Bəyanat pozulur - Volkov susur...
14.12.2022 [10:45]
Separatçılar isə təşviş içindədir...
Məramsızların başçısı ictimaiyyət qarşısına niyə çıxmır?
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam etməkdədir. Aksiya iştirakçılarının sayı isə get-gedə daha da artmaqdadır. İki gün öncə gecə saatlarında idmançılarımızdan ibarət qrup aksiyanın keçirildiyi əraziyə gəlib. Dünən isə 200 nəfərdən ibarət könüllü qrupu Şuşa-Xankəndi yolundakı aksiyaya qatılıb.
Ümumiyyətlə, keçirilən aksiyanın səbəbi Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqinin növbəti təxribat nəticəsində baş tutması ilə əlaqədardır. Belə ki, sülhməramlı kontingentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da, sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı buna imkan verməyib. Nümayəndə heyəti Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsə də, hər iki istiqamətdə təxribatla üzləşib.
Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərlə qarşılaşıblar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və Şuşa şəhərinə qayıdıb.
Monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin aksiyalarının əsas tələbi isə Rusiya sülhməramlılarının rəhbəri general Volkovun əraziyə gəlməsindən ibarətdir. Ondan 2020-ci ildə bağlanmış üçtərəfli bəyanata riayət edilməsi tələb edilir.
Bəyanat pozulur - Volkov susur...
Qeyd edək ki, aksiyanın davam etməsi ilə paralel olaraq Qarabağdakı separatçı qüvvələrin qoşun yığması xəbərləri də yayılıb. Təbii ki, bu fakt 2020-ci ildə bağlanan üçtərəfli bəyanatın müvafiq bəndlərinin açıq şəkildə pozulmasıdır. Halbuki həmin bəyanatın 4-cü bəndində göstərilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”. Demək ki:
- Sülhməramlılar erməni silahlılarının regionda qalmasına göz yumublar - öz vəzifə borclarını yerinə yetirməyiblər;
- General Volkov üçün Ali Baş Komandanı Putinin imzasına hörmətsizlik daha sərfəlidir, nəinki ermənilərin qeyri-qanuni addımlarının qarşısını almaq;
- Ən əsası Azərbaycanın suveren ərazisindəki separatçılara məhz bu yolla “erməni icması” statusu qazandırmaq - sülhməramlıların əsl məramlarından biri də məhz budur.
Volkovun günlərdir ki, “susması”nın arxasında məhz bu məqamlar dayanır. Azərbaycanlı aksiyaçıların tələbləri haqlıdır - bunu Volkov da bilir. Məhz bildiyi üçün, daha doğrusu ona ünvanlanacaq suallardan xəbərdar olduğu üçün ictimai fəalların qarşısına çıxa bilmir. Əgər çıxarsa, ya sülhməramlıların özbaşnalıq etdiyini etiraf etməli, ya da...
Separatçıların “tərəf” olmaq xülyası...
Təbii ki, erməni separatçılarının sülhməramlıların əli ilə həyata keçirməyə çalışdıqları təxribatların səbəbi və məqsədi bəllidir. Onlar “tərəf” statusunda Azərbaycanla danışıqlar aparmaq niyyətini güdürlər. Hətta buna cəhd də ediblər. Yayılan məlumatlara görə, Laçın dəhlizində azərbaycanlı ekofəalların keçirdiyi aksiyada danışıq üçün Xankəndidəki separatçı rejimin nümayəndələri də tərəf kimi iştirak etmək istəyiblər. Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Məlumatda qeyd edilir ki, buna baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlıları separatçıların danışıq tələbini qəti şəkildə rədd ediblər. Onlar bildiriblər ki, bu, həm də azərbaycanlıların tələbidir.
Bəli, Azərbaycanın mövqeyi qəti və bəllidir. Qarabağda yaşayan ermənilərin vəziyyəti ilə bağlı danışıqlar aparılacaq və aparılır da, amma separatçı rejimlə deyil. Prezident İlham Əliyev də bildirmişdi ki, biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”.
Dəmir yumruq yerindədir...
Bəli, proses başlayıb və qarşısıalınmaz bir prosesə çevrilib. Sosial məsələlərlə bağlı təmaslar - Sərsəng su anbarı misalında, baş tutub. Amma Azərbaycan öz mövqeyində qətidir - Qarabağ ermənilərinin hüquq və azadlıqları ilə bağlı məsələ heç bir ölkə ilə və ya separatçılarla müzakirə predmeti ola bilməz. Əksinə, bu məsələdə israr edənlər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək: “Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42

