/ / Şamaxıda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilib
Şamaxıda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilib
19.05.2011 [09:20]
Rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Əşrəf Şükürov, tarix elmləri namizədi Zərifə Cavadova, YAP rayon təşkilatının sədri Bəxtiyar Abbasov, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Sənaye İqtisad Kollecinin direktoru Vaqif İsgəndərov və başqaları öz çıxışlarında kitabın aktuallığı, elmi dəyəri, ayrı-ayrı məziyyətləri barədə danışıblar.
Xüsusi vurğulanıb ki, görkəmli filosof alim, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Ermənistan prezidenti Serj Sarkisyanın uydurmalarına “Gorus-2010: absurd teatrı mövsümü” kitabı ilə tutarlı cavab verib. Nankor erməniləri, ilk növbədə, ağa qara deyən S.Sarkisyanı real faktlarla və elmi dəlillərlə ifşa edən bu dəyərli kitab cəmiyyətdə çox maraqla qarşılanıb, böyük əks-səda doğurub. Müəllif böyük vətəndaş yanğısı ilə ermənilərin indiyə qədər səsləndirdikləri tarixi, siyasi və hüquqi iddialarının əsassızlığını tam sübuta yetirib, Ermənistan prezidentinin Gorusda dediyi bütün fikirlərin absurd olduğunu göstərib.
çıxış edən natiqlər bildiriblər ki, “Gorus-2010: absurd teatrı mövsümü” əsərinin əhəmiyyətini artıran əsas cəhət kitabda ciddi faktoloji bazaya, elmi mənbələrə istinad olunmasıdır. Əsərin girişində Ermənistan prezidenti Serj Sarkisyanın jurnalistlər qarşısında “açıqlamalarına” kəskin cavab verilir. çox haqlı olaraq göstərilir ki, indi də akademiklik eşqinə düşən S.Sarkisyan Ermənistan tarixi, erməni dili və milləti haqqında uydurmalara əl atır, erməni diasporunu təmsil edən jurnalistlərə öz “tapşırıqlarını” verir. Müəllif yazır ki, bu, Xocalı soyqırımının, Dağlıq Qarabağ və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Sarkisyanın növbəti absurd tamaşasıdır. Əsərdə Serj Sarkisyanın, hətta ən yaxın tarixi görmək istəməməsi onun siyasi nadanlığı ilə izah olunur. Məhz bu nadanlıq nəticəsində bu gün Ermənistan özünü tamamilə təcrid edib, acınacaqlı bir duruma düşüb. Sarkisyan Gorusdakı çıxışında hiddətlənib ki, Stepan Şaumyanı Azərbaycanda “bandit” adlandırırlar. Fakt və dəlillər çoxdan sübut edib ki, iyirminci yüzillikdə Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri də Stepan Şaumyanın adı ilə bağlıdır. O, bolşevizm bayrağı altında Azərbaycanda, o cümlədən Şamaxıda böyük qırğın və talanlara rəvac verib. O vaxt təkcə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetiriblər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri isə uşaqlardır. “Gorus-2010: absurd teatrı mövsümü” əsərində obyektiv tarixi faktlara əsaslanan müəllif müasir dövrdə ermənilik və erməni siyasətinə, erməni saxtakarlığına siyasi və fəlsəfi baxımdan kəskin münasibət bildirib. Kitaba Azərbaycanın qədim və müasir dövrünün xəritələri də əlavə edilib. Müəllif Azərbaycanı bütöv görmək istəməyənlərə bu xəritələri təqdim etməklə onları tarixi həqiqətləri anlamağa və qəbul etməyə çağırır. Gərgin araşdırma, ağır zəhmət hesabına ərsəyə gəlmiş bu əsərdə bədnam qonşularımızın tarixən Azərbaycan torpaqları ilə yanaşı milli-mədəni sərvətlərimizə də sahib çıxmaq, onları həyasızcasına özününküləşdirmək istiqamətindəki məkrli addımlarından da geniş söhbət açılır. İşğal olunmuş ərazilərimizdəki tarix və mədəniyyət abidələrinin dağıdılması, xalçaların, musiqi alətlərimizin erməni milli sərvəti kimi dünyaya təqdim edilməsi erməni vandalizmindən xəbər verir.
çıxışlarda xüsusilə vurğulanıb ki, akademik Ramiz Mehdiyevin kitabı istər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, istərsə də bədnam erməni ideoloqlarının apardığı çirkin təbliğat kampaniyasının ifşası baxımından son dərəcə əhəmiyyətli və aktual bir əsərdir. Digər tərəfdən, bu kitab nəinki tarixçilərin, ümumən humanitar və ictimai elm sahələrində çalışan alimlərin məsuliyyətlərini daha da artırır, onları ermənilərin bütün uydurmalarına vaxtında və elmi əsaslarla cavab verməyə səsləyir. Əsər həm də yetişən gənc nəsildə milli həqiqətlər barədə dolğun təsəvvür formalaşdırmağa xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59

