyətin bütün kəsimlərindən olan insanlar bu dağıdıcı qüvvələrin hərəkətlərini pisləyir, etiraz tədbirləri keçirirlər. ötən həftənin sonunda Azərbaycan gəncləri radikal müxalifət partiyalarının liderlərinin təxribatçı fəaliyyətinə etiraz olaraq AXCP sədri Əli Kərimlinin evinin önündə növbəti etiraz aksiyası keçiriblər. Yüzlərlə gəncin iştirak etdiyi aksiyada “Vətən xainlərinə ar olsun!”, “Əli Kərimli kimi satqınlara aramızda yer yoxdur!” “Gənclər Əli Kərimli kimi təxribatçılara “yox” deyir!”, “Torpaqlarımızı ermənilərə satan Əli Kərimliyə ar olsun!”, “Terrorçu Əli Kərimli sənə ar olsun!” kimi şüarlar səsləndiriblər.
çıxış edən gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayaraq, hər bir gəncin bu inkişaf yolunu dəstəklədiyini söyləyiblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edən, problemlərinin böyük əksəriyyətini qısa müddət ərzində həll etmiş ölkəyə çevrilib: “Respublikamızda möhkəm sosial-iqtisadi tarazlıq mövcuddur və cəmiyyətdə demokratik təsisatların yüksək effektiv fəaliyyəti üçün hər cür şərait yaradılıb, onların funksionallığı tam təmin olunub. Azərbaycanda geniş vətəndaş azadlıqları, insan hüquqları, söz və məlumat azadlığı hökm sürür. Vətəndaşların bütün sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş proqramlar icra olunmaqdadır və artıq bunun real nəticələrini hər bir vətəndaş öz həyatında hiss edir. Azərbaycanda artıq dağıdıcı inqilablar dövrü geridə qalıb və dövlət bütün problemləri islahatlar, təkamül yolu ilə aradan qaldırır”.
Həmçinin, bir sıra radikal müxalifət partiyalarının liderlərinin, o cümlədən, AXCP sədri Əli Kərimlinin və Müsavat partiyasının sədri İsa Qəmbərin xaricdən gələn təlimatları yerinə yetirmək üçün müxtəlif təxribatlar törətdiklərini, bunula da ölkəmizdə mövcud olan sabitliyə, vətəndaş təhlükəsizliyinə kölgə salmağa çalışdıqlarını qeyd ediblər: “Bu gün ölkəmizdə xaos yaratmağa, sabitliyi pozmağa çalışan AXCP, Müsavat kimi radikal siyasi təşkilatların fəaliyyətlərinin mahiyyəti və məqsədinə Azərbaycan xalqı bələddir və onların nə istədiklərinin hamı fərqindədir. ötən əsrin 90-cı illərinin əvvəllərində bu qüvvələrin ölkədəki xaos və anarxiyadan, 20 Yanvar, Xocalı faciələrindən istifadə edərək hakimiyyəti silah gücü ilə ələ keçirməklərini, hakimiyyət başında olduqları dövrdə vətəndaşları aclıq, qıtlıq içində yaşamağa məcbur etdiklərini, ölkəni xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdiklərini, dövləti terror, təxribatlar yolu ilə idarə etdiklərini, vətəndaşları bir-birilərinə qarşı qoyduqlarını, dövlətin bütün sərvətlərini talan etmələrini, Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyduqlarını heç kəs unutmayıb. Onların bu gün də amalı, niyyəti dəyişməyib. Bu təxribatçı qüvvələr yalnız bir məqsəd güdür: ölkəmizdə xaos yaratmaq, cəmiyyətin normal ritmini pozmaq və bu yolla Azərbaycanın sürətli inkişafına mane olmaq. Ona görə də, biz gənclər bu insanları ölkəmizin parlaq gələcəyinə, inkişafına qarşı çıxan, dövlətimizi sevməyən antimilli qüvvələr hesab edir, AXCP, Müsavat və bu kimi digər radikal qüvvələrin fəaliyyətini qeyri-qanuni sayırıq. Həmçinin, gənclərimiz radikal müxalifət təmsilçilərini dövlətçiliyimizin əleyhinə fəaliyyətdən çəkinməyə, xalqımızı isə belə təxribatçı qüvvələrin əməllərinə qarşı ayıq-sayıq olmağa çağırır”.
Gənclər bir daha bu tip hərəkətləri pislədiklərini bildirərək özlərini lider sayan, əslində isə, siyasi səhnədə heç bir uğura imza atmayan, siyasi bioqrafiyaları xəyanətlə dolan Əli Kərimli və İsa Qəmbər kimi şəxslərin əməllərinin milli mənafeyimizə, dövlətçiliyimzə qarşı yönəldiyini söyləyiblər.
Daha sonra polis əməkdaşları tədbirin qarşısını alıb və aksiyanın böyüməsinə mane olub. Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Qeyd edək ki, aksiya zamanı Əli Kərimlinin evindən iştirakçılara və media nümayəndələrinə yumurtalar atılıb. Həmçinin, mənzildən bir xanım Azərbaycan qadınına xas olmayan, xanımlığa yaraşmayan jestlər, əl-qol hərəkətləri etməklə, əslində, bununla həm də müxalifət liderlərinin etikasını və tərbiyəsini nümayiş etdirib.
Aksiya zamanı bəzi gənclərin fikirlərini öyrəndik. Onlar qəzetimizə müsahibələrində bir daha vurğuladılar ki, gənclərimiz yalançı vədlərlə gənclərimizi aldadan, onların adından istifadə edən təxribatçı müxalifət qüvvələrini deyil, Azərbaycan dövlətini inkişaf etdirən siyasi kursu dəstəkləyirlər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

