/ / Bahar Muradova: AMİP-in "İctimai Palata"dan hakimiyyətin təhriki ilə çıxması barədə deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil
Bahar Muradova: AMİP-in "İctimai Palata"dan hakimiyyətin təhriki ilə çıxması barədə deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil
23.04.2011 [11:58]
- Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri, baronessa Kerolayn Koksun Dağlıq Qarabağa səfər etməsini, separatçı qurumun başçıları ilə keçirdiyi görüşü necə dəyərləndirirsiz?
- Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri, baronessa Kerolayn Koksun Dağlıq Qarabağa səfərinə mənfi münasibət bildirirəm. Azərbaycan höküməti və Xarici İşlər Nazirliyi də bununla bağlı mövqeyini ortaya qoyub. Hesab edirəm ki, ədalətli və haqlı tələbdir. Hal-hazırda Kerolayn Koksun Dağlıq Qarabağa səfərini əngəlləyə biləcək hər hansı bir fəaliyyət göstərmək imkanlarımızı nəzərə alaraq onun Azərbaycanın digər bölgələrinə səfərlərinə embarqo qoyulmasını dəstəkləyirəm. Hesab edirəm ki, Böyük Britaniya parlamentinin Lordlar Palatasının vitse-spikeri İngiltərə ilə Azərbaycan arasında olan münasibətlərin ruhuna uyğun olmayan bir addım atır.
- Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşünə münasibətiniz necədir?
- ATƏT-in Minsk qrupunun üzdə görünən çevik fəaliyyəti ilə bağlı başqa fikir ola bilməz. Görüntü ondan ibarətdir ki, onlar çox hərəkət edirlər. Regiona səfərləri artıb, müzakirələrini intensivləşdiriblər. Bütün bunların nəticəsi olmadığına görə, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyət bizi qane etmir. Hesab edirəm ki, sözügedən görüşün keçirilməsi də bu prosesin bir mərhələsidir. Eyni zamanda, nazirlərin görüşü, ATƏT-in Minsk qrupunun həyata keçirdiyi fəaliyyətin bir elementidir.
- Bəzi millət vəkilləri ATƏT-in Minsk qrupundan imtina edilməsi ilə bağlı fikirlərlə çıxış ediblər. Sizin buna münasibətinizi bilmək istərdik.
- Mən bütün bu tənqidi fikirləri normal qəbul edirəm. Hesab edirəm ki, hər kəs öz etirazını bir formada bildirməlidir. Bu da ondan irəli gəlir ki, münaqişənin həlli uzandıqca uzanır. ATƏT-in Minsk qrupu üzdə görünən çevik fəaliyyət göstərir, amma nəticə yoxdur. Ona görə də, insanlar haqlı olaraq öz etirazlarını bildirirlər. Hər kəs çıxış yolu axtarır. Maraqlıdır ki, yeni formatın yaranması və yeni ölkələrin bu münaqişənin həllinə cəlb edilməsi nə nəticə verəcək? Bunu proqnoz etməkdə çətinlik çəkirəm.
- AMİP-in “İctimai palata”dan hakimiyyətin təhriki ilə çıxması barədə deyilənlərə münasibətiniz necədir?
AMİP-in “İctimai palata”dan hakimiyyətin təhriki ilə çıxması barədə deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Oyuncaq qurum iflasa uğradığını ört-basdır örtmək üçün ortaya belə iddialar atıb. Onda nəyə görə AMİP “İctimai palata”ya daxil olanda həmin qüvvələr bunun hakimiyyətin təhriki ilə bağlı olduğunu deməmişdilər? Yalnız AMİP oradan çıxanda belə fikirlər işlədildi.
O ki qaldı müxalifətin iqtidar haqqında fikirlərinə, bu, yeni deyil. Neçə illərdir, Azərbaycanda müxalifət düşünür ki, iqtidar legitim deyil, iqtidar isə haqlı olaraq öz işi ilə məşğuldur, üzərinə düşən məsuliyyəti yerinə yetirərək həm dövlət, həm də millətin maraqları istiqamətində fəaliyyətini qurur, nəticələr də müsbətdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

