İrəvan hakimiyyəti narahatdır...
02.03.2023 [11:09]
Paşinyan hökuməti Rusiyanın “əsəbi reaksiyası” qarşısında nə edəcəyini bilmir
Ermənistan ilə Rusiya arasında son dövrlərdə daha qabarıq şəkildə üzə çıxan ziddiyyətlər get-gedə dərinləşməkdədir. Baş nazir Nikol Paşinyanın açıq şəkildə Qərbə “üz çevirməsi”, Aİ-nin uzunmüddətli missiyasının Ermənistana “yerləşdirilməsi”, eyni zamanda, bu missiyanın tərkibində hətta mülki geyimli jandarmların da olması keçmiş müttəfiqləri qarşı-qarşıya gətirib. Proseslərin inkişafı açıq şəkildə onu göstərir ki, Rusiya Ermənistanın davranışlarını həzm edə bilmir. Avropaya “sığındığını” düşünən Nikol Paşinyan isə sanki Moskvadan əvəz çıxmaq istəyir. Bu mənada Ermənistanın Avropa ilə yaxınlaşmasının hər bir ştrixində Kremlin hədəfə alınması görüntüsü yaranır. Qeyd edək ki, son dövrlərdə siyasi bəyanatların ardından Rusiya ilə Ermənistanın hərbi müttəfiqliyi məsələsi də hədəfə alınıb. Artıq Ermənistan rəhbərliyi Gümrüdə yerləşən 102-ci Rusiya Hərbi Bazasından narahatlıq keçirdiyini bildirir, hətta bunu təhdid adlandırırlar. Yeri gəlmişkən, bu ilin yanvarında 102-ci hərbi bazanın qarşısında etiraz aksiyası keçirilmişdi. Erməni radikallar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” kimi şüarlar səsləndirmiş, Rusiya və KTMT əleyhinə ultimativ çıxışlar etmişdilər. Bu kimi faktlar isə rəsmi İrəvanın birmənalı şəkildə Rusiyadan imtina etməsinin görüntüsü yaradır. Başqa sözlə, bu kimi davranışlarla Ermənistan Rusiyaya bundan sonra Qərbin maraqları çərçivəsində hərəkət edəcəyi ilə bağlı “ultimatum”lar verir.
Kreml xəbərdarlıq edir...
Amma vəziyyət Ermənistanın sandığı qədər asan və sadə deyil. Kreml fürsət əldə etdikcə Ermənistana xəbərdarlıq edir. Aİ missiyasının Ermənistanda yerləşdirilməsi isə Moskvanı məsələyə tam şəkildə köklənməyə vadar edir. Çünki Aİ, başqa sözlə, Qərb bu yolla Rusiyanın cənubunda oturmuş sayılır. Bu isə Moskvanın “qırmızı xətti”dir. Xatırladaq ki, Ukraynada başlanan müharibənin səbəblərindən birini məhz bu amil təşkil edirdi. İndiki halda Rusiya Aİ-nin timsalında Ermənistana qarşı mümkün qədər təmkinli görünməyə çalışır. Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri çərçivəsində həmkarı Ceyhun Bayramov ilə birgə mətbuat konfransında da bildirdi ki, Avropa İttifaqı Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərdən sui-istifadə edir. “Avropa İttifaqı Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərindən açıq-aşkar sui-istifadə edir ki, bu da sülh prosesi istiqamətində səy göstərilməsini şübhə altına alır”, -deyə Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə məsələ ilə bağlı bildirib ki, Ermənistan və Azərbaycan arasında məsələlərin həlli Rusiyanın sülh təşəbbüsləri ilə həyata keçəcək. O, həmçinin Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq kimi qiymətləndirib: “Bu cəhdlər problemin həllinə deyil, tamam başqa məqsədlərə hesablanıb. İndi Qərb daha da fəallaşıb”. Rusiya XİN sözçüsü xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır: “Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və ora daha yaxşı hala gəlib”.
Ermənistan Aİ-yə sığınmağa çalışır...
Ermənistan isə yaranan mənzərədən əməlli-başlı narahatdır. Qərbə üz tutsa da, Rusiyaya qarşı olmağın ağrısını yaşayacağını düşünən İrəvan çıxış yolu tapmaqda çətinlik çəkir. Rusiyanın reaksiyasının sərtlik dərəcəsi isə İrəvan üçün müsbət heç nə vəd etmir. Xatırladaq ki, son illərdə istər maddi, istərsə də infrastruktur baxımından açıq şəkildə Rusiyadan asılı olan Ermənistanın dönüklüyü həqiqətən ona baha başa gələ bilər. Artıq qərbyönümlü olduğunu düşünən Paşinyan və hökuməti də dərk edir ki, Rusiyadan imtina onlara nələr vəd edir.
Ermənistan hakimiyyəti Rusiya ilə əlaqələrinin zəifləməsini əsaslandırarkən Azərbaycan məsələsini də “əsas” gətirirlər. Erməni siyasi rəhbərliyi vasitəçi tərəflərin Azərbaycanın mövqeyini əsas götürməsini, məsləhətləşmələrin ölkəmizlə aparılmasını, prosesin Azərbaycanın tələbləri əsasında inkişafını həzm edə bilmir. Onlar anlamaq istəmirlər ki, qalib tərəf olaraq Azərbaycan sülh danışıqlarının, müqavilənin istiqamətlərini müəyyənləşdirən tərəfdir. Məsələn, Ermənistan parlamentinin spikeri Alen Simonyan Lavrovun səsləndirdiyi fikirlərə cavab olaraq bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə müzakirələrdə Rusiyanın rolu var. Çünki Qarabağda rus sülhməramlıları yerləşdirilib: “Amma mən Moskvadan gələn əsəbi reaksiyaları şişirdilmiş hesab edirəm, bunlar emosional reaksiyalardır. Onlar daha təmkinli olmalı, vəziyyəti başa düşməlidirlər. Axı Ermənistanın öz maraqları, təhlükəsizlik problemləri var. Bu, onların istəklərindən, qısqanclığından asılı olmayaraq həll edilməlidir”.
Lavrovun Rusiyanın digər dövlətlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərini alqışladığı barədə bəyanatına toxunan Simonyan deyib: “Sual ondadır ki, Rusiya bu problemi həll etməli idi. Onlar bizim təhlükəsizliyimizin, ərazi bütövlüyümüzün təminatçısı olublar. Burada Rusiyanın hərbi bazası var. Bizim ikitərəfli razılaşmalarımız da bu vəziyyətə yönəlib. Hardasan, niyə daha fəal iştirak etmədin? Əgər bacarmırsansa, o zaman bunu ictimaiyyətə bəyan etməlisiniz. Oturub birlikdə müzakirə etməli və vəziyyətdən çıxış yollarını axtarmalısınız”.
Göründüyü kimi, Simonyan da narahatdır - sadəcə olaraq, öz narahatlığını büruzə verməmək üçün sığındığı “qoltuğun” arxasında gizlənməyə çalışır. Amma Ermənistan dərk etməlidir ki, hansı vasitəçinin kölgəsinə sığınmasından asılı olmayaraq sülh müqaviləsinin imzalanmasında dominant tərəf Azərbaycan olacaq...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

