ABŞ-dan İrana çağırış
28.12.2022 [10:40]
Bütün etirazçıları qeyd-şərtsiz azad edin...
İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar 3 aydan çoxdur davam edir. İranın rəsmi mənbələri minlərlə aksiya iştirakçısının həbs olunduğunu etiraf edib. Xarici təşkilatların hesabatlarında isə bu rəqəm daha çoxdur. Həbs edilənlərlə yanaşı, etiraz aksiyaları zamanı öldürülən, edama məhkum edilən şəxslərlə bağlı da məlumatlar yayılmaqdadar. Məsələn, İranın İlam əyalətinin Dərəşəhr qəsəbəsində altı nəfər həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, İlam əyalətinin polis komandirinin müavini Hüseyn Nəcəfi sozügedən vətəndaşları “asayiş və təhlükəsizliyi pozan, ümumi əmlakı yandıran və ictimai yerləri dağıdanlar” adlandırıb və iddia edib: “Son həftələrdə Dərəşəhr şəhərində keçirilən etiraz aksiyaları zamanı şəhərdəki ümumi məkanların yandırılması və dağıdılmasından sonra məsələ polis tərəfindən nəzarətə alınıb. Təqsirləndirilən şəxslərin şəxsiyyəti müəyyən edilib və məhkəmə orqanları ilə razılaşdırılaraq altı nəfər həbs edilib”.
Həbs edilənlərin harada və hansı vəziyyətdə saxlanıldığı barədə məlumat yoxdur.
Təbriz İnqilab Məhkəməsi milli fəal Purya Purhimməti barədə isə 3 il həbs cəzası və 2 il ölkədən çıxışına qadağa qərarı çıxarıb. Ona qarşı “Ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı əlbir olmaq və toplaşmaq” ittihamı irəli sürülüb. Bəluç fəallarının yaydığı məlumata görə, dekabrın 24-ü səhər saatlarında Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin zindanında 28 yaşlı İlyas Rəisi dar ağacından asılıb. Edam cəzasına məhkum edilmiş Məhəmməd Qubadlunun ölüm hökmü də təsdiqlənib.
Qəzvin əyalətinin Əlvənd şəhərindən olan Hadisə Nəcənd 3 yaşlı övladını uşaq bağçasına qoyduqdan sonra naməlum şəxslər tərəfindən qaçırılıb. Onun barəsində də heç bir məlumat yoxdur. Ailəsi və yaxınları polisə müraciət etsələr də, onlara bir cavab verilməyib. Hadisə Nəcənd blogerdir və onun bir neçə gün öncə öz İnstaqram səhifəsində Məhsa Əmini ilə bağlı paylaşım etdiyi bildirilir.
Hakimiyyətin bəzi qolları etirazçılara dəstək verir
Bu arada İran parlamentinin Təbrizdən seçilmiş millət vəkili Məsud Pezeşkian molla rejimini tənqid edib. Deputat İranda həbs edilmiş etirazçılara qarşı zorakılığı və onların mühakimə olunmasını İslam Respublikası hökumətinin qanunsuz davranışının nümunəsi hesab edib və İran cəmiyyətinin “bu davranışlara görə alovlandığı” barədə xəbərdarlıq edib: “Mövcud olan problem qanunun icrası ilə bağlıdır. Bizim Konstitusiyaya görə, heç kimi 24 saatdan artıq saxlayıb həbs etmək hüququ yoxdur. Yaxud təqsirləndirilən şəxsi vəkil tutmaqdan məhrum etmək olmaz. Biz bu Ana Yasaya əməl etsək, insanlar bu qədər qəzəblənməyəcək. Biz qanun yazdıq, amma onun əksinə hərəkət edirik və cəmiyyəti qızışdıran da öz səhvlərimizdir”.
Göründüyü kimi, İran hakimiyyətinin etiraz aksiyaları ilə bağlı proqnozları düz çıxmır - aksiyalar heç də zəifləmir, əksinə, daha da güclənir. Məsələn aksiyalar İranın Babül, Kirman, Kirmanşah, Bəndər Abbas, Tehran, İsfahan, Məşhəd, Kərəc, Qəhdərican, Qəzvin və Şuş şəhərində və bir sıra şəhərlərində davamlı hal alıb. Etirazlarda “Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Ey Babül şəhərinin qeyrətli sakinləri, dəstək verin!”, və digər şüarlar səsləndirilib. Sosial şəbəkələrdə İranda Xomeyni və Xameneyinin şəkillərinin xalq tərəfindən zibil qutusuna atıldığını əks etdirən fotoşəkillər yayımlanıb. Eyni zamanda, son dövrlərdə aksiyalara hakimiyyətin bəzi qollarından da dəstək nümayiş olunmaqdadır.
Beynəlxalq aləm İrandakı repressiyalara qarşıdır
İrandakı aksiyalara beynəlxalq aləmin reaksiyası da kəskin xarakter daşıyır. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi sosial şəbəkələrdəki səhifəsində İran rejiminin qəddarlığının sərhəd tanımaması bildirilib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, ABŞ İranı bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb. O, ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını xatırladıb: “Bu, cəsur iranlı qadınlara dəstək məqsədilə edilib. Onların hüquqları uğrunda mübarizə davam edir”.
İrandakı etirazlara Avropa qitələrindən də dəstək nümayiş olunmaqdadır. Danimarkada yaşayan iranlılar Kopenhagendə İrandakı xalq etirazlarına dəstək aksiyası keçiriblər. Almaniyanın Kassel şəhərində yaşayan iranlılar İrandakı xalq etirazlarının repressiv hökumət tərəfindən zorakılıqla dağıdılmasına etiraz məqsədilə aksiya keçiriblər. İtaliyanın Piacenza şəhərində yaşayan iranlılar İrandakı xalq etirazlarına dəstək yürüşü təşkil ediblər. Yürüşdə deputatlar, bələdiyyə sədri və şəhərin məhkəmə işçiləri də iştirak ediblər. Yürüş iştirakçıları “İrana azadlıq” şüarı yazılmış plakat və Xameneyinin sifəti qan rənginə boyanmış banneri ilə İran rejiminin qaniçən olduğunu nümayiş etdiriblər. Avstraliyanın Sidney şəhərində yaşayan iranlılar İranda etirazçıların hökumət tərəfindən edam edilməsinə qarşı səssiz aksiya keçirib. İstanbulda yaşayan iranlılar molla rejiminə qarşı xalq etirazlarına dəstək aksiyasına qoşulublar. Aksiya iştirakçılarından biri müsahibəsində deyir: “Mən bir türkəm. İrandakı inqilaba Türkiyənin də dəstəyi vacibdir. Çünki dünyəviliyi və azadlığı qorumaq üçün Türkiyə və İran ziyalılarının birliyi vacibdir. Yaşasın sekulyarizm, ölüm olsun İslam Respublikasına!”.
Macarıstanda yaşayan iranlılar isə Budapeştdə İslam Respublikası səfirliyinin önünə toplaşaraq səfirliyin bağlanmasını tələb ediblər.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

