Azərbaycanın ailə modeli milli-mənəvi dəyərlər sistemində formalaşıb
22.04.2011 [09:31]
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova və “Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva “Müstəqillik dövründə Azərbaycan ailəsinin keçdiyi inkişaf yolu” mövzusunda mətbuat konfransı keçiriblər.
Tədbirdə çıxış edən Sona Vəliyeva bildirib ki, bu il “Kaspi” qəzetinin nəşrə başlamasının 130 illiyi və Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcək. AQUPDK ilə birgə təşkil edilmiş mətbuat konfransı da bu silsilə tədbirlərdən biridir.
Sona Vəliyeva deyib ki, Azərbaycanın ailə modeli milli-mənəvi dəyərlər sistemində formalaşıb. Qadına verilən önəm ailənin əsasını təşkil edir. ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ailəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ailə cəmiyyət üçün ən böyük dəyərdir. Cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkündür. Ailə kiçik bir dövlətdir. Bütün iqtisadi və maddi münasibətlər, hətta siyasi münasibətlər, ideoloji mübarizələr məhz ailədə ilkin rüşeym halında yaranır. Ailə münasibətləri haqqında danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşıblar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, torpağına, el-obasına və milli mentalitetə bağlı olması, qadın-kişi münasibətlərində etik normaların gözlənilməsi məhz ailədən qaynaqlanır, milli-mənəvi dəyərlərimizin əsasında qurulur. Təsadüfi deyildir ki, biz ailəni milli-mənəvi dəyərlər sisteminə aid edirik. Tarixən ailə dəyərləri bu istiqamətdə inkişaf edib. Mənəvi dəyərlərdən danışarkən, Ulu öndərimiz Heydər Əliyevin sözlərini xatırlatmaq istəyirəm: “Milli-mənəvi dəyərlər qorunmalıdır, milli-mənəvi dəyərlər bizim varlığımızın əsasıdır. Milli-mənəvi dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. İnsanın kamilləşməsi məhz ailədən başlayır”.
Bu, doğrudan da belədir. Mən hamımız üçün örnək olacaq bu misalı ona görə gətirdim ki, həmin əxlaqi dəyər ədəbiyyatımızda, filmlərimizdə, rəssamlığımızda, xüsusilə folklorumuzda özünə yer alaraq insanların bu gün də inkişaf etməsinə, formalaşmasına, müstəqil Azərbaycan dövlətinə xidmət edən şəxsiyyət kimi formalaşmasına kömək edib.
Hicran Hüseynova komitə tərəfindən bu sahədə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə sahələrində üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə proseslərində iştirakı nəzərəçarpacaq dərəcədə artıb.
Gender siyasətindən danışan komitə sədri qeyd edib ki, dövlət orqanlarının daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də qızların ibtidai və orta təhsil almalarıdır. 2009-cu illə müqayisə etsək, ötən il ümumtəhsil məktəblərində təhsil alan qızların sayı 602 min 532 nəfərdən 613 min 516 nəfərə çatıb. Son illər ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sırasında da qızların sayı getdikcə artır. 2010-cu ildə abituriyentlərin 50,09 faiz qızlardan ibarət olub.
Erkən nikah hallarının qarşısının alınması məqsədi ilə görülən tədbirlər barədə danışan H.Hüseynova bildirib ki, hazırda YUNİSEF-lə birgə “Erkən nikah-sosial münasibətlər və ünsiyyət” layihəsi həyata keçirilir. Layihənin birinci mərhələsində cəmiyyətin bu məsələyə münasibəti və davranışı öyrəniləcək, təhlillər aparılacaq, ikinci mərhələdə isə ictimaiyyətin problemlə bağlı fikrini dəyişdirmək istiqamətində strategiya hazırlanıb həyata keçiriləcək. Artıq ötən il birinci mərhələ həyata keçirilib, bir neçə rayonda müzakirələr aparılıb, strateji istiqamətlər müəyyənləşdirilib. Bu il isə problemin aradan qaldırılması istiqamətində strategiyanın həyata keçirilməsi üçün tədbirlərə başlanması nəzərdə tutulub.
Sonda suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40

