Azərbaycan milli mətbuatının 136 illiyi qeyd edilib
23.07.2011 [02:47]
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan mediasının nümayəndələrini, jurnalistika sahəsində çalışan bütün mətbuat işçilərini milli mətbuatımızın 136-cı ildönümü münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Əli Həsənov deyib: “Biz dövlətimizin, millətimizin inkişafını jurnalistlərsiz təsəvvür etmirik. Azad söz, azad media cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qələm sahiblərinin fəaliyyəti dövlətimizin fəaliyyəti ilə həmahəngdir, millətimizin maraqlarına, ehtiyaclarına, onun inkişafının tələblərinə cavab verir. Biz jurnalistikanın inkişafında maraqlıyıq. Dövlətimizin siyasəti də ona istiqamətlənmişdir ki, Azərbaycanda azad medianın fəaliyyəti getdikcə genişlənsin, jurnalistlər kənar təsirlərdən azad olsunlar, istədikləri informasiyanı maneəsiz, sərbəst toplasınlar, cəmiyyətə çatdırsınlar, bununla da vətəndaşların informasiya ehtiyaclarını təmin etsinlər”.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi yola qısa nəzər salıb, “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolu xüsusi qeyd edib.
Sonra Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı”nın təqdimetmə mərasimi olub. Azərbaycan mətbuatının inkişafındakı xidmətlərə görə bu ali media mükafatına layiq görülənlər sırasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Baş direktoru Aslan Aslanov da var.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən və onlara müstəqil dövlətçiliyimiz naminə gələcək fəaliyyətlərində uğurlar arzulayan Aslan Aslanov Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan Respublikasında söz, fikir, mətbuat azadlığının təminatçısı olan Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də öz növbəsində son illər ölkəmizdə medianın inkişafı naminə görülmüş işlərdən danışıb.
Tədbir konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

