Avropa Parlamenti Avropanın maraqlarına qarşı
20.01.2023 [17:24]
Mübariz ABDULLAYEV
Bir sıra beynəlxalq təşkilatların xaricdəki erməni lobbisinin əlində alətə çevrildikləri hər kəsə bəllidir. Avropa parlamenti də məhz belə qurumlardandır. İndiyədək Avropa Parlamentində keçmiş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bir neçə dəfə müzakirələr aparılıb. Hər dəfə AP-da müzakirələrə çıxardılan hesabatlar, qəbul olunan qətnamələr bilavasitə ermənilərin maraqlarını əks etdirib. Bu günlərdə Avropa Parlamenti ermənipərəstliyini növbəti dəfə ortaya qoyub. Belə ki, qurumun yanvarın 18-də qəbul etdiyi qətnamədə yenə də anti-Azərbaycan məzmunlu bir sıra bəndlər yer alıb.
AP separatçılığı, qanunsuzluğu və ksenofobiyanı təşviq edir
Avropa Parlamentinin davranışlarına, burada zaman-zaman qəbul olunan qərəzli qətnamələrə istinadən bu qurumun regionda müsbət proseslərin, sülhün deyil, məhz problemlərin tərkib hissəsinə çevrildiyi qənaətini ifadə edə bilərik. Ermənilərin iddiaları separatizmə əsaslanır. Havadarlarının dəstəyinə arxalanan Ermənistan 30 il ərzində işğalçılıq siyasəti aparıb, Azərbaycanın ərazilərinin 20 faizini öz nəzarəti altında saxlayıb, bir milyondan çox insanı doğma ev-eşiyindən didərgin salıb. İşğal altında qalan ərazilərdə ermənilər misli görünməmiş vandalizm əməlləri törədiblər-yaşayış evlərini, mülki infrastruktur obyektlərini, mədəni irsi dağıdıblar, ekologiyamıza ziyan vurublar, qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olublar və sərvətlərimizi talayıblar. Ancaq Avropa Parlamenti susub, ermənilərin beynəlxalq hüquqla bir araya sığmayan əməllərini qınayan hansısa bir sənəd qəbul etməyib. Görünən odur ki, AP belə yanaşma ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir.
Avropa Parlamentinin indiyədək Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrin heç biri hüquqi əsasları olan sənədlər kimi qəbul olunmayıb. Yeni qətnamə də bu baxımdan heç nə ilə fərqlənmir və boş bir kağız parçasıdır. Belə qətnamələr, qarayaxma kampaniyaları hec vəchlə Azərbaycanın iradəsinə təsir göstərə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz. Azərbaycan xalqı 2020-ci ildə yüksək vətənpərvərlik, həmrəylik, əzm, qətiyyət nümayiş etdirərək düşməni torpaqlarımızdan qovdu və ölkənin ərazi bütövlüyünü təmin etdi. Postmüharibə dövründə isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, Böyük Qayıdış planı reallaşdırılır. Azərbaycanın aydın gündəliyi var və hədəflərinə doğru inamla irəliləyir.
Oturduğu budağı kəsməklə məşğul olan Avropa Parlamenti
Vaxtilə həmin bu Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin zaman Cənub Qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini sübut etdi. Bu mənada deyə bilərik ki, Avropa Parlamenti Azərbaycana qarşı sərgilədiyi davranışları ilə əslində oturduğu budağı kəsməklə məşğuldur.
Daim ədalət mövqeyindən çıxış edən Azərbaycanla beynəlxalq hüquqa arxa çevirən Ermənistanın Avropa İttifaqının (Aİ) həyatında oynadıqları rol bir-birlərindən tamam fərqlənir. Əslində, Ermənistan Aİ məkanına heç nə vermir, yalnız kömək və maddi yardımlar umur, daim öz xislətinə uyğun olaraq nəyi isə qopartmağa çalışır. Azərbaycanın mövqeyi isə tamam fərqli rakrusdan diqqət çəkir. Respublikamız qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasına sanballı töhfələr verir. İndiki geosiyasi reallıqlar fonunda Aİ-nin enerji daşıyıcılarına, xüsusən də mavi yanacağa tələbatı daha da artıb. Avropa Komissiyası əlavə qaz tədarükü ilə bağlı ölkəmizə müraciət ünvanlayıb. Azərbaycan bu müraciəti həssaslıqla qarşıılayıb və qoca qitənin ehtiyacının qarşılanmasında öz rolunu artırmaq məqsədilə əzmlə çalışıb. 2021-ci ildə respublikamız Avropaya 8 milyard kubmetr qaz nəqli ilə bağlı öhdəliyinə sadiq qaldı. 2023-cü ildə bu həcmin 12 milyard kubmetrədək artırılacağı gözlənilir. Eyni zamanda, Azərbaycan qoca qitəyə qaz tədarükünü 2027-ci ilədək 20 milyard kubmetrədək artırmağı hədəfləyib.
Prezident İlham Əliyev Azərbaycanın Aİ ilə əməkdaşlığa böyük önəm verdiyini və ölkəmizin hədəflərini bu günlərdə Davos İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə bir daha bəyan etdi. Azərbaycan Prezidentinin Davos Forumunda iştirak etdiyi, uğurlu görüşlər keçirdiyi və bunun hətta Ermənistan mediasında belə etiraf etdiyi bir vaxtda Avropa Parlamentinin Azərbaycanı əsassız yerə hədəf alan bəndlərin olduğu bir qətnaməni qəbul etməsi Azərbaycan ilə Aİ arasında əlaqələri korlamağa hesablanıb.
Azərbaycanofob, islamofob Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, 2022-ci il 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun, eləcə də ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam edəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

