İran regionun əsas təhlükə mənbəyidir
16.02.2023 [10:45]
Xarici agentliklər bununla bağlı çağırışlar edir
Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və nüfuzu günü-gündən artmaqdadır. Buna səbəb isə ölkəmizin xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanmasıdır. Xüsusilə qonşuları ilə əlaqələrə hər zaman xüsusi əhəmiyyət verən Azərbaycan bu əlaqələrin möhkəmləndirməsində, daha da yaxınlaşdırılmasında maraqlı olduğunu ortaya qoyur. Təəssüf ki, bu, bəzi qonşu ölkələr tərəfindən layiqli şəkildə dəyərləndirilmir, adekvat qarşılanmır. Məsələn, cənub qonşumuz olan İranın Azərbaycana qarşı apardığı siyasət birmənalı qiymətləndirilə bilməz. Hətta 44 günlük Vətən müharibəsi dövründə atılan addımlar, sonrakı mərhələdə isə Araz çayı yaxınlığında, Azərbaycanla sərhəddə ard-arda hərbi təlimlərin keçirilməsi, sanki Azərbaycanı hədələməyə çalışılması, bu ilin yanvarında isə səfirliyimizə edilən terror hücumu İranın əsl məqsədini ortaya qoyur - rəsmi Tehranın Azərbaycana münasibəti yaxın qonşuluğa deyil, düşmənçiliyə əsaslanır. Eyni zamanda, bu ölkənin rəsmilərinin mütəmadi şəkildə İrəvana səfər edərək, Ermənistanı “dost”-”qardaş” adlandırması, bütün vasitələrlə Ermənistanın yanında olduğunu bildirməsi, hətta Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi assosasiya etməsi də rəsmi Tehranı regional təhdid kimi xarakterizə edir. Münasibətlərin bu istiqamətdə inkişafı isə ürəkaçan olmadığı kimi, həm də müəyyən təhlükələrdən xəbər verir. İran bəzi hallarda ölkəmiz üçün terror təhlükəsi, hərbi təhdid də yaradır. Yeri gəlmişkən, ötən həftə “Fitch” reytinq agentliyi Bakı ilə Tehran arasında münasibətlərin xüsusilə Azərbaycan səfirliyində baş vermiş son terror aktından sonra gərginləşməsi haqda yazı dərc edib. Xarici analitiklər hətta iki ölkə arasında birbaşa hərbi toqquşmaların baş verə biləcəyini də istisna etmirlər. “The Quint” qəzetində dərc olunan məqaləyə görə isə Azərbaycan və İran arasında gərginliyin artması fonunda Hindistan da İrana yaxınlaşır. Dehlinin məqsədi Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan yox, Ermənistandan keçməsidir. Məqalənin müəllifi olan hindistanlı analitik Aditi Bhaduri yazır ki, Azərbaycanın 2020-ci ilin payızında öz ərazilərini azad etməsi İran üçün ciddi geosiyasi nəticələrə gətirib çıxarıb. Üstəlik, bu müharibədən sonra Bakı Ermənistanın nəzarətində olmayacaq Zəngəzur dəhlizini açmağa çalışır. Bu dəhliz açılsa, Şimal dəhlizi ilə yanaşı, Mərkəzi Asiyanı Aralıq dənizi regionu ilə birləşdirən və Azərbaycandan keçən başqa bir marşrut yaranacaq. Bu halda Bakı Asiyadan Avropaya tranzit yükdaşımalarına nəzarəti ələ keçirəcək, həmçinin İranın Ermənistanla sərhədlərinə də nəzarət edəcək. Müəllif yazır ki, Hindistan regionda baş verən dəyişiklikləri diqqətlə izləyir və 2020-ci ildən sonra daha da güclənən Azərbaycan, Pakistan və Türkiyənin müttəfiqliyinə qarşı çıxmaq üçün Ermənistanla münasibətlərini inkişaf etdirir. Eyni zamanda, Dehli İranla münasibətlərini dərinləşdirir.İran təhlükəsi aktual olsa da...
İlk olaraq İranın yaratdığı hərbi təhdidlə bağlı... Bu təhdid hər zaman aktuallıq daşıyıb. Sadəcə olaraq, İran Azərbaycanla başlayacağı müharibənin nəticələrini də düşünür. Xüsusilə indiki vaxtda:
-Azərbaycanın 30 illik işğala son verdiyi;
- Regional güc mərkəzinə çevrildiyi;
- Türkiyə ilə strateji əməkdaşlıq bəyannaməsinin imzalandığı;
- Yaxın şərqdə İsrail-Azərbaycan əməkdaşlığının gücləndiyi;
- Regional və beynəlxalq proseslərə (həm də Qoşulmama Hərəkatının timsalında) nüfuz etmə qabilliyyətinin artdığı;
- Avropanın enerji təhlükəsizliyindəki aktiv rol oynadığı bir zamanda İranın Azərbaycanla müharibə “həvəsində” olması inandırıcı sayıla bilməz. Tehran özünü bu qədər asan şəkildə “oda atmaz”...
Türkiyə Azərbaycanın strateji müttəfiqidir...
İrəli sürülən əsas tezislərə geniş kontekstdə yanaşdıqda isə mənzərəyə daha aydın şəkildə diqqət yetirmək olur. Məsələn, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Demək ki, İranın hər hansı bir müharibə “istəyi” və ya təhdid “arzusu” anındaca gözündə qoyulacaq - çünki Tehran qarşısında güclü Azərbaycanla yanaşı, onun müttəfiqlərini də görəcək. Bu siyahıya isə hər zaman olduğu kimi, Türkiyə başçılıq edir. Hazırda başı zəlzələnin vurduğu fəsadların aradan qaldırılmasına qarışan Türkiyənin hərbi gücü dəyişməyib. Türkiyə yenə də regionun ən böyük ordusuna və ən yeni silah-sursatına, texnikasına malik dövlətidir. Hər hansı bir təhlükə zamanı isə bu yeni silahlar, bu güclü ordu Azərbaycanın təhlükəsizliyinin təmini üçün səfərbər olacaq
NATO bu qarşıdurmanın birbaşa tərəfinə çevrilə bilər
Eyni zamanda, Azərbaycana yaradılması ehtimal edilən hədə İran üçün birbaşa NATO hədəsi yaradır. Azərbaycan NATO-nun üzvü olmasa da, qurumla hər zaman yaxın tərəfdaşlıq əlaqələri ilə seçilib. NATO çərçivəsində dünyanın bir sıra ölkələrində sülhyaratma missiyasının iştirakçısı olan Azərbaycan terrorizmə qarşı mübarizədə hər zaman qurumun fəaliyyətində yüksək yer tutub. Eyni zamanda, Azərbaycan NATO-nun əsas güclərindən sayılan Türkiyə ilə strateji müttəfiqlik haqqında bəyannamə imzalayıb. Bundan başqa, Ağdamda Türkiyə Rusiya ilə birgə monitorinq mərkəzini təşkil edib. Bu isə Azərbaycanın NATO ilə yaxın əlaqələrinin bariz sübutudur. Nəzərə alsaq ki, Azərbaycan regionda təhlükəsizlik mühitinin formalaşdırılması istiqamətində mütəmadi addımları ilə seçilir, bu amil gələcəkdə Azərbaycan ilə Alyans arasında əlaqələrin daha da möhkəmlənməsini şərtləndirir. Başqa sözlə, NATO Türkiyənin regionda yarana biləcək hər hansı bir silahlı qarşıdurmadakı iştirakı zamanı bu məsələyə susqun-susqun kənardan baxmayacaq. NATO nizamnaməsinə əsasən, NATO bu qarşıdurmanın birbaşa tərəfinə çevriləcək. Bu isə İrana yaxşı heç nə vəd etmir.
Azərbaycan-İsrail əməkdaşlığının güclənməsi regionda yeni reallıqlar formalaşdırıb
İran Azərbaycana təhdid yaradacağı halda başqa bir mühüm faktoru da nəzər almalıdır. Belə ki, ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub. Nəzərə alınmalıdır ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər. İsrail - Türkiyə - Azərbaycan arasındakı əməkdaşlıq üçbucağı regionda siyasi, hətta hərbi mənzərəyə də mühüm çalarlar əlavə edir. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-hərbi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi yeni və mühüm perspektivlər yaradır. Eyni zamanda, bu əməkdaşlıq üçbucağı regionda təhdid yaradan qüvvələrin də zərərsizləşdirilməsinə mühüm töhfələr vermək perspektivi yaradıb. İranın bu yaxınlaşmadan narahatlıq keçirdiyi isə hər kəsə bəllidir. Qonşuluq münasibətlərində “destruktiv ritorikaya” üstünlük verən İran yeni yaranan siyasi-hərbi reallıqlarla üz-üzə qala bilər.
Hindistanın “quyruq acısı” - Ermənistan Dehlinin əlindən necə çıxır?
Hindistanın bu məsələdəki “fəallığı”nın səbəbi isə bəllidir. Yeni iqtisadi nizamın əsas faktoru olan Çinin “bir kəmər, bir yol” layihəsindən qıcıqlanan Hindistan bu yolun düz xətt üzrə inkişaf etməsindən narahatdır. Çünki belə olan təqdirdə həmin xətt Hindistanın deyil, Pakistanın əməkdaşlıq etdiyi ölkələrdən keçəcək. Bu isə dolayısı ilə Pakistanın da bu layihədə iştirakını təmin edəcək. Eyni zamanda, bu layihənin inkişafı illərdir ki, köhnə silahlarını satdığı Ermənistanı da Hindistanın əlindən çıxaracaq - Ermənistan Azərbaycanla münasibətlərin normallaşması qarşılığında Şərq-Qərb tranzitində, Orta Dəhliz layihəsində yer ala biləcək. Beləliklə, İran ilə Hindistanın daşı yenə də divara dəyib, özünə qayıdacaq.
Nəticədə İranın Hindistanın təhriki ilə regionda yeni hərbi qarşıdurma yaratmaq arzusuna düşəcəyi inandırıcı görünmür. Çünki bir Hindistana görə bütün dünya ilə döyüşməyinə dəyməz...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43

