Arazı ayırdılar...
10.02.2023 [10:39]
Türkmənçay müqaviləsinin imzalanmasından 195 il ötür
10 fevral - İkiyə bölündüyümüz gün
XVIII əsrin sonu XIX əsrin başlanğıcı Azərbaycan üçün təlatümlərlə dolu illərə çevrildi. Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə 2-ci Qafqaz yürüşü zamanı Şuşada öldürülməsinin ardından yaranan sükut sən demə qarşıdakı fırtınanın başlanğıcı idi. İlk dövrlərdə çar Rusiyasına qarşı müqavimət göstərilsə də, Azərbaycanın şimalında yerləşən xanlıqlar ard-arda öz müstəqilliklərini itirməyə başladılar. 1805-ci ildə İran hakimiyyəti ilə bağlanmış sülh müqaviləsinə əsasən paytaxtı Şuşa olmaqla Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806-1813-cü illərdə Rusiya İmperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd xanlığı Rusiya İmperiyasına daxil oldular. 1813-cü ildə bağlanan Gülüstan sülhü Azərbaycanın parçalanmasının əsasını qoydu - Arazdan şimaldakı Azərbaycan torpaqları Rusiya imperiyasına, cənubdakı Azərbaycan torpaqları isə İrana qatıldı...
Amma bu da son parçalanma olmadı - çünki Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi. Qafqazın əldən çıxması İran üçün böyük itki idi. İran Rusiya ilə yeni müharibəyə hazırlaşırdı. Bu müharibədə öz maraqları olan xarici qüvvələr isə İrana bacardığı yardımı edirdi. Bununla bağlı 1814-cü ildə hətta İngiltərə ilə İran arasında müqavilə imzalanır, Təbrizdə və başqa şəhərlərdə silah zavodları tikilir, müharibə olacağı təqdirdə Britaniya imperiyası İrana ildə 200 min tümən yardım göndəcəyini vəd edir. Əvəzində isə İran öz ərazisindən heç bir ölkəni Hindistana buraxmamaq öhdəliyi götürür. İngilis diplomatları 1821-ci ildə İranla Osmanlı arasında başlayan müharibənin dayandırılmasına da nail oldular və İranı Rusiyaya qarşı müharibəyə hazırlayırlar.
1825-ci ildə Rusiyada baş vermiş Dekabristlər üsyanı İran hökumətini müharibəyə daha da şirinikləndirirdi. General Yermolov İranın açıq müharibə təhdidi haqda Peterburq sarayına xəbər göndərir - çar isə Osmanlı imperiyası ilə ilə münasibətlərin gərginləşməsi fonunda Lənkəran xanlığının yarısını İrana güzəştə getməklə sülhə nail olmaq istəyirdi. Amma Gülüstan sülhünə yenidən baxılması belə sülhə yol açmadı - müharibə qaçılmaz idi. 1826-cı ilin iyul ayında İran qoşunları sərhədi keçərək İkinci Rusiya-İran müharibəsinin başladığını “elan etdi”. Bu zaman isə knyaz Menşikovun başçılığı ilə yeni Rusiya elçiliyi Tehrana yaxınlaşmaqda idi. O, yeni çarı - I Nikolayı tanıtdırmaq üçün göndərilmiş, Fətəli şaha büllür taxt hədiyyəsi gətirmişdi. İran qoşunlarının artıq Şuşa və Gəncə qapıları ağzında olduğundan xəbərsiz rus elçisi Tehranda ev dustağı edildi. İran müharibənin ilk günlərindəcə Tiflisi tutaraq rus ordusunu Cənubi Qafqazdan çıxarıb Terek çaynının digər sahilinə qovmaq istəyirdi.
Çoxsaylı İran qoşunu peşəkar ruslara qarşı
İran qonşunlarına nəzərən Rusiya Xüsusi Qafqaz korpusunun qüvvəsi sayca az idi. Amma bu ordu on illərlə Avropada Avstriya, Osmanlı və xüsusilə Fransa qoşunları ilə saysız müharibələr görmüş, döyüş ənənələrinə arxalanan müasir bir ordu idi. Cənubi Qafqazda sayı 10 minə yaxın olan 33 rus piyada batalyonu və 1 nizami atlı alayı, 9 Don kazak alayı, Bakı və Lənkərandakı 3 batalyon, Gəncə, Şəki və Şirvandakı 2 batalyon silah altında idi. Bundan başqa Şuşada 2 batalyon, Pəmbək və Şurakeldə (İrəvan sərhədi) 3 batalyon qarnizon çar ordusunun qulluğunda idi. Eləcə də, minlərlə yerli atlı döyüşçülər də səfərbər edilərək müharibəyə qatılmışdı.
Müharibənin başlanğıcı Rusiya üçün uğursuz oldu. Abbas Mirzə qoşunların başında Qaradağ-Gülənbər yaylaq yolu ilə Qarabağa getdi, ikinci qoşunu da (çoxu qeyri-nizami atlılar idi) Əmir xan və Mehdiqulu xanla birlikdə Naxçıvan-Sisian dağ yolu ilə arxadan Qarabağa göndərdi. İbrahim xan Qacar və şirvanlı Mustafa xanı Şirvana, Mir Həsən xanı başqa bir qoşunla Talışa, qardaşı San Aslanı (Həsən xan) İrəvan sərdarı Hüseyn xan və İrakli oğlu Aleksandr Mirzə ilə birlikdə Tiflis üzərinə yolladı. Uğurlu xan Ziyadoğlu Gəncəyə, Hüseyn xan (Səlim xanın oğlu) qardaşı Hacı xanla Şəkiyə girdilər. İrəlidə gedən İran qoşunu Xudafərin körpüsünü sürətlə keçərək rus sərhəd alayını əzdi. Ruslardan 300-ə kimi əsgər öldürüldü, bir qismi əsir düşdü. Sonuncuların içində polkovnik Nazımov və mayor Kovatenski var idi. İran qoşunları sərhəd boyu döyüşlərdə rusları geri oturtdular. Abbas Mirzənin ordusu Şuşa qalasını iyulun 26-da mühasirəyə aldı. Mühasirə 48 gün sürdü. Şuşa qarnizonunun rəisi polkovnik Reut yaxşı hazırlıq görmüşdü. Qalanın ələ keçirilməsi uğrunda hücumlar istənilən nəticəni vermədi.
Şuşa mühasirəsi müharibənin gedişini dəyişdi
Şuşanın uzun çəkən mühasirəsi müharibənin bütün gedişinə təsir göstərdi. Abbas Mirzə hücumu sürətlə davam etdirərək dağınıq rus qoşunlarını əzmək yerinə böyük qüvvə ilə Şuşa altında əylənib qaldı. Bu, rus komandanlığına dağınıq qoşunlarını birləşdirmək, strateji təşəbbüsü ələ keçirib əks-hücuma keçmək üçün imkan yaratdı. 1827-ci ilin yanvar ayında ruslar Qarabağın mərkəzi Əhəri tutdu. Aprel ayında isə artıq rus qoşunlarının Qarabağ birləşməsi Xudafərin körpüsünü ələ keçirmək uğrunda döyüşürdü. Bir bölüyü isə Ağzıböyük keçidi ilə İrəvana gedirdi. 1827-ci il aprelin 20-də Xudafərin körpüsü tutuldu. Başlıca qüvvələr Eçmiədzinə gələrək İrəvana doğru irəlilədi. İrəvanın iki aylıq mühasirəsi yenə uğursuz oldu. İyunun 26-da Naxçıvan qalası döyüşsüz tutuldu. Rus qoşunları strateji dəyəri olan Abbasabad qalasına yaxınlaşdı. Sərdarabad ruslar tərəfindən tutuldu. İrəvan qalasının mühasirəsi sentyabrın 26-da başlandı. Rus qoşunlarının rəhbəri Qraf Paskeviç yazırdı ki, İrəvan vilayətində 10000 müsəlman (Azərbaycan türkü) və yalnız 3000 erməni ailəsi yaşayırdı. Oktyabrın 1-də gün qaralana yaxın qanlı döyüşdən sonra İrəvan qalası tutuldu. I Nikolayın fərmanı ilə, onun “qlinyanıy qorşok”, yəni gildən (torpaqdan) hazırlanan küp adlandırdığı İrəvan qalasının adı qraf Paskeviçin tituluna əlavə edildi.
Rus qoşunları İrana girdi - əhali qacarlardan bezmişdi...
Paskeviçin Cənubi Azərbaycana girməyi qadağan etməsinə baxmayaraq rus birləşməsinin komandanı Eristov oktyabrın 2-də Mərəndi tutub Təbrizə doğru irəlilədi. Qeyd edək ki, Qacarların soyğunçu siyasətindən Cənubi Azərbaycan cana doymuşdu. Buranın şiə ruhaniləri isə Qacar şahlarını “uzurpator” sayır, qanunsuz olaraq Səfəvi taxtına yiyələndiklərini söyləyirdilər. Rusiya qoşunlarının baş komandanı İvan Paskeviç isə yerli əhalini və yerli hakimləri qıcıqlandırmamağa çalışırdı. İran “qərbçilərinin” (Avropasayağı yenilikçiliyin) başçısı Abbas Mirzənin mərkəzləşdirmə siyasəti də Cənubi Azərbaycan xanlarını Rusiya asılılığına doğru ?tələməkdə idi. Bütün bunlar isə Rusiya qoşunlarının irəliləməsini asanlaşdırırdı.
Təbriz tutulduqdan sonra Tehran üzərinə yol açıldı. Təbrizi (əslində Cənubi Azərbaycanı) idarə etmək üçün rus hərbçilərinin və şəhərlilərin nümayəndələrindən Müvəqqəti İdarə yaradıldı. Onun rəisi general Osten-Saken oldu. Təbriz qalasının komendantı da rus zabitlərindən qoyuldu. Beləliklə, II İran-Rusiya müharibəsi də Rusiya imperiyasının qəti qələbəsi ilə nəcitələndi. Müharibəni bitirmək üçün danışıqlara başlanıldı...
Türkmənçay müqaviləsi Təbriz yaxınlığında imzalandı...
Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici İşlər naziri qraf K.V. Nesselrodeyə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmaqla sülh və ticarət müqaviləsinin layihəsi hazırlanmışdı. Gələcək müqavilənin şərtləri haqqında çar fərmanı 1827-ci II mayın 24-də Cəlaloğlu yanındakı rus düşərgəsinə gətirildi. Rus komandanlığı danışıq aparmaq üçün tam hazır idi. Qaraziədin danışıqlarında A. S. Qriboyedov İran məmurlarına psixoloji baxımdan təsir göstərmək üçün bildirdi ki, biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik.
Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən başladı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları irəli atıldı. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə imzalandı.
16 maddəlik müqavilə - ermənilərin Qarabağa köçürülməsi haqda razılaşma
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi. Birinci maddə ilə tərəflər arasında əbədi sülh elan olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə), İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödəyəcəyi bildirilirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi tanınmasına ayrıca yer verilirdi (VII maddə). Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (VIII maddə). Onuncu maddə ticarət konsulluqları açılmasından, on birinci maddə qarşılıqlı olaraq müharibə ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV maddələr iki ölkə arasında əhalinin hərəkəti və başqa məsələlərə toxunurdu.
Müqavilədə ermənilərlə bağlı da bənd vardı. Belə ki, müqavilənin 15-ci maddəsində ermənilərin İrandan Cənubi Qafqaza köçürülməsi (müqavilədə konkret deyilməsə də ümumi razılıq belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə sülh haqqında yerlərə bilgi verilməsi, onun ratifikasiyası məsələlərinə toxunurdu.
Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən iyul ayında ratifikasiya edildi. Beləliklə, Azərbaycanın ikiyə parçalanması prosesi yekunlaşdı...
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

