/ / Yeni Azərbaycan Partiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinə və ATƏT PA-nın sədrinə etiraz məktubu göndərib
Yeni Azərbaycan Partiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinə və ATƏT PA-nın sədrinə etiraz məktubu göndərib
13.05.2011 [10:00]
Məktubda deyilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv və ardıcıl danışıqların getdiyi bir vaxtda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə yeni “erməni köçünün” təşkil olunması bu danışıqların səmərəliliyinə ciddi zərbə vura bilər. Belə ki, işğal edilən və tamamilə azərbaycanlılardan təmizlənən bir ərazidə süni şəkildə demoqrafik vəziyyəti dəyişmək cəhdi Ermənistanın işğalçı siyasətinin möhkəmləndirilməsi məqsədlərinə xidmət göstərir. Azərbaycanın işğal altında olan torpaqlarının süni şəkildə “erməniləşdirilməsi” tarixin təkrarını xatırladır. ötən əsrin 40 - 50 - ci illərində Sovet hakimiyyəti Azərbaycan əsilli Ermənistan vətəndaşlarını kütləvi şəkildə Azərbaycana deportasiya etdikdən sonra həmin ərazilərə xaricdən erməniləri köçürməklə Ermənistanın demoqrafik vəziyyətini dəyişməyə nail oldular. İndi tarixi yenidən təkrar etməyə cəhd göstərilir”.
Yeni Azərbaycan Partiyasının etiraz məktubunda bir daha nəzərə çatdırılıb ki, erməni tərəfinin bu hərəkəti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in Parlament Assambleyasının müvafiq qərarlarına daban-dabana ziddir. Azərbaycan xalqı Azərbaycan torpaqlarına kənardan köç edilməsi siyasətini qətiyyətlə rədd edir və onun heç bir hüquqi nəticəsini qəbul etmək niyyətində deyil.
“Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin işğal edilmiş Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edərək, ATƏT-in Minsk qrupunun həmsədrlərini sülh danışıqlarının nəticələrini heçə endirən və münaqişənin dinc vasitələrlə həllinə dair konstruktiv səylərə mane olan “köçürmə siyasətini” birmənalı şəkildə pisləməyə və onun mənfi nəticələrinin qarşısını vaxtında almaq üçün müvafiq addımlar atmağa çağırır” - deyə, məktubda bildirilir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

