İslam dini toy və yas mərasimlərində israfçılığa yol verilməsinin əleyhinədir
14.07.2011 [06:57]
Dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması və günümüzün reallığına aid olan bu kimi digər problemlərlə bağlı “dəyirmi masa” keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə mövzunun əhəmiyyətindən, bir sıra problemlərin həlli yollarından danışıb. Bildirib ki, dinimiz toy və yas mərasimlərində israfçılığa yol verilməsinin əleyhinədir: “Bununla bağlı dəfələrlə müraciət etmişik. Bu məsələ təkcə din xadimlərinin vasitəsilə deyil, həm də ağsaqqalların iştirakı, maarifləndirmə, təbliğat yolu ilə həllini tapmalıdır. Mövcud problemlərin həll olunmasında KİV-lərin də rolu mühümdür”.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, qəbir yerlərinin satılması haramdır. Qəbiristanlıq ərazisi xalq üçün ayrılıb. Xalqa vəqf olunan yeri satmaq olmaz. QMİ sədri deyib ki, pul verib qəbir yeri almaq özü də haram sayılır: “Həm də qəbir almaq üçün pul vermək, rüşvət vermək deməkdir”.
A.Paşazadə məscidlərdə ölü yuyulması barədə qiymətlərin müəyyənləşdirilməsinə, bunun elan şəklində verilməsinə də münasibət bildirib: “QMİ məscidlərdə ölü yuyulması ilə məşğul olanlara hər ay 500 manat pul verir. Hər bir şəxs öz ölüsünü özü yumalıdır. ölüyə qüsul verilməsi vacibdir. Hər bir şəxs bunu öz ölüsü üçün özü etməlidir. Biz məscidlərdə bunun üçün şərait yaratmışıq. Amma insanlar bunu etmir, ölülərini kiməsə yudurdurlar. Buna görə də, haqq ödənilir. Kiməsə “mənim atamın ölüsünü yu” deyirsənsə, əlbəttə ki, ona haqq verməlisən. Amma hər bir şəxs öz ölüsünü özü yusa, daha yaxşı olar”.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin qazılar və elmi-dini şuralarının müraciəti oxunub.
Müraciətdə deyilir ki, insanların şənlik və ya matəmlərdə iştirakı dini baxımdan münasib sayılır. Lakin istər toy, istərsə də yas mərasimlərində israfçılıq və ifrat dəbdəbə Allah tərəfindən bəyənilməyən bir əməldir. Mərasimlərin təşkili zamanı israfçılıq hallarının qarşısının alınmasında cəmiyyətimizin birgə səyləri, ictimai qınaq olduqca vacibdir. Dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. İslam qənaət, sadəlik və mötədillik dinidir. Bahalı məzar daşlarının düzəldilməsi İslam normalarına ziddir. Qəbiristan torpaqları vəqf ərazisi hesab olunur, onların satışı dinimizə görə haramdır. Həmçinin, bildirilir ki, vahid dini-mənəvi dəyərlər konsepsiyasının tərtibi və təsdiqi zamanı mülahizələrimizin nəzərə alınacağına, cəmiyyətimizdə fikirlərimizin rəğbətlə qarşılanacağına ümid bəsləyirik. Əminik ki, toy və yas məclislərində israfçılığın qarşısını almaq, ifrata varmağın yolverilməzliyi ilə bağlı qərarımız cəmiyyətimizin mənəvi tərbiyəsində müstəsna rol oynayacaq, müsbət ictimai fikrin formalaşmasına xidmət edəcək.
Sonra ictimai əhəmiyyət kəsb edən məsələ ətrafında müzakirələr başlayıb.
çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov QMİ-nin təşəbbüsünü alqışlayıb və bu cür ictimai müzakirələrin davamlı şəkildə keçirilməsinin vacibliyini qeyd edib.
Şura sədrinin müavini, millət vəkili Fəttah Heydərov bildirib ki, bu müraciət vaxtında edilib. O qeyd edib ki, toy və yas mərasimləri ilə bağlı problemlər daim müxtəlif tədbirlərdə müzakirə olunsa da, indiyədək konkret addım atılmayıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov çıxış edərək deyib ki, Azərbaycanda islam dininə ibadət edənləri, İslamı özünə iman seçənləri öz dinlərindən döndərmə təbliğatı aparılır. Bu, əslində dövlətin əleyhinə çevrilmiş bir təbliğatdır və Azərbaycan dövlətinin əsaslarına zərbə vurur.
O, qeyd etdiyi təbliğata qarşı maarifləndirici mübarizə aparılmasının vacibliyini bildirib: “Xalq İslamı sevməlidir. İslamın bərabərlik prinsipi bu məsələdə nəzərə alınmalıdır. çox arzu edirəm ki, bizim məscidlərimiz bütün bu prinsiplərlə bağlı maarifçilik məkanına çevrilsin. Maarifçilik baxımından cümə namazlarının rolu artırılmalıdır”.
Y.Mahmudovun sözlərinə görə, bir sıra xarici ölkələr din adından istifadə edərək Azərbaycanın daxili işlərinə müdaxilə edirlər: “Bu isə məni çox narahat edir. Biz kürək-kürəyə verib bunun qarşısını almalıyıq. Hansı ölkə olur-olsun, biz bunun qarşısını almalıyıq. Biz dini cəhətdən də müstəqilik”.
Yaqub Mahmudov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə mətbuatda olan hücumları da pisləyib. Y.Mahmudov QMİ-də keçirilən “dəyirmi masa”da bir neçə il əvvəl jurnallardan birində A.Paşazadə haqqında nalayiq ifadələr işləndiyini xatırladıb.
Y.Mahmudov toy və yas mərasimlərində ifratçılığa yol verilməsini, həmçinin VİP çadırlardan istifadə olunmasını da pisləyib: “Lazım gələrsə, Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı fətva verməlidir”.
Xalq şairi Zəlimxan Yaqub deyib ki, bugünkü yas və toy mərasimlərində ifratçılıq həddindən artıqdır: “Bu isə İslama da ziddir. Yas mərasimlərindəki ehsanlarda bircə araq çatmır. Yasa gedirsən, bilmirsən toydur, yoxsa yas”.
O, qəbir daşlarının dəbdəbəli olmasını da tənqid edib: “Qəbiristanlığa gedəndə məlum olur ki, bircə telefon yoxdur, ölüylə danışasan. Toylarla bağlı da vəziyyət ürəkaçan deyil. Məsələn, gedirəm şadlıq sarayına ki, toy danışım. Deyirəm, mənə beş növ qida lazımdır. Orda deyirlər ki, yox e, beş növ olmaz, gərək əlli beş növ qida ola”.
Z.Yaqub da QMİ sədrinə qarşı mətbuatda olan hücumlara kəskin reaksiya verib.
Millət vəkili Fazil Mustafa isə deyib ki, mərasimlərlə bağlı məsələdə fətva həlledici rol oynaya bilməz: “Ən yaxşısı o olardı ki, tanınmış adamlar sadə insanlara nümunə göstərsin. Fətva çıxış yolu deyil”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə də birmənalı olaraq toy və yas mərasimlərində israfçılığı pisləyib: “Artıq toy və yas mərasimlərində yol verilən israfçılığın aradan qaldırılması vacib amilə çevrilib. çünki, bu faktor İslam dini ilə uzlaşmır”.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov isə vurğulayıb ki, yas və toy məclislərindəki ifratçılığı aradan qaldırmaq üçün ictimai müzakirələrin təşkili ilə yanaşı, dini-fəlsəfi maarifləndirmələrə də yol açmaq lazımdır: “Biz çalışmalıyıq ki, insanların beynində intibah edək. Bundan sonra hər kəs anlamalıdır ki, dinimizin tələblərinə görə yol verilən ifratçılıq qəbuledilməzdir”.
Tədbirdə çıxış edən digər iştirakçılar mövzunun əhəmiyyətindən, mövcud problemlərin həlli yollarından danışıb, təkliflərini bildirib, bu sahədə təbliğatın və maarifləndirmənin ardıcıl aparılmasının vacibliyini vurğulayıblar. QMİ-nin bu təşəbbüslə çıxış etməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.
Tədbirdən sonra jurnalistlərə açıqlamasında “bu, hələ başlanğıcdır”, - deyən QMİ Sədri A.Paşazadə bu tip tədbirlərin davam etdiriləcəyini bildirib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01

