Azərbaycandan 100 milyon dollarlıq yardım
21.03.2023 [14:27]
Türkiyədə binalar, sosial obyektlər və təhsil ocağı tikiləcək
Günel ABBAS
Türkiyə–Azərbaycan qardaşlıq münasibətləri tarixin müxtəlif mərhələlərində özünü parlaq büruzə verib. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağrılı-acılı vaxtlarda daim bir-birinin yanında olub, birgə birlik nümayiş etdirib, sevinclərini, kədərlərini birgə bölüşüb. Vətən müharibəsindən əvvəl, sonra da bu, qabarıq nəzərə çarpıb. Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı xalqımızın göstərdiyi dəstəyin fonunda da bu qardaşlıq münasibətləri açıq nəzərə çarpır.
Azərbaycan dövləti, Heydər Əliyev Fondu fasiləsiz olaraq qardaş ölkəyə yardımlar göndərir. Xilasedicilərimiz dağıntılar altında fədakarcasına çalışır. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər Türkiyəyə göndərilir.
Xalqımız bu gün də könüllü olaraq qardaşlarımıza dəstəyini davam etdirir, zəlzələnin acı nəticələrinin aradan qaldırılması üçün bütün imkanlardan yararlanaraq, yorulmaz kömək göstərir.
Məlumdur ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar (940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5 300 tondan artıq humanitar yük) göndərib. Türkiyəyə zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə isə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərilib.
Zəlzələ hamımızı üzsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. İki qardaş dövlətin çiyin-çiyinə haqq yolunda yürüməsi yalnız siyasi güc mərkəzinin yaranması kimi yox, həm də ədalətsiz dünyada zülmə məruz qalan xalqlar üçün pənah yerinə çevrilib. Bu ağır günlərdə Türk İslam dünyasının tək maddi yardımı ilə deyil, həm də duası ilə Türkiyənin yanında olması bunun təsdiqidir.
Yeri gəlmişkən, martın 20-də Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında Azərbaycan zəlzələ bölgəsində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırdığını elan edib. Azərbaycanın yardım üçün ayırdığı vəsait hesabına yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisi həyata keçiriləcək.
Xatırladaq ki, “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlər üçün 7 milyard avroya yaxın yardım öhdəliyi götürülüb.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

