Gümrü etirazlarına qarşı loyallıq...
10.01.2023 [10:52]
Azərbaycanı “ittiham etməyə çalışanlar” niyə susurlar?
Xəbər verildiyi kimi, Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında etiraz aksiyası keçirilib. Erməni radikallar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” kimi şüarlar səsləndiriblər, Rusiya və KTMT əleyhinə ultimativ çıxışlar ediblər.
Polis icazəsiz anti-Rusiya aksiyasının iştirakçılarını və tərəfdarlarını saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları öncədən aksiya iştirakçılarının sərbəst toplaşmaq azadlığı haqqında qanunu pozduqları və polisin qanuni tələblərinə tabe olmadıqlarına görə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq ediblər. Lakin radikalların əsas hissəsi hadisə yerinə çatıb və magistralı bağlamağa cəhd göstəriblər. Rusiyaya qarşı etiraz aksiyasının iştirakçısı olan 65 nəfər Gümrü polis idarəsinə təhvil verilib.
Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin hüquqi statusu haqqında 21 avqust 1992-ci ildə imzalanmış müqaviləyə əsasən Gümrüdə yerləşib. 16 mart 1995-ci ildə Ermənistan ərazisində Rusiya Federasiyasının hərbi bazası haqqında müqaviləyə uyğun olaraq yaradılıb. Bazanın fəaliyyəti haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə həmin dövrdə Rusiya prezidenti olan Dmitri Medvedevin Ermənistana səfəri zamanı daha 49 il (2044-cü ilə qədər) uzadılıb.
Göründüyü kimi, ermənilərin bu etirazları beynəlxalq arenada sükutla qarşılanır. Halbuki ortada iki dövlət arasında bağlanmış müqavilə mövcuddur - hətta Rusiya tərəfi də bu aksiya ilə bağlı reaksiya göstərmir. Magistral yol bağlanır, hərəkətə maneə törədilir, hərbi bazaya qarşı təhdidlər formalaşdırılır. Bu qədər hadisəyə verilən reaksiya isə... Susqunluqdan ibarətdir.
Azərbaycan da öz ərazisində etiraz aksiyası keçirir, sərvətlərinin talan edilməsinə, ekologiyanın pozulmasına etiraz edir, hüquqlarımızın pozulmasına qarşı çıxır. Eyni zamanda, öz torpağımızda öz sərvətlərimizin monitorinqinin aparılmasına törədilən maneənin aradan qaldırılmasını tələb edir. Maraqlıdır ki, bu tələb Rusiya sülhməramlılarının müşayiəti ilə keçirilir - ilk danışıqlar da sülhməramlılarla aparılıb, ilk etiraz da onlara bildirilib. Amma Azərbaycanın bu haqlı etirazı beynəlxalq arenada hansı “səs-küyə” səbəb olmadı? Bu etiraza “humanitar fəlakət” donu geydirməyə çalışdılar. Fransanın “tələbi” ilə bu məsələ BMT TŞ səviyyəsinə qədər qaldırıldı - heç bir nəticə hasil olmadısa da, bu etiraz aksiyasının fərqli statuslarda təqdim edilməsinə cəhd göstərildi.
Gümrüdə baş verənlər isə sükutla qarşılanır. Hətta özünü “hüquq müdafiəçisi” kimi qələmə verənlər belə səsini çıxarmır. Maraqlıdır ki, hər zaman “polis zorakılığı”ndan danışanların da səsləri eşidilmir. Sanki belə bir şey olmayıb - belə etiraz edilməyib, belə aksiya dağıdılmayıb, belə zorakılıqlar edilməyib.
“Humanitar fəlakət” adlandırmağa çalışdıqları aksiyadan yayılan görüntülər isə fərqli şeylər deyir və göstərir:
- Humanitar yüklərin, humanitar funksiyalı maşınların hərəkətinə heç bir maneə yoxdur;
- Kiməsə zor tətbiq edilmir;
- Hətta kömək istəyən hər kəsə belə kömək edilir;
- Aksiya dinc şəraitdə davam edir - qarşıdurma qeydə alınmır, aksiya sakit tempdə - şüarlarla, musiqilərlə, Himnimizin səsləndirilməsi ilə davam edir;
- Aksiyanın iştirakçılarının tələbləri aydın və hüquqidir.
Amma təəssüf ki, bu cür dinc aksiyanın qarşılığında dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar az qala “SOS” səsləndirir - Azərbaycanı ittiham etməyə çalışır, sanksiyalardan dəm vurur, aclıq yaratmaqda “günahlandırmaq” istəyirlər. Amma reallıq ortadadır - heç bir aclıq yoxdur, heç bir humanitar fəlakət filan da yaşanmır. Demək ki, iki fərqli aksiyaya iki fərqli münasibət görürük:
- Gümrüdə zorakılıq edən, qan-qan deyən radikal fəallar - onlara qarşı loyallıq;
- Laçın yolunda dinc yolla etiraz edən azərbaycanlı ekofəallar - onların az qala linç edilməsi qərarına qədər tələblərin irəli sürülməsi.
Demək ki, “özlərinə” lazım olduğu anda Qərbin və digər regionların “hüquq müdafiəçiləri” aktivləşir, xeyirlərinə işləmədikdə susurlar. Bu da müasir dünyanın reallıqları...!
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

