İtirən Fransadır...
07.02.2023 [10:31]
Azərbaycan Avropanın enerji təhlükəsizliyində oynadığı rolu genişləndirir
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi 2020-ci ilin noyabrından yeni mərhələyə qədəm qoyub. Artıq mənzərə aydınlaşıb - Azərbaycan qalib, Ermənistan isə məğlub statusla bu danışıqlar prosesini davam etdirməlidir. Bu mənada, Ermənistana havadarlıq edən bəzi ölkələr və ya güclər yaranan situasiya ilə barışa bilmirlər. Qarşılığında isə ədalətsiz və qərəzli formada Azərbaycana “təzyiq” göstərmək üçün bütün rıçaqlarını işə salmağa çalışırlar. Təbii ki, heç bir işə yaramayan bu addımlar nəticədə həmin ölkələrə ziyan gətirir.
Məsələn, belə ölkələrdən biri olan Fransa 2020-ci il Vətən müharibəsindən sonra addımbaşı Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil etmək, “beynəlxalq təzyiq” formalaşdırmaq, hətta ölkəmizə qarşı bəzi “sanksiyaların” tətbiqi kimi arzular irəli sürüb. Ötən ilin payızında bu ölkənin Milli Assambleyası, Senatı Azərbaycana qarşı qərəzli “qətnamə” belə qəbul ediblər. Ardından, Frankafoniya təşkilatında ölkəmizə qarşı hansısa qərəzli qərarların verilməsinə nail olmaq üçün addımlar atıldı. Eləcə də, ötən ilin sonunda BMT TŞ çərçivəsində Azərbaycana qarşı qətnamənin qəbuluna cəhd göstərildi. Bütün hallarda isə Fransanın bu çirkin niyyəti puç oldu - həm Frankafoniyada, həm də BMT TŞ çərçivəsində Azərbaycana qarşı ədalətsiz mövqenin sərgilənməsinə imkan verilmədi. Artıq Qərb də qəbul edir ki, Fransa Ermənistanı sevsə də, Azərbaycana qarşı nə isə etmək iqtidarında deyil - buna gücü çatmır.
Yeri gəlmişkən, “The Washington Post” da Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı geniş məqalə təqdim edib. Məqalədə diqqətçəkən məqamlardan biri də odur ki, qəzet yuxarıda qeyd edilən faktı təsdiqləyir: “Fransa prezidenti Emmanuel Makron Ermənistana rəğbətini ifadə edir, lakin onun Azərbaycana qarşı təsir rıçaqları məhdud görünür”.
Bəli, Fransanın Azərbaycana demək olar ki, elə bir təzyiq imkanı yoxdur və bu reallıqdır. Bu faktı Qərb mətbuatı da təsdiqləyir...
Yael Bron-Pivenin etirafları...
Adi bir fakt - bu ilin əvvəlində Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistana rəsmi səfəri çərçivəsində etiraf etmişdi ki, rəhbərlik etdiyi qurumun qəbul etdiyi “qətnamə” beynəlxalq hüquqa ziddir - o, keçirdiyi mətbuat konfransında “Parisin Qarabağın müstəqilliyini tanımasının vaxtı çatıbmı?” sualına cavab verərkən dedi ki, bu gün Fransa “Dağlıq Qarabağın” (qondarma rejim nəzərdə tutulur - red.) müstəqilliyini tanımır - bu, bizim tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur.
Bəli, bu etiraf özündə olduqca mühüm məqamları əks etdirir. Azərbaycanın bu məsələdə haqlı olduğunu, beynəlxalq aləmin Azərbaycanı dəstəklədiyini, Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa əsaslandığı Fransa rəsmisi tərəfindən etiraf olundu.
Frankafoniya məğlubiyyəti, BMT rüsvayçılığı - Fransa nə etmək istəyir?
Bu etiraf həm də Fransaya dəyən “şillələrin” səsidir. Rəsmi Parisin bütün gücünü səfərbər edərək Azərbaycanın üstünə gəlməsi - ermənipərəst düşüncə ilə Azərbaycanı “qınaq obyektinə” çevirmək, hətta hansısa sanksiyalara məruz qoymaq arzuları puç oldu. Frankafoniyada yaşananlar bunun sübutudur. BMT müstəvisində yaşanan fiasko isə daha ağır “fəasadlarla” müşaiyət edildi - Avropanın “aparıcı” ölkəsi olan Fransa Azərbaycana öz meydançasında məğlub oldu. Bu kimi “həyati dərslər” Fransanı fakt qarşısında qoyur. Ölkəmizin yürütdüyü siyasət Azərbaycanın siyasi imicinin yüksəlməsinə, beynəlxalq arenada dostlarının artmasına yol açır. Bu, həm də ermənipərəst dairələrin və Fransanın timsalında dövlətlərin ölkəmizə qarşı oynamağa çalışdıqları çirkin oyunların qarşısını alır, onların fiaskosunu reallaşdırır.
Azərbaycan enerji gündəmini formalaşdırır
Rəsmi Parisin ermənipərəst mövqeyi Azərbaycan cəmiyyətində də Fransaya etimadı tamamilə sarsıdıb. Bu ölkə artıq heç bir ictimai nüfuza malik deyil - bütövlükdə azərbaycanlıların birmənalı fikri belədir desək, yanılmarıq. Eyni zamanda, Fransanın bu birtərəfli “erməni sevgisindən” Azərbaycan heç nə itirmir. Məsələn, 2023-cü ilin bir ayını arxada qoyduq - ötən bir ayda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bir daha qabarıq şəkildə hiss olundu. Ölkəmizə səfərə gələn avropalı dövlət başçıları bu faktı təsdiqlədilər. Azərbaycanın Avropa məkanında partnyorlarının sayı isə durmadan artmaqdadır. Azərbaycan enerji layihələrinin şaxələndirilməsi yönündə bütün gücünü səfərbər edib - artıq yaşıl enerji mübadiləsi ilə bağlı müzakirələr aparılır. Fransa isə bu mühüm layihələrdə yoxdur, adı çəkilmir.
Eyni zamanda, Azərbaycan geniş bir coğrafiyada yeni nəqliyyat-kommunikasiya qovşağını yaratmaqdadır. Bu qovşağ Şərq-Qərb istiqamətində mühüm iqtisadi əməkdaşlıq platformaları yaradır. Bu təşəbbüsün əsas simalarında biri kimi Azərbaycan layihənin detallarını dünyaya çatdırır. Davos Qlobal İqtisadi Forumunda, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında Azərbaycan enerji gündəmini formalaşdırır. Bir ?özlə, Azərbaycan özünün müəyyənləşdirdiyi yolla irəliləyir və bütün əlaqələri də əməkdaşlıq kontekstində qurur. Fransa isə Azərbaycana münasibətdə qərəzli və ədalətsiz mövqeyindən əl çəkmir - kim itirir? Bu gün Fransa Azərbaycana münasibətdə heç bir rıçağa malik deyil.
Fransa düşünməlidir - Azərbaycana qarşı olmaq perspektiv vəd etmir...
Hətta iki ölkə arasındakı ticarət dövriyyəsi də azalan xəttə əsaslanır. Əgər 2021-ci ildə Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsi 245 milyon 463 min dollar idisə, son 10 ildə tərəflər arasındakı ticarət dövriyyəsi 8 dəfəyə yaxın azalıb. 2022-ci ildə də bu rəqəm aşağı həddə olub. Göründüyü kimi, Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsinin göstəriciləri ildən-ilə azalır. Halbuki, Avropa İttifaqı ilə iqtisadi əlaqələri gücləndirən Azərbaycan üçün dayanıqlı tərəfdaşlar ilə əməkdaşlığın genişləndirilməsi priorietdir. Ancaq Fransanın ermənipərəst mövqeyi Parisin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını bir daha nümayiş etdirir. Cənubi Qafqazın ən aparıcı iqtisadiyyatına malik ölkəsi ilə əməkdaşlığın gücləndirilməsi üçün qərəzsiz və tərəfsiz olmaq lazımdır. Təhdidlər və bu kimi kampaniyalarla Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

