İctimaiyyət müxalifətin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq niyyətini pisləyir
09.04.2011 [13:01]
Milli Məclisin dünənki iclasında millət vəkilləri bəzi müxalifət partiyalarının ölkədə sabitliyi pozmaq cəhdlərinə münasibət bildiriblər. öncə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc çıxış edərək deyib ki, aprelin 2-dəki aksiya bir daha müxalifətin sosial bazasının olmadığını göstərdi. "Həmin gün Fəvvarələr meydanında baş vermiş hadisələr Kəlbəcərin işğalı gününə təsadüf edirdi. Bu hadisələri bəzi xarici KİV-lər yaydılar. Amma müxalifət yaxşı olardı ki, cəbhə bölgəsində Qarabağla bağlı aksiya keçirsin və görək həmin KİV-lər o tədbiri də işıqlandıracaqmı?", - deyə Z.Oruc bildirib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bu məsələlərin qanunla tənzimlənməsinə tərəfdar olduğunu deyib. Onun sözlərinə görə, əgər qanunlara əməl olunsa bu cür xoşagəlməz hallar baş verməyəcək.
AVP sədri Fəzail Ağamalı isə çıxışında bu hadisələrin müxalifətin pozuculuq fəaliyyətinin tərkib hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, xarici dairələrin əlində vasitə olan müxalif partiyalarına cəmiyyətdə heç bir dəstək verilmir.
Millət vəkili Musa Qasımlı da bildirib ki, xalqımız ölkədə sabitliyin tərəfdarıdır. Onun sözlərinə görə, insanlar ölkəmizi inkişafa aparan siyasəti dəstəkləyir. Millət vəkili deyib ki, bu inkişafa əngəl törədə biləcək hadisələrə yol verilməməlidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qanunsuz aksiyaların xarici ölkələrin mətbuatı tərəfindən şişirdilməsi ilə bağlı narazılığını bildirib. "Mitinq zamanı 200-300 nəfər hay-küy salıb. Bu 9-10 milyonluq xalq üçün o qədər böyük bir məsələ deyil, amma buna ayrı-ayrı ölkələrin mətbuatında geniş yer verilir. Burda narahatlıq doğuran məsələlərdən biri də odur ki, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin ayrı-ayrı nümayəndələri də bu məsələyə dəstək verirlər. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yeridir. Başa düşə bilmirəm ki, hansısa qüvvələr kimin qarşısında öhdəlik götürüblər, Azərbaycanı hara aparmaq istəyirlər, hansı Afrika ölkəsinə çevirmək istəyirlər?", - deyə A.Mirzəzadə qeyd edib. Millət vəkili Azərbaycan xalqını bu məsələdə mütəşəkkil olmağa çağırıb və ziyalıların öz mövqelərini ortaya qoymasını təqdir edib.
Millət vəkili Azay Quliyev də müxalif
ətin 2 apreldə keçirdiyi aksiya ilə bağlı münasibətini bildirib. A.Quliyev qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən qanunsuz aksiyaya başqa münasibət sərgilənir. O, ATƏT-in verdiyi bəyanatı yanlış adlandırıb. "Müxalifətə guya aksiya keçirmək üçün imkan verilməməsi barədə deyilənlər yanlışdır. Heç bir halda müxalifətin məktubuna "yox" cavabı verilməyib, sadəcə başqa yerdə mitinq keçirmək təklif olunub. Hələ 10 il əvvəl müxalifət Motodrom adlanan yerdə mitinq keçirirdi, heç onda belə canfəşanlıq yox idi", - deyə deputat vurğulayıb.
Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında deyib ki, Azərbaycanda qanunun tələblərinə əməl etmək hər kəsin vəzifəsidir. Bu mənada sərbəst toplaşmaq hüququndan da qanun çərçivəsində istifadə olunmalıdır. B.Muradova bildirib ki, son vaxtlar ölkəmizdə sabitliyi pozmaq istəyən müxalifət partiyaları sərbəst toplaşmaq hüquqlarının pozulduğunu iddia edirlər. Onun sözlərinə görə, belə iddiaların əsası yoxdur. "Sərbəst toplaşmaq hüququnu reallaşdırmaq qaydaları müvafiq qanunda öz əksini tapıb. Lakin həmin dairələr şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən imtina edərək qeyri-qanuni hərəkətə yol veriblər. Təbii ki, belə olan halda müvafiq orqanlar bu qanunsuzluğun qarşısını almalıdır", - deyə vitse-spiker qeyd edib.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, radikal müxalif partiyaların hərəkətləri pozuculuq xarakteri daşıyır. O.Əsədovun sözlərinə görə, onların vasitəsilə müəyyən xarici qüvvələr ölkəmizin nüfuzuna zərbə vurmağa çalışırlar. O.Əsədov bildirib ki, bu cür fəaliyyət Azərbaycan milli mənafeyinə ziddir. Onun sözlərinə görə, bütün bunlar əvvəlcədən hazırlanmış ssenaridir. "Azərbaycan müstəqil, dinamik inkişaf yolunda olan dövlətdir. ölkəmizdə qarışıqlıq yaratmaq istəyən qüvvələr bilməlidir ki, Azərbaycanda belə hadisələrə yer yoxdur", - deyə spiker vurğulayıb.
O.Əsədovun fikrincə, dünya mətbuatı
və telekanalları 2 aprel aksiyasından şou düzəltməyə çalışdılar. Spiker müxalifətin aksiyasını 1988-ci ildəki Sumqayıt hadisələri ilə müqayisə edib. O.Əsədovun fikrincə, o zaman Sumqayıtdakı hadisələr də Azərbaycanı biabır etmək üçün törədilmişdi. "Bu məsələləri müqayisə edəndə Sumqayıt hadisələri yadıma düşdü. O vaxt Sumqayıtda baş verən qətl hadisələri Azərbaycanı biabır etmək üçün törədilmişdi. İndi biz sujetlərə baxırıq, öyrədilmiş insanlar ancaq kamera görən kimi hansısa şüarlar qışqırırlar. Bu da onu göstərir ki, onlar öyrədilmiş şəxslərdir, Azərbaycanın nüfuzunu aşağı salmaq üçün düşünülmüş şəxslərdir. Eyni siyasi ssenaridir, pozuculuqdur. Sadəcə, radikal müxalifət bu mitinqlə onu göstərir ki, doğrudan da onların sosial bazası yoxdur" - deyə spiker qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

