/ / Mübariz Qurbanlı: "Eurovision-2011" mahnı müsabiqəsində qazanılan qələbə Azərbaycan üçün qürur mənbəyidir
Mübariz Qurbanlı: "Eurovision-2011" mahnı müsabiqəsində qazanılan qələbə Azərbaycan üçün qürur mənbəyidir
17.05.2011 [03:25]
M.Qurbanlı bildirib ki, Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafı həmişə dövlətimizin diqqətində olub. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə, mədəniyyətimizin inkişafına çox böyük töhfələr verib. Hazırda Prezident İlham Əliyev Ulu öndərimizin bu yöndə müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. YAP İcra katibinin müavini qeyd edib ki, bu gün Azərbaycanda mədəniyyət və incəsənətin inkişafı üçün əlverişli şərait yaradılıb. M.Qurbanlının sözlərinə görə, xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın milli-mədəni dəyərlərinin qorunması, milli musiqimizin, muğamın dünyada təbliği, eləcə də, beynəlxalq musiqi tədbirlərinin ölkəmizdə keçirilməsi mühüm hadisələrdir.
YAP İcra katibinin müavini bildirib ki, bütün bunlar Azərbaycan mədəniyyətini dünya mədəniyyəti səviyyəsində inkişafına təkan verməklə yanaşı dünya mədəniyyət nümunələrinin Azərbaycan tərəfindən əxz olunmasını göstərir. Onun fikrincə, 43 ölkə içərisində Azərbaycanın birinci yerdə olması ideoloji, siyasi, mənəvi, psixoloji baxımdan çox mühüm hadisədir.
“Biz bu gün dünya miqyasında Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirmişik. Azərbaycan iqtisadiyyatı bölgədə aparıcı iqtisadiyyata malikdir. Və paralel surətdə iqtisadiyyatın inkişafı mədəniyyətimizin də inkişafına təkan verib. İndi Azərbaycan mədəniyyət sahəsində də regionun lider dövlətidir. Azərbaycanda əldə olunan bu uğur nəticə etibarilə ölkəmizin Avropa məkanında mövqeyinin və imicinin güclənməsi deməkdir. Hər bir dövlət bütün sahələrdə inkişaf etməlidir və Azərbaycanda da çoxşaxəli inkişafın elementlərini açıq-aydın görməkdəyik. Bu gün Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb. Buna baxmayaraq, Azərbaycanla Ermənistan arasında bütün istiqamətlər, iqtisadiyyat, diplomatiya, mənəviyyat, dünyagörüşü, psixoloji durum, mədəniyyətin müxtəlif sahələri yarış meydanıdır. Bu yarışda biz Ermənistanı tam şəkildə üstələmişik, Ermənistan ölkəmizdən qat-qat geridə qalan ölkədir. Azərbaycan gənclərinin musiqi yarışmasındakı bu uğuru eyni zamanda, hərb cəbhəsində əsgərlərimizin qələbəsinə bərabər bir hadisədir. Yəni, əsgərlərimiz səngərdə düşmənin qarşısında inamla, qətiyyətlə necə dayanıbsa, mədəniyyətimiz də düşmənin mədəniyyəti üzərində bu cür qələbə əldə edib. Bu, mənəvi baxımdan da ermənilər üzərində üstünlüyümüzü nümayiş etdirir. Bu qələbə şübhəsiz ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin bariz nümunəsidir. Eldar və Nigarın qarşılanma mərasimində YAP-ın üzvü olan yüzlərlə gənc iştirak edib. Bunun özü bizim gənclərimizin də bu hadisəyə çox böyük qürur və sevinclə yanaşdığının göstəricisidir. Hesab edirəm ki, bu qələbə bizim üçün çox böyük hadisədir. Təsəvvür edin, Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə qoşulur və 4-cü cəhdində birinciliyi qazanır. Mədəniyyət və incəsənət sahəsində böyük nailiyyətlər qazanmış Avropanın qabaqcıl ölkələrinin nümayəndələrinin iştirak iştirak etdiyi mahnı müsabiqəsində Azərbaycan musiqiçiləri Avropa çapında həlledici yer tutur. Bu, Azərbaycanın hərtərəfli nüfuzunun daha da artmasına təsir göstərən bir hadisədir”, - deyə M.Qurbanlı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

