BMT-də islahatlar qlobal gündəlikdə
31.01.2023 [10:15]
Mübariz FEYİZLİ
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq birliyin mənafeyinə uyğun gələn, qlobal həmrəyliyin güclənməsinə hesablanan təşəbbüslərlə çıxış edib. Dünyada elə bir nizam yaradılmalıdır ki, böyük və kiçik dövlətlər arasında ayrı-seçkiçilik salınmasın, fundamental beynəlxalq prinsiplər, hüquq hamıya eyni qaydada şamil edilsin. Dövlətimizin başçısı bu xüsusda növbəti dəfə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə baş tutan səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında söhbət açıb.
Dəyişən dünyada BMT də dəyişməlidir
Son illər dünya tez-tez amansız müharibələrlə, gah bu, gah da digər bir ünvanda münaqişə ocaqlarının yaranması ilə silkələnir. Qlobal miqyasda sülhə və təhlükəsizliyə davamlı çağırışlar edilsə də, buna sanki məhəl qoyulmur. Vəziyyət getdikcə daha təhlükəli hal alır. Artan qlobal gərginliklər fonunda nəzərlər ilk növbədə dünyanın əksər ölkələrini öz çətiri altında birləşdriən Birləşmiş Millətlər Təşkilatına (BMT) dikilir. Sual edilir: Bəs BMT hara baxır? Niyə milli, irqi, dini zəmində alovlanan münaqişələrin qarşısı alınmır? Niyə qurum müharibə düyməsini basan, ədalətsiz davranışlar sərgiləyən ölkələri vaxtında cəzalandırmır? Suallar, gözləntilər çox olsa da, əksər hallarda BMT-dən susqunluq, seyirçi münasibət sərgiləndiyinin şahidi oluruq. Aydın şəkildə müşahidə edilir ki, BMT-nin sərbəst şəkildə obyektiv qərarlar qəbul etmək imkanları məhduddur.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılıb. Hazırda dünyanın 193 ölkəsi, bütünlükdə yer kürəsinin 80 % ərazisi BMT-nin mandat sisteminə daxildir. BMT beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. Təşkilatın Nizamnaməsi 1945-ci il 26 iyun tarixində imzalanıb və 1945-ci il 24 oktyabrda qüvvəyə minib. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Respublikamız quruma 1992-ci ildə qəbul olunub.
BMT-nin tarixinə aid bu kimi faktları təsadüfən xatırlamadıq. Qurumun yaranmasından təxminən 80 il ötüb. Səkkiz onillik ərzində yalnız zaman dəyişməyib, həm də dövlətlər dəyişib, dünyada yeni reallıqlar yaranıb. BMT-nin zamanında qəbul olunan Nizamnaməsi isə dəyişən dünyanın tələblərinə əsla cavab vermir. Məhz bu səbəbdən də bir sıra hallarda “dünya hökuməti” adlandırılan BMT qlobal miqyasda baş verənlərə operativ yanaşma sərgiləmir. “BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İƏT və QH TŞ-də təmsil olunmalıdırlar
BMT sistemində islahatların aparılmasının ən çox zəruri olduğu qurum Təhlükəsizlik Şurasıdır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”.
BMT TŞ-də islahatların zəruriliyinin gündəmə gəlməsi ilk növbədə son vaxtlar bu qurumun oxşar situasiyalarda fərqli yanaşmalardan çıxış etməsi ilə bağlıdır. Hazırda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin). Tam əminliklə deyə bilərik ki, BMT sadalanan beş dövlətin inhisarında qalıb. “Dünya hökuməti” adından qəbul olunan qərarlar bir sıra hallarda selektiv xarakter daşıyır və beynəlxalq prinsiplərlə adekvatlıq təşkil etmir. Bununla bağlı çox sayda misallar sadalamaq mümkündür. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etdi, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başladılar. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt itirilmədən icra edilməsinə dair Bosniya və Herseqovina, Komboca, Somali, Yuqoslaviya, Şərqi Timor, Ruanda təcrübəsini də xatırlada bilərik. Eyni zamanda, BMT tarixində Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı 4 qətnamənin yerinə yetirilməməsi təcrübəsi də var. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində qəbul edilən bu qətnamələrdə Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxardılması istənilirdi. Ermənistan isə həmin qətnamələrin icrasını düz 30 il ərzində təmin etmədi. Bununla belə, beynəlxalq hüquqa arxa çevirən işğalçı dövlət BMT-nin sanksiyalarına məruz qalmadı. Bütün bunlar isə son nəticədə BMT-yə inamı azaldır.
Son hadisələr də göstərir ki, beynəlxalq miqyasda cərəyan edən proseslərdə İslam ölkələrinin, eləcə də Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin rolu artır. Böyük coğrafiyaları əhatə edən İƏT-in və QH-nın BMT TŞ-də təmsil olunmamaları ədalətsizlikdir və ayrı-seçkiçiliyə yol açır.
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

