Casus şəbəkələri ifşa olunur
07.04.2023 [10:16]
İranın ölkəmizə qarşı planları - “Kərimə”...
Azərbaycanda möhkəm dayaqlar üzərində bərqərar olan siyasi sabitlik, dini tolerantlıq mühiti bir sıra xarici dairələrin - ən əsası isə qonşu İran dövlətinin zaman-zaman yuxusuna haram qatıb. Ölkəmizdə formalaşan siyasi sabitliyin fonunda ölkəmizin əldə etdiyi iqtisadi inkişaf dinamikasının, Vətən müharibəsində qazanılan qələbənin Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməsi, ölkədə dini ayrı-seçkiliyin olmaması, bütün dini konfessiyaların qardaşlıq zəminində yaşaması İrana narahatlıq verir və molla rejimi bu narahatlığı ölkəmizdə casus şəbəkəsi yaratmaq cəhdi ilə ortaya qoyur. Din faktorundan siyasi rupor kimi istifadə etməyə çalışan İranın zaman-zaman bu kimi şəbəkələri ifşa edilib.
Silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi planları...
Bir neçə gün öncə də Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq, ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib. Bu barədə hər üç dövlət qurumunun birgə yaydığı məlumatda qeyd edilib. Müəyyən edilib ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlər müqabilində ələ alaraq, ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə, hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan Kərimə Dövlətinin qurulması məqsədilə müqavimətçi dəstə yaratması barədə tapşırıqlar veriblər.
Kərimə dövlətinin qurulması üçün müqavimətçi dəstə
Məlumatda vurğulanır ki, Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları- Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq, təşkil etdiyi gizli yığıncaqlarda, Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək, bu barədə Rufulla Axundzadəyə məlumat veriblər. Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək, ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə Kərimə dövlətinin qurulması üçün müqavimətçi dəstə təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək, təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
Saxlanılan şəxslər özlərini cəmiyyətdə dindar kimi qələmə verərək, sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdən İran və dini radikalizm lehinə təbliğat apararaq, Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər. Dəstə üzvləri, eyni zamanda, İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək, əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda, dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Azərbaycanın yaratdığı siyasi reallıqlar regionun inkişafında yeni mərhələ
yaradıb
Bəli, göründüyü kimi, ölkəmizdə yaradılan dini tolerantlığa, regionda siyasi sabitliyin yaranmasına, ölkəmizin uğurlarına və Qarabağ zəfərinə qarşı olan bu kimi qüvvələrin uğursuz cəhdləri, İslamın siyasiləşdirilməsi ilə bağlı spekulyativ addımları cinayət məsuliyyəti yaratmaqla yanaşı, cəmiyyət tərəfindən də birmənalı şəkildə pislənir. Cinayətdə ittiham olunan şəxslərin arxasında “dayanan” İran molla rejiminin “narahatlıqları” isə bütün həqiqətləri ortaya qoyur - Azərbaycanın yaratdığı siyasi reallıqlar regionun inkişafında yeni mərhələ yaradıb. Ölkəmizdə dinin siyasiləşdirilməsinə, dinin adından istifadə edərək xarici qüvvələrə xidmət göstərməyə cəhd göstərənlərə qarşı görülən tədbirlər isə Azərbaycanda dövlətçiliyin möhkəmliyini, xalq-hakimiyyət birliyini, o cümlədən dünyəvi inkişaf yolundakı dönməzliyimizi bir daha ortaya qoymuş olur.
Sadiq İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

