Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
17.04.2023 [11:52]
Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 17-də Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolunu vurğulayan baş katib Can Min son dövrlər ölkəmizin təşkilat çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakını təqdir edib. ŞƏT-in ötən ilin sentyabrında Səmərqənddə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını xüsusi vurğulayan Can Min təşkilat ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan danışıb. Baş katib ŞƏT-in tədbirlərində Heydər Əliyev Fondunun yaxından iştirakının Azərbaycan-ŞƏT əməkdaşlığını möhkəmləndirdiyini deyib, Azərbaycanın təşəbbüsü ilə ŞƏT-in katibliyində keçirilmiş bir sıra mühüm tədbirlər sayəsində Azərbaycanın mədəni-humanitar potensialı nümayiş etdirildiyini bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verdiyini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərindən danışıb. A.Ələkbərov bildirib ki, Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu təşkilatlın katibliyi ilə sıx əməkdaşlıq edərək, bir neçə tədbir, o cümlədən 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirib. O, Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şairin büstünün Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daim nümayiş olunmasının Azərbaycan üçün böyük rəmzi xarakter daşıdığını deyib.
A.Ələkbərov bildirib ki, Səmərqənd Sammitində Prezident İlham Əliyevin fəxri qonaq statusunda iştirakı Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir. O, Azərbaycanın təşkilat yanında statusunun dialoq üzrə tərəfdaş səviyyəsindən müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidəçi statusu əldə etməsi ilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib.
Görüşdə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu vurğulanıb və il ərzində Azərbaycanda, eləcə də xaricdə Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyi diqqətə çatdırıb.
Azərbaycanın təşkilatın müşahidəçi statusunu almaq üçün müraciətinin hazırda üzv dövlətlər tərəfindən baxıldığını bildirən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min müraciətin müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib. O, təmsil etdiyi təşkilatın tarixi və fəaliyyəti haqqında məlumat verib.
Söhbət zamanı Azərbaycan ilə ŞƏT arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
x x x
Səfər çərçivəsində nümayəndə heyəti Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien ilə görüşüb.
Lin Sontien iki ölkənin başçıları Si Cinpin və İlham Əliyevin rəhbərliyi altında Azərbaycan-Çin münasibətlərinin sürətlə inkişaf etdiyini bildirib, dövlət başçıları arasında siyasi etimadın müxtəlif sahələrdə uğurlu əməkdaşlığına böyük təkan verdiyini deyib.
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien Çin ilə Azərbaycan arasında münasibətlərin qurulmasında görkəmli siyasi xadim Heydər Əliyevin rolunu vurğulayaraq, Ümummilli Liderin bu xidmətlərinin daim xatırlanacağını qeyd edib. O, dövlət başçılarının mütəmadi görüşlərinin ölkələrimizin əməkdaşlığının dərinləşməsində mühüm rol oynadığını deyib.
Lin Sontien rəhbərlik etdiyi Assosiasiya ilə Heydər Əliyev Fondu arasında 2017-ci ildə imzalanmış memorandumun humanitar və mədəni sahədə əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini bildirib, gələcəkdə digər sahələrdə, o cümlədən iqtisadi, turizm, gənclər, idman, media istiqamətlərində də əməkdaşlığın mümkünlüyünü vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fond ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının əməkdaşlığının iki xalq arasında yaxın dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verdiyini deyib. Gələcəkdə hər iki ölkə ərazisində keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın vacibliyi vurğulanıb.
Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu vurğulayan A.Ələkbərov Prezident İlham Əliyevin Pekində ikinci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakını yada salıb. O, Azərbaycanın sahib olduğu iqtisadi, habelə nəqliyyat-logistika potensialı ilə həmin təşəbbüsün icrasına böyük töhfələr verdiyini deyib.
Görüşdə Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

