/ / Mübariz Qurbanlı: Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüş gənclər siyasətinə yeni keyfiyyət gətirib
Mübariz Qurbanlı: Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüş gənclər siyasətinə yeni keyfiyyət gətirib
23.04.2011 [11:59]
- Prezident İlham Əliyevin gənclərlə görüşünü necə dəyərləndirirsiniz?
- Gənclərə dövlət qayğısını yüksək qiymətləndirirəm. Bütövlükdə götürdükdə Azərbaycanda Prezident İlham Əliyevin gənclər siyasəti ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xəttin davamıdır. 1994-cü ildən Azərbaycanda bu siyasət Heydər Əliyevin prinsipləri əsasında formalaşdırılıb, bu gün də davam etdirilir. Sağlam gəncliyin yetişdirilməsi, Azərbaycanın dövlət maraqlarını bilən və təmin etməyi bacaran gənclər ordusunun yaranması, intellektli gənclərin meydana gəlməsi, bəşəri dəyərlərə və milli dəyərlərə sahib gənclərin formalaşdırılmasının əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Gənclər siyasəti ilə bağlı qanunlar qəbul edilib, proqramlar hazırlanıb və hazırda həyata keçirilir. Eyni zamanda gənclərin xaricdə təhsil alması, yeni açılan iş yerlərində gənclərə üstünlük verilməsi, ipoteka proqramı vasitəsi ilə gənclərin mənzillə təmin edilməsi gənclər siyasətinin ayrı-ayrı hissələridir. Hesab edirəm ki, Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüş gənclər siyasətinə yeni keyfiyyət gətirib. Yeni bir proqramın işlənməsi ilə əlaqədar keçirilən görüş idi. Gənclər siyasətinin 2011-2015-ci illərdə qarşıda duran məsələlər və.s müzakirə olunub. Bütövlükdə isə Azərbaycanda gənclər siyasəti ilə bağlı uğurlu işlər görülür.
- Gələn ay ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümüdür. Hakim partiya bununla bağlı hansı tədbirləri keçirməyi planlaşdırır?
- Hər il olduğu kimi bu il də Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə bir sıra silsilə tədbirlər keçirəcək. May ayının 7-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı konfrans keçirəcək. Heydər Əliyev siyasəti və müasirləşmə mövzusunda keçirilən konfransda 90-dan artıq elm, siyasət, mədəniyyət sahəsində tanınmış şəxslər iştirak edəcək. Konfrans 3 bölmədə olacaq və Heydər Əliyev irsinin tədqiqi, öyrənilməsi ilə bağlı mühazirələr, məruzələr dinləniləcək. Eyni zamanda Yeni Azərbaycan Partiyasının rayon-şəhər təşkilatları, partiyanın Gənclər Birliyi də bir sıra tədbirlər keçirməyi planlaşdırıb. Partiyanın Gənclər Birliyi Heydər Əliyevin doğum gününə həsr olunmuş futbol turniri təşkil edəcək. Eyni zamanda Yeni Azərbaycan Partiyası Təhsil Nazirliyi ilə birgə Heydər Əliyevin irsinin öyrənilməsi ilə bağlı orta məktəb şagirdləri arasında “Heydər Əliyevin irsini öyrənirik” adı altında inşa müsabiqəsini keçirəcək. Həmin qaliblər sonradan ali məktəblərə daxil olduqda Yeni Azərbaycan Partiyası tərəfindən təqaüdlər alacaqlar. Bu il də belə tədbirlərimizi davam etdirəcəyik.
- Radikal müxalifətin qanunsuz mitinq keçirmək cəhdlərinin arxasında nələr dayanır? Necə düşünürsünüz, bu cür uğursuz aksiyalar nə zamana qədər davam edəcək?
- Biz dəfələrlə demişik ki, Azərbaycanda radikallığa yer yoxdur. Azərbaycanda hər bir məsələ hüquq çərçivəsində həll olunmalıdır. Son hadisələr Azərbaycanda radikalizmin sonunu bir daha nümayiş etdirdi. Azərbaycanda radikal siyasətin heç bir dəstəyi yoxdur. Radikallıq Azərbaycanda özünə yer tapa bilmir. Radikallıq yolu ilə müəyyən mənada siyasətdə qalmaq cəhdləri keçmişə yönələn addımlardır. Ona görə də ölkədə radikal çağırışlara yer yoxdur. Azərbaycanda konstruktiv müxalifət, əməli fəaliyyət göstərən müxalifət partiyaları var. Onlar seçkilərə qatılır, parlamentdə, bələdiyyələrdə müəyyən yer qazanırlar. O müxalifət ki, təkamül yolu ilə fəaliyyət göstərir, həmin müxalifət az da olsa cəmiyyətdə bu və ya digər şəkildə uğur qazanmaq ehtimalı olan müxalifətdir. Amma bütövlükdə böyük əksəriyyət ölkə başçısının siyasətini dəstəklədiyinə görə, hesab edirəm ki, Prezidentin siyasətini müdafiə edən siyasi təşkilatlar, onların aparıcısı olan Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycanda avanqard, aparıcı rolunu oynayacaq. Müxalifət tərəfindən təyin edilmiş yerdə, yəni şəhərin mərkəzində, “Sahil” parkında mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələrini gördüm. Ancaq orada aksiyanın bir iştirakçısını da görmədim. Mən deyərdim ki, onlar iflasa uğramış vəziyyətdə idilər. özləri də gördülər, anladılar ki, onları cəmiyyətdə heç kim müdafiə etmir. “Möhtəşəm mitinq edəcəyik” deyənlər və onların liderləri kabinetlərdən bayıra çıxmadılar, küçələrə çıxan 5-6 nəfər də bütünlüklə aldadılmış, bir sıra hallarda səhv yola yönəldilən şəxslərdirlər ki, onlar bu cür radikalların, radikallar özləri isə xaricdən Azərbaycana düşmənçilik edən qüvvələrin əlində alətə çevriliblər. Onların bir qismi “İctimai palata”da birləşib. Artıq “İctimai palata” faktiki olaraq dağılıb. Əslində başlanğıcdan o dağılmağa məhkum idi və onun perspektivi olmayan qurum olduğu hamıya bəlli idi.
- Böyük Britaniya parlamentinin Lordlar Palatasının vitse-spikeri, baronessa Kerolayn Koksun separatçı quruma səfərini necə dəyərləndirirsiz?
- Böyük Britaniya parlamentinin Lordlar Palatasının faktiki olaraq dövlətin idarəçiliyində elə bir rolu yoxdur. Lordlar Palatası Böyük Britaniya siyasi həyatında sonuncu dəfə 1926-cı ildə, ümumi İngiltərə tətili zamanı bir dəfə çıxıb nəsə deyib. Orada lordlar var nəsildən-nəsilə keçir, lordlar var bu adı titul kimi alırlar. Ona görə də Lordlar Palatasının üzvünün gəlişi-gedişi ermənilərə yalnız və yalnız mənəvi dəstək formasında ola bilər. Kerolayn Koksun vaxtı ilə, ola bilər, ermənilərlə hansısa formada bağlılığı olub, İrəvana səfər edib. Bu Böyük Britaniya hökümətinin mövqeyi deyil və ona qarşı da biz zaman-zaman etiraz etmişik.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

