Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın hakim partiyası ABŞ dövlət katibi köməkçisinin açıqlamasına münasibət bildirib

Azərbaycanın hakim partiyası ABŞ dövlət katibi köməkçisinin açıqlamasına münasibət bildirib

18.06.2011 [12:27]

Əli Əhmədov: Əgər Melia bu sözləri Azərbaycana aid edərək deyirsə, bu ifadəni eyni dərəcədə ABŞ-a da aid etmək olar
Azərbaycanın hakim partiyası ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melianın açıqlamasına münasibət bildirib. Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov “Trend”ə açıqlamasında bildirib ki, istənilən sahə ilə əlaqədar “daha çox iş görmək olar” sözünü demək mümkündür. İqtisadiyyat sahəsində, digər sahələrdə, eyni zamanda, ABŞ-ın özündə insan hüquqlarının təmin olunması sahəsində də “daha çox iş görmək olar”.
YAP rəsmisinin sözlərinə görə, əgər Melia bu sözləri Azərbaycana aid edərək deyirsə, bu ifadəni eyni dərəcədə ABŞ-a da aid etmək olar: “Qoy insan hüquqları sahəsində daha çox işləsinlər. Bütövlükdə dünyada insanların sağlamlığının, həyatının qorunması sahəsində çox işləsinlər. Bu sözləri özlərinə də aid etsinlər”.

Paylaş:
Baxılıb: 938 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31